18 Avqust 2026 13:25
555
İDMAN
A- A+
FIFA-nın baş əməliyyat direktoru vəzifəsini itirdi

FIFA-nın baş əməliyyat direktoru vəzifəsini itirdi


O, İnfantinonun özəl investorlarla bağlı planını tənqid etmişdi


FIFA-nın baş əməliyyat direktoru Kevin Lamur qurumun prezidenti Canni İnfantinonun futbol yarışlarındakı paylarını özəl investorlara satmaq planını kəskin tənqid etdikdən 3 həftədən az müddət sonra işdən çıxarılıb. Bu barədə BBC Sport xəbər verir.

Beynəlxalq Futbol Federasiyasının  sözçüsü təsdiqləyib ki, "FIFA ilə Kevin Lamur arasında baş əməliyyat direktoru vəzifəsində əmək münasibətləri 17 avqust 2026-cı ildə başa çatıb". Bəyanatda deyilir: "FIFA Kevinə ikiillik xidmətinə görə təşəkkür edir və ona gələcəkdə uğurlar arzulayır".

FIFA əməkdaşlarına işdən çıxarılma barədə baş katib Mattias Qrafström məlumat verib. Göndərilən elektron məktubda tərəflərin "yollarını ayırmaq barədə razılığa gəldikləri" bildirilib.

Ötən ay Lamur "FIFA Forward Enterprise" (FFE) şirkətini yaratmaq üçün mübahisəli planları "tək nəfərlik layihə" adlandırmış və "futbolun siyasi liderlərinin özlərinə düzgün suallar verməsinin və düzgün qərarlar qəbul etməsinin vaxtı çatdığını" bəyan etmişdir. Onun dediyinə görə, FIFA-nın rəhbərliyinə layihə ilə bağlı "yanlış" məlumat verilmiş  və sonradan layihə ləğv edilmişdir. "Bizim missiyamız - yüzlərlə ehtiraslı, fədakar və vicdanlı FIFA işçisinin missiyası - futbola xidmət etməkdir", - deyə Lamur bildirmişdir. "Prezident insanları birləşdirməli, onları bir-birinə daha da yaxınlaşdırmalı və ilhamlandırmalıdır. Bu gün isə tam əksini görürük."

Məlumat üçün bildirək ki, Lamur FIFA-da işə 2024-cü ilin noyabr ayında başlamışdı (əvvəllər o, UEFA baş katibinin müavini olmuşdu).


Rizvan CƏFƏROV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“AzerGold” ali məktəb tələbələri üçün növbəti təqaüd proqramını elan edir

13:33
05 Sentyabr

Azərbaycandan Ermənistana növbəti neft məhsulları və tranzit yüklər göndərilib  

12:45
05 Sentyabr

Bakı və Abşeronda su sistemlərinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramının icrası davam edir

12:43
05 Sentyabr

Ombudsman: Ermənistan hüquq müdafiəçisinin iddiaları sülh prosesinə zərər vurmağa yönəlib

12:40
05 Sentyabr

DİN: Ötən gün 71 cinayətin açılması təmin olunub, 149 axtarışda olan şəxs saxlanılıb  

12:37
05 Sentyabr

Çempionlar Liqası: "Sabah"ın ev oyunlarını keçirəcəyi stadion dəqiqləşib  

12:35
05 Sentyabr

BDYPİ: Skuter oyuncaq deyil, qaydalara ciddi əməl edilməlidir  

12:33
05 Sentyabr

Bakıda Dördüncü İqlim Həftəsi keçiriləcək  

12:30
05 Sentyabr

Azərbaycan “İstanbul İqlim Maliyyəsi Sammiti”ndə təmsil olunub  

12:24
05 Sentyabr

Yuxunu izləyən radar sistemi

11:25
05 Sentyabr

"Acer"dən yeni noutbuk

11:20
05 Sentyabr

Smartfonlar üçün kamera ovçusu

11:15
05 Sentyabr

Süni profillərə yeni məhdudiyyət

11:10
05 Sentyabr

Fəlakət zonalarının kiborq xilasediciləri

11:05
05 Sentyabr

Bilmək istəyirəm

11:00
05 Sentyabr

Şirxanın son arzusu

10:55
05 Sentyabr

Vətən müharibəsi veteranı: "Hər kəs Şuşanın tarixi simasının qorunmasına öz töhfəsini verməlidir"

10:50
05 Sentyabr

Şəmkirin "sonbeşik" şəhidi 

10:45
05 Sentyabr

19 illik əbədi ömür

10:40
05 Sentyabr

Şuşanın daşları da bizə əmanətdir

10:30
05 Sentyabr

Şərqin Orta əsr filosofunun izi ilə

10:20
05 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!