01 Dekabr 2023 15:02
251
CƏMİYYƏT
A- A+

“Femida Dialoq Platforması” çərçivəsində Azərbaycan Banklar Assosiasiyasının nümayəndələri ilə görüş keçirilib

 

Azərbaycan Respublikasının Ali Məhkəməsində “Femida Dialoq Platforması” çərçivəsində növbəti görüş Azərbaycan Banklar Assosiasiyasının Rəyasət Heyətinin üzvləri ilə keçirilib.

Məhkəmənin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, qonaqlara bu platforma çərçivəsində aparılan görüşlərin əsas məqsədinin ədalət mühakiməsinin keyfiyyətinin yüksəldilməsi, o cümlədən bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi zərurətinin, habelə təcrübədə rast gəlinən problemlərin və onların aradan qaldırılması yollarının müzakirəsindən ibarət olduğu bildirilib.

Ali Məhkəmənin Mülki kollegiyasının sədri Sənan Hacıyev məhkəmə-hüquq sahəsində aparılan son islahatlar, ədalət mühakiməsinin səmərəliliyinin artırılması istiqamətində, o cümlədən Ali Məhkəmənin vahid məhkəmə təcrübəsinin formalaşması üzrə həyata keçirilmiş yenilikləri qonaqların diqqətinə çatdırıb.

Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev çıxışında dialoqun keçirilməsini müsbət qiymətləndirərək, aparılan müzakirələrin hər iki tərəfin gözləntiləri baxımından mühüm töhfə verəcəyinə əminliyini bildirib.

Ali Məhkəmənin Kommersiya kollegiyasının sədri Kəmalə Abiyeva kommersiya məhkəmələrinin fəaliyyəti, habelə bankların iştirakı ilə olan kommersiya mübahisələrinin xüsusiyyətləri barədə məlumat verib.

Daha sonra bankların tərəf olduqları kredit və digər mübahisələr üzrə mülki və kommersiya işlərinə baxılması zamanı üzə çıxan problemlər və onların aradan qaldırılması yolları müzakirə edilərək, bu kateqoriya işlər üzrə icraatın səmərəliliyinin artırılması istiqamətində bir sıra konkret məsələlərin həlli üzrə razılıq əldə olunub. Bununla yanaşı, tədbir iştirakçıları tərəfindən qiymətləndirmə və hərracların keçirilməsi sahəsində fəaliyyəti tənzimləyən qanunvericilik aktlarının təkmilləşdirilməsi zərurəti vurğulanıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video