04 Oktyabr 2023 10:05
570
SİYASƏT
A- A+
Fransa Şimali Afrikada etdiklərini Cənubi Qafqazda təkrarlaya bilməz

Fransa Şimali Afrikada etdiklərini Cənubi Qafqazda təkrarlaya bilməz

 

Fransa tarixi keçmişi qara, qanlı ləkələrlə zəngin olan ölkədir. Əfsuslar olsun ki, Avropanın mərkəzində yerləşən bu ölkə tarixi xislətini bu gün də dəyişməyib. Dünyanın əksər nöqtəsində baş verən qanlı münaqişələrdə müsəlmanlara xüsusi nifrəti ilə seçilən bu ölkənin adı qırmızı xətlə keçir. Ölkəmizin müstəqilliyinə, suverenliyinə, əngəl olmaq məqsədilə süni surətdə yaradılmış Qarabağ problemi başlayan gündən bu məsələdə ən çox adıçəkilən Fransa oldu. "Vasitəçi" qismində hadisələrin mərkəzinə özünü pərçim edən Fransanın müsəlmanlara qarşı törətdiyi cinayətləri yada salsaq, onun ədalətdən çox uzaq olduğunu təsdiqləyərik.
Fransa iki əsrə yaxındır ki, Afrikanı qan gölündə boğur. Milyonlarla insanın qətlə yetirilməsi, minlərlə yaşayış məntəqəsinin xarabalığa çevrilməsi ilə nəticələnən, XVII əsrdə başlanan bu zülm hələ də bitməyib, təəssüf ki, bu gün də davam etdirilir.
Tarixi məlumatlara görə, Fransa Əlcəzairdə XVII əsrdən XIX əsrin 30-cu illərinədək 4 milyon nəfərdən çox, 1890-cı ildə isə 2 milyon 500 min insanı qətlə yetirib. Onlar yerli sakinləri ərəb kimliyindən və islamdan imtina edərək Fransa təbəəliyini güc yolu ilə qəbul etdirməyə çalışıblar. XIX əsrdə başlayan qətllər İkinci Dünya müharibəsi başa çatandan sonra da davam etdirilib. Fransa KİV-in yazdığına görə, 1945-ci ildə Fransa qoşunları Əlcəzairin Setif və Guelma qəsəbələrində 45 mindən çox günahsız insanı qanına qəltan edib. Qanlı "keçmişi"ni unutmaq üçün rəsmi Parisin son üç əsrdə törətdiyi soyqırımlarla bağlı arxiv sənədlərini məhv etdiyi bildirilir. Fransa öz murdar keçmişini nə qədər ört-basdır etməyə çalışsa da, tarixi mənbələrdə təxminən 140 il ərzində öz azadlığı uğrunda mübarizə aparan 1 milyon 500 min əlcəzairlinin qətli faktını gizlədə bilməyib.
Bu gün insan azadlığından, insan hüququndan dəm vuran Fransanın Afrikanın Benin ölkəsində insan alveri, qul ticarəti ilə məşğul olduğunu da ört-basdır etmək mümkün deyil. Afrikanın daha bir ölkəsi Burkino-Fasoda XX əsrin ortalarınadək qətllər və talanlar törədən Fransa 1994-cü il aprelin 7-də Ruandada 800 mindən çox günahsız insanın tökülən qanına görə cavab verməlidir. Ruandada xunta rejimini müdafiə edən Fransa azadlıq uğrunda mübarizə aparan insanları soyqırımına məruz qoyub. Bu Afrika ölkəsində törənən soyqırımına görə Fransanın məsuliyyət daşıdığı rəsmi sənədlərlə təsdiqlənir.
Fransa "sülhməramlıları"nın Malidə qanuni hakimiyyətə qarşı törədilən cinayətlərdə də ittiham olunduğu sirr deyil. Eləcə də Vyetnam və Hindi-Çin ölkələrində törətdikləri cinayətləri də tarixin yaddaşından silmək mümkün deyil.
Tariximizin indiki mərhələsində Fransa ilə Ermənistanı birləşdirən başlıca amil türk millətinə, türk dövlətinə olan düşmənçilikdir. Keçən əsrin iyirminci illərində Osmanlı dövlətini tamamilə məhv etmək üçün əlinə fürsət düşdüyünü zənn edən Fransa ermənilərlə birləşərək türklərə qarşı amansızcasına hücuma keçmişdir. 1918-ci ilin martında fransalı general Manşimonun başçılıq etdiyi silahlı dəstə Güney Azərbaycanın Urmiya, Salmas, Xoy şəhərlərində, Quşuçu və Cilovluq yaşayış məntəqələrində, Muğan regionunda müsəlmanları və Azərbaycan türklərini kütləvi şəkildə məhv edərək soyqırımı törətmişdir.
Əsrin sonunda bölgədə yaradılan süni Qarabağ problemi ilə özünü Cənubi Qafqaz siyasətinə zorla pərçim edən Fransanın vasitəçiliyi, tutduğu qərəzli mövqeyi nəticəsində 30 il torpaqlarımız işğal altında qaldı. Əslinə qalsa, Fransa öz mənfur niyyətini heç gizlətmirdi də. Zaman-zaman utanmadan qərəzli mövqeyini nümayiş etdirir, beynəlxalq miqyasda Ermənistanla bir platformada çıxış etdiyini açıqca ortaya qoyurdu. 
 "Münaqişənin hərbi yolla həlli yoxdur" tezisinin də əsas müəllifi Fransanın olduğunu nəzərə alsaq, bu "sülh göyərçini"nin məqsədini başa düşmək o qədər də çətin deyildi. Vaxt uzadıb status-kvonu saxlamaq, ermənilərin işğal etdikləri ərazidə mövqelərinin möhkəmlənməsinə şərait yaratmaq...
Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə ölkəmizin mövqeyini açıqlayarkən demişdir ki, münaqişənin sülh yolu ilə həlli mümkün olmasa, digər vasitələrlə həlli qaçılmaz olacaq. Azərbaycan öz torpaqlarının bir qarışını da kiməsə güzəştə getməyəcək.
2020-ci ilin sentyabrında başlanan 44 günlük Vətən müharibəsində Azərbaycan torpaqlarını işğaldan azad etdikdən sonra Fransa əsl simasını göstərdi. "Vasitəçi"dən çox birmənalı olaraq Ermənistanın mövqeyindən çıxış edən Fransa ölkəmizə qarşı əsası olmayan qarayaxma kampaniyasına başladı... 
Əslində, müharibədə, siyasi masalarda uduzan Ermənistan yox, Fransa idi. Ermənistanın bu ölkənin "forpost"u olduğunu, Parisdən gələn sifarişləri kor-koranə yerinə yetirdiyini bilməyən yoxdur. 
Ermənistan 44 günlük müharibədə məğlub olub acınacaqlı duruma düşəndən sonra Fransa artıq uduzduğunun, Cənubi Qafqaz siyasətində söz sahibi ola bilməyəcəyinin fərqində oldu. Ermənistanın baş nazirindən beş əlli yapışmasının da əsas səbəbi Nikolun sözə baxan olmasından istifadə edib yenidən Cənubi Qafqaza girmək niyyətindən irəli gəlir. 
Aİ-nin müşahidə missiyası altında öz jandarm qüvvələrini Ermənistana yerləşdirən Fransa burada möhkəmlənə biləcəyini zənn edirdi. Ona görə də problemin həllindən çox problem yaratmaqla məşğul olurdu. Emmanuel Makron anlayırdı ki, Qarabağ probleminin olmaması Cənubi Qafqazda Fransanın mövcudluğu deməkdir. Elə Qarabağ probleminin bu qədər uzanmasının da bir səbəbi bu amildir. 
Dövlətimiz sentyabrın 19-da başlatdığı, bir gündən də az çəkən lokal xarakterli antiterror tədbirləri ilə suverenliyimizi bütün ərazilərdə bərpa etdi, regionda 30 ildən çox davam edən münaqişəyə son qoydu. Münaqişənin bitməsi birmənalı olaraq Fransanın Cənubi Qafqaz arzularını dəfn etdi. 
Görünən budur ki, regionda sülhün, sabitliyin yaranması Fransanı ciddi narahat edir. Cənubi Qafqazda da Afrika siyasəti yürütməyə çalışan Fransa unudur ki, nə zaman o zamandır, nə də məkan o məkandır. Bura Qafqazdır. Bu torpağın yetişdirdiyi qəhrəmanlar azadlıq, müstəqillik uğrunda canlarını fəda edib şəhidlik zirvəsinə ucalmağı şərəf bilirlər. 

