18 Avqust 2026 12:13
514
İQTİSADİYYAT
A- A+
Hörmüz böhranının Azərbaycanın neft ixracına təsiri

Hörmüz böhranının Azərbaycanın neft ixracına təsiri


Hörmüz boğazı dünya enerji bazarının ən mühüm strateji keçidlərindən biridir. İran ilə Oman arasında yerləşən bu boğaz Körfəzi Oman körfəzi və Ərəbistan dənizi ilə birləşdirir. Ötən ilin birinci yarısında boğazdan gündəlik orta hesabla 20,9 milyon barel neft və neft məhsulu keçib ki, bu da qlobal neft istehlakının təxminən beşdəbirinə bərabərdir.

AZƏRTAC xəbər verir ki, Hörmüz boğazının bağlanması ilk növbədə Səudiyyə Ərəbistanı, İraq, Küveyt, İran, Birləşmiş Ərəb Əmirlikləri və Qətər kimi Körfəz ölkələrinin enerji ixracına birbaşa zərbə vurur. Azərbaycan isə bu ölkələrdən fərqli olaraq neftini dünya bazarlarına əsasən Xəzər dənizi üzərindən və boru kəmərləri vasitəsilə çıxardığı üçün Hörmüz boğazının bağlanmasından birbaşa deyil, əsasən dolayı şəkildə təsirlənir.

Azərbaycanın əsas neft ixrac marşrutu Bakı–Tbilisi–Ceyhan (BTC) boru kəməridir. BTC-nin ötürücülük qabiliyyəti gündəlik 1,2 milyon bareldir. Kəmər Azərbaycan, Gürcüstan və Türkiyə ərazisindən keçərək Aralıq dənizindəki Ceyhan limanına çıxır. İstismara verildiyi tarixdən ötən 20 il ərzində Bakı-Tbilisi-Ceyhan vasitəsilə 560 milyon tondan çox Azərbaycan mənşəli neft və kondensat ixrac olunub. 1768 kilometr uzunluğunda olan BTC 2006-cı ilin iyun ayında istismara veriləndən cari ilin iyun ayının sonunadək bu boru kəməri vasitəsilə ümumilikdə təqribən 631 milyon ton (4,7 milyard bareldən çox) xam neft nəql edilib və Ceyhanda 6276 tankerə yüklənərək dünya bazarlarına göndərilib. Bundan başqa, Bakı–Supsa və Bakı–Novorossiysk kəmərləri də Azərbaycanın neft ixrac infrastrukturunun tərkib hissəsidir.

Bu marşrutların əsas üstünlüyü onların Hörmüz boğazından yan keçməsidir. Buna görə də boğazın bağlanması Azərbaycanın neftinin ixrac üçün fiziki olaraq həmin keçiddən keçə bilməməsi problemini yaratmır. BTC Azərbaycan neftini birbaşa Aralıq dənizinə çıxarır. 2026-cı ilin iyulundan BTC-nin istismarının bp-dən SOCAR-a keçirilməsi də bu infrastrukturun Azərbaycan üçün strateji əhəmiyyətini bir daha göstərir.

Hörmüz boğazının bağlanması nəticəsində dünya bazarında neft tədarükü ciddi şəkildə azalıb. Belə vəziyyətdə “Brent” markalı neftin qiymətinin daha da yüksəlməsi ehtimalı artır. Avqustun əvvəlindən Hörmüz ətrafında gərginliyin artması artıq neft bazarında qiymət dalğalanmasına səbəb olub. “Brent” markalı xam neftin bir barelinin qiyməti iyulun 30-dan bəri ilk dəfə 91 dolları keçib.

Azərbaycan üçün bu, ilk baxışda müsbət amildir. Çünki ixrac olunan neftin qiyməti yüksəldikcə, ixrac həcmi dəyişməsə belə, neft satışından əldə olunan gəlirlər artır. Ölkəmizin xarici ticarətində neft və təbii qazın böyük paya malik olması bu qiymət effektini xüsusilə əhəmiyyətli edir. Hörmüz böhranı fonunda Azərbaycan yüksək neft qiymətlərindən əlavə gəlir əldə edən ölkələrdən biridir.

Bununla belə, məsələyə yalnız neftin bahalaşması prizmasından yanaşmaq düzgün deyil. Hörmüz boğazının bağlanması qlobal iqtisadiyyatda enerji şokuna səbəb olarsa, neft idxal edən ölkələrdə iqtisadi aktivlik zəifləyəcək ki, bu da neftə tələbin azalmasına səbəb olacaq.

Azərbaycanın neft ixracının mühüm hissəsi Avropa bazarları ilə əlaqəlidir. Əgər qlobal iqtisadi artım zəifləsə, Avropada sənaye və nəqliyyat sektorlarının enerji tələbatı aşağı düşə bilər. Digər tərəfdən, tankerlərlə neft daşınması zamanı sığorta və təhlükəsizlik xərclərinin yüksəlməsi Ceyhandan sonrakı dəniz daşımalarını da bahalaşdıra bilər. Yəni Azərbaycan nefti Hörmüzdən keçməsə də, qlobal logistika və sığorta böhranından tamamilə kənarda qala bilməz.

