ƏZMİN ZƏFƏRİ
Rusiya - Xorvatiya - 2:2 (Penaltilər seriyası - 3:4)
Qollar: Denis Çerışev, 31; Mario Fernandes, 115 - Andrey Kramariç, 39; Domaqoy Vida, 101
Soçi. “Fişt” stadionu
Rusiya-Xorvatiya matçı ilə dünya çempionatında sonuncu yarımfinalçının adına aydınlıq gəldi. Rusiya komandası xorvat səddini adlamaqla 1966-cı il mundialında yarımfinala çıxan SSRİ yığmasının tarixi nailiyyətini təkrarlaya bilərdi. Azərbaycan əsilli cinah oyunçusu Aleksandr Səmədov Rusiya komandasının əsas xüsusiyyətinin xarakter, yəni iradə olduğunu bildirmişdi. O, həmçinin səbir və göstərdikləri əzmkarlıq sayəsində ispanları mübarizədən kənarlaşdırdıqlarını demişdi. Bu səbr yenə ruslara tarixi bir nailiyyət yaşada bilərdi.
Xatırladaq ki, Rusiya və Xorvatiya komandalarının əvvəlki görüşlərində - Avro-2008-in seçmə mərhələsi çərçivəsində keçirilən hər iki oyun qolsuz bərabərliklə başa çatmışdı. Tərəflər bu dəfə də heç-heçə ənənəsini poza bilmədilər.
Braziliyalı referi Sandro Rikkinin start fitindən sonra xorvatlar oyuna daha sürətli başladılar. Ruslar isə müdafiəyə çəkilərək əks hücum taktikası seçdilər. Bu taktika Rusiya millisi üçün 1/8 finalda ispanlarla görüşdə uğurlu alınmışdı.
Hamı təzyiqi get-gedə artıran Xorvatiya millisinin qol vuracağını gözlədiyi bir vaxtda ruslar əks hücumlardan birində hesabı açdılar. Denis Çerışev mükəmməl bir qolla meydan sahiblərini sevindirdi. Lakin 39-cu dəqiqədə xorvatiyalı Andrey Kramariç başla topu qapıya vurub hesabı bərabərləşdirdi.
Fasilədən sonra xorvatlar hücuma, ruslar isə müdafiəyə daha çox üstünlük verirdilər. Bütün cəhdlərə baxmayaraq, real qol imkanlarından istifadə olunmadı və qarşılaşmanın əsas vaxtı heç-heçə başa çatdı.
Qalibi müəyyənləşdirmək üçün əlavə 30 dəqiqə oynanıldı. İspaniya komandası ilə qarşılaşmada olduğu kimi Rusiya millisinin oyunu penalti zərbələrinə aparmaq niyyəti bu dəfə də baş tutdu. 101-ci dəqiqədə xorvatiyalı Domaqoy Vida komandasını hesabda irəli çıxartdı. Əlavə vaxtın başa çatmasına 5 dəqiqə qalmış Mario Fernandes əsas vaxtda yekun hesabı müəyyənləşdirdi-2:2.
Qalibi müəyyənləşdirmək üçün 11 metrlik cərimə zərbələri yerinə yetirildi. Penaltiləri daha dəqiq yerinə yetirən xorvatlar 4:3 hesabı ilə qalib gələrək yarımfinala yüksəldilər.
Beləliklə, iyulun 11-də keçiriləcək yarımfinal matçında İngiltərə və Xorvatiya yığmaları üz-üzə gələcəklər.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
"Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməs...
28 Aprel
"Azərbaycan Respublikasının Hökuməti və "ACWA Power Azerbaijan Renewable Energy" Məhdud Məsuliyyətli...
28 Aprel
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Azərbaycan Respublikasının təmsil edilməsi ilə bağlı b...
28 Aprel
Sahibkarlıq fəaliyyəti sahəsində fərqlənən şəxslərin "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında...
28 Aprel
Tacikistan vətəndaşlarını Rusiyaya səfər etməməyə çağırıb
27 Aprel
Azərbaycanın daha bir cüdoçusu Avropa çempionu olub
27 Aprel
Türkiyədə 38 qeyri-leqal miqrant saxlanılıb
27 Aprel
Rusiyada miqrantların qalma müddəti il ərzində 90 günə qədər azaldılır
27 Aprel
Qələbə "Sabah"ı 3-cü edib - Premyer Liqa
27 Aprel
Gürcüstan parlamentinin sədri ABŞ senatorlarına sərt cavab verib
27 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!