28 Noyabr 2023 09:20
380
SİYASƏT
A- A+
Fransanın cinayətkar xisləti

Fransanın cinayətkar xisləti

 

"Fransanın təcavüzkar Ermənistanı silahlandırması, işğalçıya bütün sahələrdə dəstək verməsi heç bir beynəlxalq normaya sığmır. Həmçinin bu, Azərbaycanın da milli maraqlarına tamamilə ziddir. Nəzərə almaq lazımdır ki, Azərbaycan torpaqları 30 ildən çox vaxt ərzində erməni işğalında qalıb və BMT Təhlükəsizlik Şurasının torpaqlarımızın qeyri-şərtsiz azad olunması barədə qətnamələri uzun illər icra edilməyib. Halbuki BMT TŞ-nin üzvü, eləcə də Minsk qrupunun həmsədrlərindən biri kimi Fransanın borcu idi ki, bu istiqamətdə əməli addımlar atsın".
Bu fikirləri qəzetimizə açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib. O bildirib ki, işğal dövründə olduğu kimi, Vətən müharibəsinin davam etdiyi 44 gündə də  Fransa daim Ermənistanı müdafiə etdi. Bu il sentyabrın 19-20-də keçirilmiş antiterror tədbirlərindən sonra isə Fransanın ölkəmizə qarşı təhdidləri artıb, şər-böhtan kampaniyası genişlənib. Bu, iki təcavüzkar ölkənin - Ermənistan və Fransanın cinayətkar olduqlarından və bəşəriyyətə zidd mövqedə durduqlarından xəbər verir. Bu ölkələrin davranışları bilavasitə müstəmləkəçiliyə və insan qətllərinə xidmət edir. 
Komitə sədri qeyd edib ki, Fransa əsrlər boyu müstəmləkəçi ölkə kimi tanınıb, dünyanın 50-dən çox ölkəsini əsarəti altında saxlayıb: "Fransa 10 milyonlarla insanın qətlinə, şikəst qalmasına bais olub. Tarixi qanlı qətllərlə dolu olan Fransanı Ermənistan xalqının taleyi, bu ölkənin gələcəyi düşündürmür. Paris Cənubi Qafqazda möhkəmlənmək, regionda söz sahibinə çevrilmək niyyətindədir. Bu səbəbdən münaqişələri qızışdırır, mənfur siyasətini həyata keçirir. Fransa məqsədinə nail olmaq üçün Paşinyandan bir kart kimi istifadə edir, onun yaramaz siyasətinə, təcavüzkar əməllərinə rəvac verir.
Tahir Rzayev vurğulayıb ki, bu gün Fransa öz daxili problemləri ilə məşğul olmaq əvəzinə, məkrli planlar qurur, başqa dövlətlərin daxili işlərinə qarışmağa cəhd göstərir. Fransada uzun müddət davam edən mitinqlər, ölkədə hökm sürən özbaşınalıqlar fransızların özlərini də cana gətirib. Ölkədə islamofobiyanın və türkofobiyanın geniş yayılması da ciddi problemlərə səbəb olur. Fransızlar Makrondan ciddi şəkildə narazıdırlar və onun siyasətinə qarşı açıq etirazlarını nümayiş etdirirlər. Belə olan halda Fransa prezidentinin Ermənistanla məşğul olması, onu silahlandırıb revanşistləri həvəsləndirməsi məntiqli deyil. Lakin təəccüblü heç nə yoxdur, Paris qonşu ölkələri bir-birinə qarşı qoymaqla fitnəkar xislətini büruzə verir. 
Komitə sədri onu da deyib ki, Prezident İlham Əliyev Fransanın tutduğu yolun düzgün olmadığını, bu yolun Cənubi Qafqazda sabitliyi pozmağa yönəldiyini dəfələrlə qeyd edib və bildirib ki, heç bir ölkənin yalan, böhtan, iftira təbliğatı bizi yolumuzdan döndərə bilməz. Çünki biz haqq yolundayıq, mübarizəmiz torpaqlarımızı qorumaq, Azərbaycan xalqının firavanlığını təmin etmək, sərhədlərimizi möhkəmləndirməkdir. Biz uzun illər işğal altında qalan torpaqlarımızı azad edib, suverenliyimizi tam bərpa etmişik.  Erməni separatizminə son nöqtəni qoyaraq faşistlərin bizim torpaqlarımıza bir də ayaq basmalarını əngəlləmişik.
"Yəni Fransanın Ermənistanı silahlandırmaqla bu ölkəyə hər cür dəstək verməsi Azərbaycanı heç vəchlə narahat edə bilməz. Azərbaycan yenilməz orduya, güclü liderə, həmrəy xalqa malikdir. Azərbaycan haqq uğrunda mübarizəyə hər zaman hazırdır", - deyə T.Rzayev əlavə edib.

Nəzrin QAFARZADƏ,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

17:34
19 Dekabr

Putin: Biz də gələn il sülh içində yaşamaq istərdik  

17:33
19 Dekabr

Energetika naziri Pərviz Şahbazov Zərdabda vətəndaşların müraciətlərini dinləyib  

17:31
19 Dekabr

Azərbaycan yanacağını daşıyan qatar Ermənistana çatıb  

17:28
19 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası yekunlaşıb  

17:25
19 Dekabr

Baş nazir Əli Əsədov BMMT-nin Baş katibi ilə görüşüb  

17:23
19 Dekabr

Vladimir Putin: Prezident Tramp Ukrayna münaqişəsinə son qoymaq üçün ciddi səylər göstərir  

16:46
19 Dekabr

“Qərbi Azərbaycan folkloru” seriyasından növbəti kitab çapdan çıxıb

16:45
19 Dekabr

Kürdəmirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan təsərrüfatlara baxış olub

16:44
19 Dekabr

Azərbaycanla İraq arasında dini-mənəvi əlaqələrin inkişafı istiqamətində müzakirələr aparılıb  

16:42
19 Dekabr

Vladimir Putin Aİ-də Rusiya aktivlərinin ələ keçirilməsi cəhdlərini soyğunçuluq adlandırıb  

16:41
19 Dekabr

“Euronews” kanalı Şuşa ilə bağlı reportaj təqdim edib  

16:40
19 Dekabr

QMİ sədri G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti ilə görüşüb  

16:37
19 Dekabr

Vladimir Putin iqtisadi artımın yavaşlamasını düşünülmüş addım adlandırıb  

16:35
19 Dekabr

Misli Premyer Liqası: Qərb derbisini “Turan Tovuz” qazanıb

16:35
19 Dekabr

Əmək və əhalinin sosial müdafiəsi naziri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyib

16:34
19 Dekabr

BMT ilə DİM-lərin lokallaşdırılması istiqamətində fəaliyyətlərin davam etdirilməsi müzakirə olunub  

16:33
19 Dekabr

Anar Eyvazov: Dezinformasiyaların qarşısının alınması məqsədilə operativ informasiya fəaliyyəti yüksək peşəkarlıqla təmin olunub  

16:30
19 Dekabr

Azərbaycan və Türkiyənin ali təhsil müəssisələri arasında əməkdaşlıq imkanları müzakirə edilib  

16:29
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!