Hörmüz boğazının bağlanmasının başqa bir nəticəsi dünya bazarında neft axınlarının yenidən bölüşdürülməsi ola bilər. Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, 2025-ci ildə Hörmüzdən keçən xam neftin böyük hissəsi Asiya bazarlarına yönəlib və alternativ boru kəmərlərinin mövcud gücü boğazdan keçən ümumi həcmi tam əvəz etmək üçün kifayət etmir. Bu vəziyyətdə Asiya ölkələri alternativ mənbələrdən neft almağa daha çox maraq göstərir. Azərbaycanın nefti də belə alternativ mənbələrdən biri kimi əhəmiyyət qazana bilər. Xüsusilə Xəzər regionundan gələn neftin Aralıq dənizi vasitəsilə dünya bazarlarına çıxarılması Azərbaycan üçün geoiqtisadi üstünlük yaradır.

Neftin qiymətinin yüksəlməsi Azərbaycanın dövlət gəlirlərinə və tədiyə balansına müsbət təsir göstərir.

Azərbaycanın üç əsas neft ixrac kəmərinin – BTC, Bakı–Supsa və Bakı–Novorossiyskin mövcudluğu ixrac marşrutlarının şaxələndirilməsinə imkan verir. Bakı–Supsa kəmərinin gündəlik ötürmə qabiliyyəti 150 min barel, Bakı–Novorossiysk kəmərininki isə 100 min bareldir.

Bu infrastrukturlar Azərbaycanın enerji təhlükəsizliyi baxımından mühüm üstünlüyüdür. Eyni zamanda, cari ildə Novorossiysk istiqamətində də təhlükəsizlik risklərinin artması onu göstərir ki, Azərbaycanın ixrac strategiyasında yalnız bir marşruta güvənməməsi çox düzgün addımdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ermənistanın mina xəritələrini təqdim etməməsi müharibə fəsadlarının aradan qaldırılmasını çətinləşdirir 

17:49
11 Sentyabr

Azərbaycanın Baş prokurorunun rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstanda səfərdədir

15:11
11 Sentyabr

Xankəndidə “Regional məşğulluq ekosisteminin qurulması: İşəgötürənlərlə birgə fəaliyyət mexanizmləri” mövzusunda dəyirmi masa keçirilir

14:45
11 Sentyabr

“BBC”: Yaxın Şərqdəki gərginlik səbəbindən neft, qaz və borclanma xərcləri artıb

14:30
11 Sentyabr

Almaniyada inflyasiya son 2,5 ilin ən yüksək həddinə çatıb

14:23
11 Sentyabr

Süni intellekt modellərinin bioloji silahlar üçün istifadə olunduğu hallar aşkarlanıb

14:17
11 Sentyabr

Filippində yanğın baş verən gəmidə xilasetmə işləri davam edir

14:13
11 Sentyabr

İqlim dəyişikliyi Afrikada malyariya xəstəliyinin yayılma xəritəsini dəyişir

14:05
11 Sentyabr

“AzərEnerji”: Azərbaycan-Ermənistan sərhədindən Naxçıvan şəhəri istiqamətində elektrik verilişi xəttinin layihələndirilməsi üzrə işlər görülüb

14:00
11 Sentyabr

Türkiyə-Azərbaycan V Enerji Forumunun Protokolu imzalanıb

13:55
11 Sentyabr

Xankəndidə əmək yarmarkasında 222 vakansiya təqdim olundu

13:48
11 Sentyabr

BƏƏ Almaniya iqtisadiyyatına 46 milyard dollar investisiya qoyacaq

13:40
11 Sentyabr

Cəmiyyətdə təşvişi və özünü uğursuz hiss etmə duyğusunu artıran səbəb 

13:33
11 Sentyabr

Xroniki stress ürək tutmasına səbəb ola bilər: kardioloqdan mühüm xəbərdarlıq

13:27
11 Sentyabr

Elçin Yusubov: "Xankəndidə yeni tikililərin inşası üçün layihələndirmə işlərinə başlanılıb"

13:22
11 Sentyabr

Hava əsasən yağmursuz keçəcək

13:17
11 Sentyabr

Hikmət Hacıyev: "Terrordan müdafiə və terrora qarşı mübarizə üzrə beynəlxalq alyansa qoşulan ilk ölkələrdənik"

13:10
11 Sentyabr

Hikmət Hacıyev: "2020-ci ildən etibarən 45-dən çox yaşayış məntəqəsi yenidən qurularaq keçmiş məcburi köçkünlərin istifadəsinə verilib"

13:03
11 Sentyabr

Prezidentin köməkçisi: "Mina insidenti bərpa və yenidenqurma səylərimizə mane olur"

13:00
11 Sentyabr

Hikmət Hacıyev: Mədəni irsin bərpası, tikintisi və qorunması üçün əlavə səylər göstərməyə davam edilir

12:47
11 Sentyabr

Bakıda Azərbaycan-Türkiyə 5-ci Enerji Forumu işə başlayıb

12:45
11 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!