Elşən QƏNİYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

17:34
19 Dekabr

Putin: Biz də gələn il sülh içində yaşamaq istərdik  

17:33
19 Dekabr

Energetika naziri Pərviz Şahbazov Zərdabda vətəndaşların müraciətlərini dinləyib  

17:31
19 Dekabr

Azərbaycan yanacağını daşıyan qatar Ermənistana çatıb  

17:28
19 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası yekunlaşıb  

17:25
19 Dekabr

Baş nazir Əli Əsədov BMMT-nin Baş katibi ilə görüşüb  

17:23
19 Dekabr

Vladimir Putin: Prezident Tramp Ukrayna münaqişəsinə son qoymaq üçün ciddi səylər göstərir  

16:46
19 Dekabr

“Qərbi Azərbaycan folkloru” seriyasından növbəti kitab çapdan çıxıb

16:45
19 Dekabr

Kürdəmirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan təsərrüfatlara baxış olub

16:44
19 Dekabr

Azərbaycanla İraq arasında dini-mənəvi əlaqələrin inkişafı istiqamətində müzakirələr aparılıb  

16:42
19 Dekabr

Vladimir Putin Aİ-də Rusiya aktivlərinin ələ keçirilməsi cəhdlərini soyğunçuluq adlandırıb  

16:41
19 Dekabr

“Euronews” kanalı Şuşa ilə bağlı reportaj təqdim edib  

16:40
19 Dekabr

QMİ sədri G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti ilə görüşüb  

16:37
19 Dekabr

Vladimir Putin iqtisadi artımın yavaşlamasını düşünülmüş addım adlandırıb  

16:35
19 Dekabr

Misli Premyer Liqası: Qərb derbisini “Turan Tovuz” qazanıb

16:35
19 Dekabr

Əmək və əhalinin sosial müdafiəsi naziri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyib

16:34
19 Dekabr

BMT ilə DİM-lərin lokallaşdırılması istiqamətində fəaliyyətlərin davam etdirilməsi müzakirə olunub  

16:33
19 Dekabr

Anar Eyvazov: Dezinformasiyaların qarşısının alınması məqsədilə operativ informasiya fəaliyyəti yüksək peşəkarlıqla təmin olunub  

16:30
19 Dekabr

Azərbaycan və Türkiyənin ali təhsil müəssisələri arasında əməkdaşlıq imkanları müzakirə edilib  

16:29
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!