“Formula-1”in könüllüləri
Böyük maraqla izlənilən və avtomobil yarışları içərisində yüksək nüfuza malik olan "Formula-1” Azərbaycan Qran-prisi həyəcanı başlayıb. Sürət həvəskarlarının səbirsizliklə gözlədikləri Bakı mərhələsinə hazırlıq işləri ən yüksək səviyyədə görülüb.
Planetin bir nömrəli avtomobil yarışının təşkilində və keçirilməsində bir sıra məsələlər xüsusilə önəm kəsb edir. Bunlardan biri də marşallardır. Onlar "F1” aləmində "Yarış rəsmiləri” də adlandırılırlar.
Ümumiyyətlə, dünyada marşallıq sevimli məşğuliyyət kimi qəbul olunur. İnsanlar müxtəlif yarışlarda marşallıq edərək həm maraqlı vaxt keçirir, həm də yarışı yaxından izləmək şansı qazanırlar.
Ölkəmizdə bu sahə yeni olmasına baxmayaraq, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti tərəfindən təsis edilən "Baku Marshals Club” marşallıq fəaliyyətinin bütün istiqamətlərinə dair tədbirlər təşkil edir, müsahibələr və təlimlər keçirir, eyni zamanda, beynəlxalq marşal klubları ilə sıx əməkdaşlıq qurur.
Onlar yerinə yetirdikləri müxtəlif növ vəzifələrə əsasən aşağıdakı növlərə bölünürlər:
Sektor marşalları:
Trek xəyali olaraq "sektorlara” bölünür və hər bir sektora nəzarət bir sektor marşalına və onun bir və yaxud iki müavininə tapşırılır. Onlar trek üzrə təyin olunduqları sahədə əsas səlahiyyətli nümayəndə hesab olunur və burada baş verən bütün işlərə görə məsuliyyət daşıyırlar.
Trek marşalları:
Halqa boyunca nəzarət postlarında yer alanlar əsas marşallardır. Onların bir çox vəzifələri var. Trek marşalları rəsmilər arasında ən çox məsuliyyət daşıyan şəxslərdir. Onların vəzifələrinə trekə daxil olub, onu qalıqlardan təmizləmək, təhlükədə olan avtomobilləri itələmək və qəzadan sonra ərazini təmizləmək daxildir. Bu işi görə bilmək üçün zirəklik, komandada işləmək qabiliyyəti, dözümlülük və təcrübə tələb olunur.
Bayraq marşalları:
Trek boyunca marşal məntəqələrində yarış iştirakçılarını bayraq vasitəsilə məlumatlandıran məsul şəxslərdir. Onların başlıca vəzifələri sürücülərlə bayraqlar vasitəsilə əlaqə qurub pilotları qarşıda olan təhlükə barəsində məlumatlandırmaq, qəza anında mövqeyində qalaraq yolda baş vermiş təhlükə barədə xəbərdar etməkdir.
Rəqəmsal bayraq marşalları:
Halqa boyu müvafiq mövqelərdə yerləşdirilib, digər bayraq marşallarının üzərinə düşən işi görürlər. Yeganə fərqləri bayraq əvəzinə displeydən istifadə etmələridir.
Start və finiş marşalları:
Yarışı başlamaq və bitirmək üçün damalı bayraqlardan, elektron vaxt tablolarından və digər vasitələrdən istifadə edirlər. Onlar start və finiş xəttində müxtəlif bayraqları (qara bayraq, mexaniki bayraq və s.) göstərməyə görə cavabdehlik daşıyırlar.
Yanğınsöndürən və xilasetmə marşalları:
Yanğınsöndürmə üzrə geniş təcrübə əldə ediblər. Onlar tədbir zamanı bütün yanğın və xilasetmə işlərinə görə cavabdehlik daşıyırlar.
Tibbi marşallar:
Bu xidmətə həkim heyəti (həkimlər, orta təhsilli tibb işçiləri, tibb bacıları və s.), avadanlıq və nəqliyyat vasitələri, trekdə təxirəsalınmaz kömək, yaralıların daşınması, tibbi mərkəz, kommunikasiya sistemi, əvvəldən təyin olunmuş xüsusi xəstəxanalar daxildir.
Texniki təftiş marşalları:
Bu təftiş marşalları gündəlik olaraq hər bir avtomobili, o cümlədən qəzaya uğramış avtomobilləri təftiş edərək təhlükəsizlik və uyğunluq tələblərinə cavab verdiyini müəyyən edir.
Pit və sıra düzülüşü marşalları:
Bu marşallar hər bir tədbirdən əvvəl start düzülüşünü qururlar. Onların vəzifələrindən biri tədbir zamanı pit xəttindəki nəqliyyat vasitələrini və insanları yönləndirməkdir.
Bərpa üzrə marşallar:
Bu qrupa evakuator avtomobillərinin heyəti və onların köməkçiləri daxildir. Onların vəzifəsi tədbir zamanı və tədbirdən sonra sıradan çıxmış və hərəkətsiz qalmış avtomobilləri trekdən uzaqlaşdırmaqdır.
Kommunikasiya üzrə marşallar:
Rabitəçi və ya müşahidəçilər kimi tanınırlar. Onlar hər bir marşal postuna təyin edilir, baş verənləri müşahidə edir, yarışa nəzarət otağına xüsusi audio rabitə kanalları vasitəsilə məlumat ötürürlər.
Hüdudlar üzrə marşallar:
Əsas vəzi
fəsi halqa boyu çətin vəziyyətdə qalmış sürücülərə kömək etmək və onları yubanmadan pitlərə aparmaqdır.
Logistika və marşalların təchizatı:
Onların vəzifəsi digər marşalları tədbirdən əvvəl və tədbir zamanı yemək, su, avadanlıq, dəftərxana məhsulları, radio qurğuları və geyimlə təmin etməkdir.
Elçin CƏFƏROV,
"Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Mayın 5-i Həkim-Mama Günüdür
05 May
Türkiyə siyasətçisi Dövlət Baxçalı Əhməd Cavad Şərəf Medalı ilə təltif edilib
05 May
İlk fərdiləşdirilmiş dəri xərçəngi peyvəndi sınaqdan keçirilir
05 May
Samir Şərifov: Azərbaycan Orta Dəhlizin ən vacib iştirakçılarından biridir
05 May
Hayastanda etirazlar səngimir
05 May
"Xalq Bank"ın "Xalq Əmanəti" layihəsinin 24-cü nəşri Cahid Camala həsr olunub
05 May
QƏZƏLLƏR
05 May
"Şərq şairlərinin günəşi"
05 May
Anamın gözünün nuru, əlinin sığalı hopmuş xalça
05 May
Həyatı filmə bənzəyən aktyor
05 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!