Filizçay yatağının istismarından iqtisadiyyata 6 milyard manata yaxın vəsaitin daxil olması gözlənilir
28 sentyabr tarixdə Balakən rayonunda yerləşən Köhnəmədən sahəsinin Filizçay yatağında yaradılmış geoloji düşərgədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və "AzerGold” Qapalı Səhmdar Cəmiyyəti arasında görüş keçirilmişdir.
Görüş çərçivəsində nəinki Azərbaycan, hətta Avropa üçün böyük strateji əhəmiyyətə malik Filizçay polimetal yatağı üzrə həyata keçirilmiş ilkin tədqiqatlar müzakirə edilmiş, burada aparılan geoloji kəşfiyyat, buruq-qazma işləri və laborator tədqiqatlar haqqında nazir Muxtar Babayevə geniş məlumat verilmişdir. Qeyd edilmişdir ki, ilkin hesablamalara əsasən, yatağın 23 illik istismarı və mis, gümüş, sink, qurğuşun kimi metalların hasil edilməsi nəticəsində ölkə iqtisadiyyatına 6 milyard manata yaxın vəsaitin daxil olması gözlənilir.
"AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov bildirmişdir ki, Filizçay yatağının ilkin iqtisadi qiymətləndirmə sənədi nüfuzlu beynəlxalq məsləhətçi şirkət olan "SRK Consulting” tərəfindən cari ilin sonuna qədər hazır ediləcək, ərazidə əlavə buruq-qazma işləri, metallurji testlər, mühəndis-geoloji və hidroloji kəşfiyyat işlərinin aparılmasından sonra texniki-iqtisadi əsaslandırma sənədinin hazırlanmasına başlanılacaqdır. Z. İbrahimov qeyd etmişdir ki, bu sənədin hazırlanması nəticəsində məlumatlar dəqiqləşdirildikdə əldə olunacaq gəlir məbləğinin artması ehtimalı böyükdür.
Görüşün davamında nazir Muxtar Babayev Filizçay yatağının Zaqatala Dövlət Təbiət Qoruğunun yaxınlığında yerləşdiyini qeyd edərək yataqda aparılacaq bütün işlərdə ətraf mühitə təsirin minimuma endirilməsinə diqqət yetirilməsinin vacibliyini vurğulamışdır. "AzerGold” QSC tərəfindən bildirilmişdir ki, yatağın istismar öncəsi əhəmiyyətli tədqiqat işlərindən biri də Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi sənədinin hazırlanması olacaq.
Görüşdə həmçinin ölkənin bütün əlvan metal mədənləri üzrə geoloji məlumatların elektron formata salınması (rəqəmsallaşdırılması), dağ-mədən sahəsində milli qanunvericiliyin təkmilləşdirilməsi və bu sahədə işlərin koordinasiyalı şəkildə görülməsi müzakirə edilmişdir.
"Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
"Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməs...
28 Aprel
"Azərbaycan Respublikasının Hökuməti və "ACWA Power Azerbaijan Renewable Energy" Məhdud Məsuliyyətli...
28 Aprel
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Azərbaycan Respublikasının təmsil edilməsi ilə bağlı b...
28 Aprel
Sahibkarlıq fəaliyyəti sahəsində fərqlənən şəxslərin "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında...
28 Aprel
Tacikistan vətəndaşlarını Rusiyaya səfər etməməyə çağırıb
27 Aprel
Azərbaycanın daha bir cüdoçusu Avropa çempionu olub
27 Aprel
Türkiyədə 38 qeyri-leqal miqrant saxlanılıb
27 Aprel
Rusiyada miqrantların qalma müddəti il ərzində 90 günə qədər azaldılır
27 Aprel
Qələbə "Sabah"ı 3-cü edib - Premyer Liqa
27 Aprel
Gürcüstan parlamentinin sədri ABŞ senatorlarına sərt cavab verib
27 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!