Firavan, xoşbəxt həyatın yolu sülhdən keçir...
2016-cı ilin Azərbaycanda multikulturializm ili elan olunması tarixi reallıqlar fonunda bəşəri xarakter daşıyır: bu, əslində, dünyaya çağırışdır. Ölkəmiz özünəməxsus milli-etnik-irqi, dini, mədəni tolerantlıq modeli ilə dünyaya örnək olacaq, yol göstərəcək qədər yüksək nəticələr qazanıb. Xalqımızın buna tam mənəvi haqqı çatır.
Nə qədər ki gec deyil, dünyada günü-gündən dərinləşən və kəskinləşən irqi, milli, dini qarşıdurmalara son verilməlidir. Əks təqdirdə bəşəriyyət daha dəhşətli fəlakətlərə düçar ola bilər. Təəssüf ki, qanlı münaqişələr təriqət qarşıdurmalarınadək genişlənib. Şərq ölkələrindən hər gün dəhşətli xəbərlər gəlir. Son illərin statistikasında öldürülənlərin və yaralananların sayı yüz minlərlə ifadə edilir. Qaçqınların sayı milyonlarla hesablanır. Ölkələr viran qalır, xalqlar zəlil gününə salınır, əsrlərin, minilliklərin mədəniyyət irsi məhv olur. Nəyin namınə? Hərçənd, bütün bunların arxasında “gözəgörünməz” imperialist və yırtıcı xislətli güc mərkəzlərinin geostrateji, siyasi-iqtisadi maraqlarının dayandığı şəksizdir...
Azərbaycan multikulturalizmi, tolerantlığı, birgəyaşayış ənənələri bir neçə əsrdir milli şüur, ictimai münasibətlər səviyyəsində formalaşıb, bərqərar olub. Elə bu səbəbdən də bunu dəyişmək, insanlar arasında nifaq toxumu səpib cücərtmək qeyri-mümkündür. Bununla belə, dağıtmaq həmişə qurub-yaratmaqdan, viran qoymaq abadlaşdırmaqdan daha asan olub. Odur ki, diqqətli olmalı, yiyələndiyimiz yüksək mənəvi dəyər göstəricisi - Azərbaycan multikulturalizm modelini qoruyub daha da rövnəqləndirməli, eyni zamanda başqa dövlətlər, xalqlar tərəfindən də əxz edilməsinə çalışmalıyıq. Əmin-amanlığın da, firavan, xoşbəxt həyatın da yolu sülhdən keçir.
E.HƏSRƏTLİ,
Bakı
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan “Bakı marafonu 2024” start götürüb ...
05 May
Mayın 5-i Həkim-Mama Günüdür
05 May
Türkiyə siyasətçisi Dövlət Baxçalı Əhməd Cavad Şərəf Medalı ilə təltif edilib
05 May
İlk fərdiləşdirilmiş dəri xərçəngi peyvəndi sınaqdan keçirilir
05 May
Samir Şərifov: Azərbaycan Orta Dəhlizin ən vacib iştirakçılarından biridir
05 May
Hayastanda etirazlar səngimir
05 May
"Xalq Bank"ın "Xalq Əmanəti" layihəsinin 24-cü nəşri Cahid Camala həsr olunub
05 May
QƏZƏLLƏR
05 May
"Şərq şairlərinin günəşi"
05 May
Anamın gözünün nuru, əlinin sığalı hopmuş xalça
05 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!