24 Aprel 2024 09:05
563
CƏMİYYƏT
A- A+
Füzuli şəhərinin artıq üç minə yaxın sakini var

Füzuli şəhərinin artıq üç minə yaxın sakini var

 

Aprelin 23-də daha bir qayıdış karvanı Füzuli şəhərinə yola salınıb. Bu mərhələdə şəhərə 150 nəfər (39 ailə) köçürülüb. Beləliklə, yenidən qurulan Füzuli şəhərində artıq 744 ailənin, yəni 2839 nəfərin daimi məskunlaşması təmin edilib. 
Füzuli şəhərində əhalinin yüksək həyat səviyyəsini təmin etmək məqsədilə müasir tələblərə cavab verəcək yaşayış məhəllələri salınır, həyətyanı torpaq sahələri olan fərdi evlər inşa edilir, idman kompleksi, təhsil, səhiyyə, mədəniyyət və istehsalat müəssisələri yaradılır.
2040-cı ilədək ilk şəhərsalma layihəsinin icra edildiyi Füzuli şəhərinin inzibati ərazisinin 1943 hektara, əhalisinin 50 min nəfərə çatdırılması nəzərdə tutulur. Böyük Qayıdış Proqramının birinci mərhələsinin sonunda, yəni 2026-cı ilin sonunda 22 min nəfər Füzuli rayonunda, bütövlükdə isə Qarabağ və Şərqi Zəngəzurda 140 min nəfər yaşayacaq.
Otuz il öncə məcburi köçkün düşən insanlarımızla birlikdə işğaldan azad edilmiş ərazilərimizə o torpaqları görməyən gənc nəslin də qayıtmaq istəyi olduqca müsbət haldır. Bu, vətəndaşların doğma diyara bağlılığı ilə birlikdə dövlətə, ən əsası, dövlət başçısına göstərdiyi inamın, etimadın təzahürüdür.
Keçmiş məcburi köçkünlərin torpaqlarına qayıdışı həyata keçirilərkən məşğulluq məsələlərinə də böyük diqqət yetirilir. Şəhər və kəndlərə uyğun müvafiq məşğulluq imkanları yaradılır. Qarabağ və Şərqi Zəngəzurda həyatın qaynaması üçün bu istiqamətdə proqram icra edilir.
Bu gün Füzulinin həm mərkəzində, həm kəndlərində həyata keçirilən layihələr dünya miqyasında şəhərsalma prinsiplərinin qaydalarına əsaslanır. Füzulinin kəndlərində də bərpa-quruculuq işləri sürətlə davam etdirilir. Prezidentin səfərləri çərçivəsində yeni təməlqoyma mərasimləri keçirilir.
2021-ci ildə təməli qoyulan Füzulinin Dövlətyarlı kəndi "ağıllı kənd" konsepsiyası əsasında qurulub. Bu, ikinci belə nümunədir. Qayıdışın ilk ünvanı olan Ağalıda da bu konsepsiyadan istifadə edilib. Lakin "ağıllı idarəetmə" sisteminin tətbiq ediləcəyi Füzulinin kəndinin daha böyük olacağı gözlənilir. Ağıllı turizm həllərinin tətbiqi vasitəsilə kənd turizm infrastrukturunun formalaşdırılması və hotel infrastrukturunun yaradılması nəzərdə tutulub.
Ötən ilin oktyabr ayında Prezident İlham Əliyevin Füzuli rayonuna səfəri zamanı Cuvarlı və Qoçəhmədli kəndlərinin təməli qoyuldu. Cuvarlıya 1697 nəfərin, Qoçəhmədliyə isə 1364 nəfərin köçürülməsi nəzərdə tutulub. Kəndlər tarixi ənənələri qorumaqla müasir üslubda layihələndirilib. Enerjiyə qənaət etmək məqsədilə alternativ enerjidən istifadə və istiliktutumlu evlərin inşası nəzərdə tutulub. Bu kəndlərdə həmçinin çoxfunksiyalı inzibati binaların, Bayraq meydanının, kafe-restoranların, mərasim evlərinin, çörək sexlərinin, apteklərin, idman klublarının, ailə sağlamlıq mərkəzlərinin, məktəblərin, uşaq bağçalarının, istirahət və yaşıllıq zonaların, klub-icma mərkəzlərinin, kitabxanaların, bazarların, qonaq evlərinin tikilməsi planlaşdırılıb.
Qeyd etmək lazımdır ki, bu günədək düşmən tapdağından qurtulan ərazilərimizə 1626 ailə - 6392 nəfər olmaqla, 175 ailə (871 nəfər) Zəngilan rayonunun Ağalı kəndinə, 20 ailə (90 nəfər) Tərtər rayonunun Talış kəndinə, 472 ailə (1773 nəfər) Laçın şəhərinə, 744 ailə (2839 nəfər) Füzuli şəhərinə, 215 ailə (819 nəfər) Laçın rayonunun Zabux kəndinə qayıdıb. Dövlətimizin gücü, düzgün iqtisadi strategiyası sayəsində düşməndən azad edilən ərazilərimizin sürətli bərpası, keçmiş məcburi köçkünlərin bu torpaqlarda tam məskunlaşması tezliklə başa çatacaq.

Ülkər XASPOLADOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Əli Nağıyev: Bu il oktyabrın 1-dək 913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb  

10:34
07 Oktyabr

Qızıl və gümüş ucuzlaşıb 

10:33
07 Oktyabr

Prezident: Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır  

10:23
07 Oktyabr

Prezident İlham Əliyev: İtkin düşmüş heç bir vətəndaşımız unudulmur

10:21
07 Oktyabr

Azərbaycan nefti 120,68 dollara satılır

10:21
07 Oktyabr

Nə gözəl sevgidi Vətən sevgisi

10:15
07 Oktyabr

Azərbaycan Prezidenti: Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb  

10:10
07 Oktyabr

ABŞ-də zabit edam ediləcək

10:10
07 Oktyabr

Ölkənin əksər yerlərində yağıntılı hava şəraiti davam edir – FAKTİKİ HAVA  

10:09
07 Oktyabr

“İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi” mövzusunda Bakı Dialoqu formatında IV beynəlxalq konfransın iştirakçılarına  

10:07
07 Oktyabr

Fizika üzrə Nobel mükafatına Frensis Haltsen layiq görülüb

10:05
07 Oktyabr

ABŞ Rusiyada pnevmonik taun şübhəsi ilə bağlı xəbərdarlıq yayıb

09:59
07 Oktyabr

Qazaxıstan Xəzərin qorunması üzrə dövlətlərarası proqram hazırlayır

09:58
07 Oktyabr

İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans işə başlayıb

09:54
07 Oktyabr

Kiyev raketlərlə vurulub, ölənlər var

09:50
07 Oktyabr

“Mənimlə fəxr edəcəksiz”

09:45
07 Oktyabr

İtməyən zəhmət

09:35
07 Oktyabr

XİN: Suriyadan 13 Azərbaycan vətəndaşı repatriasiya edilib

09:33
07 Oktyabr

Yeni hədəflərə doğru

09:25
07 Oktyabr

Vətən çağıranda "kimdən əskiyəm" deyən oğul

09:15
07 Oktyabr

Vətən müharibəsinin ilk şəhidlərindən biri

09:10
07 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!