24 Yanvar 2023 00:55
430
SİYASƏT
A- A+
Əvvəl işğal, indi separatizm

Əvvəl işğal, indi separatizm

 

Bir vaxtlar erməni təcavüzünü dəstəkləyən Avropa Parlamenti indi də Qarabağdakı terrorçulara qahmar çıxır

 

Yanvarın 18-də Avropa Parlamenti (AP) Laçın yolunun guya "blokada"da olması və digər bu kimi sərsəm iddialarla dolu qətnamə qəbul edib. Belə bir qətnamənin qəbulu bir daha göstərir ki, həmişə qərəzli mövqeyi ilə seçilən AP erməni lobbisinin maraqlarına xidmət edən siyasi alət olaraq qalmaqda davam edir.
Mövzu ilə bağlı Milli Məclisin deputatlarının fikirlərini öyrəndik. Onların sözlərinə görə, Avropa Parlamentinin erməni separatizmini dəstəkləyən qərəzli qətnaməsi ölkəmiz üçün əhəmiyyətsiz kağız parçasından başqa bir şey deyil. 

 

Qətnaməyə səs verənlər adları korrupsiyada hallananlardır

 

Milli Məclisin deputatı Razi Nurullayev qeyd edib ki, Avropa Parlamentinin Laçın dəhlizi ilə bağlı qəbul etdiyi qətnamə həqiqətləri əks etdirmir və qurumun  Azərbaycana qarşı qərəzini açıq şəkildə ortaya qoyur: "Azərbaycan Avropa Parlamentinin belə əsassız ittihamlarını və arxivə çevrilmiş danışıqlar prosesinin elementləri olmuş bəzi məqamların yenidən gündəmə gətirməsini qəbul etmir. Biz Avropa Parlamentini ölkəmizin ərazi bütövlüyünə hörmət etməyə çağırırıq. Avropa Parlamenti hər zaman ölkəmizə qarşı qərəzli mövqe nümayiş etdirib, Ermənistanı erməni lobbiçiliyi və xristian təəssübkeşliyinin təsiri altında haqsızkən haqlı çıxarmağa çalışır. Belə olmasaydı, 30 il erməni işğalı altında qalan torpaqlarımızda törədilmiş erməni cinayətkarlığına qarşı da adekvat addımlar atar, yurd-yuvasından didərgin düşmüş keçmiş məcburi köçkün və qaçqınlar barədə obyektiv mövqe bildirər, onlara kömək etməyə çalışar və Ermənistanı təcavüzkar adlandırardı". 
Deputat bildirib ki, Azərbaycan 44 günlük Vətən müharibəsində torpaqlarını işğaldan azad etdikdən sonra həmin ərazilərdə dəhşətli faktlarla üzləşdi: "Ermənilər işğal etdikləri bütün rayon və kəndlərimizi xarabalığa çevirmiş, mədəni-tarixi irsimizi yer üzündən silmişdilər. Sual yaranır ki, bəs Avropa Parlamenti bu məsələlərlə bağlı niyə fikir bildirmir?! Əgər iddia etdiyi qədər çox ədalətlidirsə, niyə Xankəndidə yaşayan erməniləri Azərbaycan cəmiyyətinə reinteqrasiya olunmağa çağırmır?! Əksinə, danışıqlar prosesinə zərər vuran sənədlər qəbul edir və regionda sülhə əngəl törətməyə çalışır. Bizim üçün isə onların bu qətnamələri kağız parçasından başqa heç nə deyil. Biz onların mənasız sənədlərini oxumağı belə özümüzə rəva görmür, bunu vaxt itkisi hesab edirik. Lakin istənilən halda, cəmiyyətimiz Avropa Parlamentinin belə riyakar mövqeyi ilə bağlı ən sərt mövqeyini ortaya qoymalıdır. Bu, bizə sataşmaqdır. Avropa Parlamenti bizə ağıl öyrətməkdənsə, sıralarındakı korrupsionerləri təmizləməklə məşğul olsun. Nəzərə almaq lazımdır ki, Azərbaycanla bağlı qərəzli qətnamənin lehinə səs verənlərin əksəriyyəti elə adı korrupsiyada hallananlardır". 
R.Nurullayev vurğulayıb ki, Avropa Parlamentinin qətnaməsində iddia edilənlərin əksinə olaraq, Qarabağ ərazisində yaşayan 20 mindən çox erməni milliyyətli vətəndaşın blokadaya alınmasından söhbət gedə bilməz: "Laçın dəhlizi Rusiya sülhməramlılarına və Beynəlxalq Qırmızı Xaç Komitəsinə məxsus humanitar yüklərin daşınması, eləcə də Qarabağda yaşayan ermənilərin gediş-gəlişi üçün açıqdır. Qətnamədə guya Azərbaycanın Qarabağ ərazisinə təbii qaz tədarükünü pozması barədə irəli sürülən iddialar da tamamilə əsassız və gülüncdür. Görünür, Ermənistanın "konyak diplomatiyası"  Avropa parlamentarilərinin başını dumanlandırıb. Heyif ki, onlar dünyanın konyakdan kənarda qalan hissəsini görməkdə çətinlik çəkirlər. Ona görə biz başı dumanlı deputatların lehinə səs verdiyi belə kağız parçalarını qəbul etmirik və etmək niyyətimiz də yoxdur".

 

AP separatçı ocaqların artmasında maraqlıdır

 

Milli Məclisin deputatı Rüfət Quliyev deyib ki, uzun illərdir ki, Avropa Parlamentinin ikili standartlardan əl çəkə bilmədiyinin şahidiyik. Biz ötən 30 ildə belə əsassız və qeyri-obyektiv mövqeləri çox görmüşük. Bu o deməkdir ki, Avropa Parlamenti erməni lobbisinin güclü təsirinə məruz qalmağa davam edir. Orada erməni diasporu tərəfindən maliyyələşən parlamentarilər çoxdur. Ona görə də Avropa Parlamenti Cənubi Qafqazla bağlı problemlərin aradan qaldırılmasında deyil, əksinə, regionda separatizm ocaqlarının artmasında maraqlıdır. Tarix göstərir ki, qeyri-qanuni baş verən, beynəlxalq qanunla uyuşmayan hadisələrə, siyasi fikirlər və qərarlara gec, ya tez, mütləq son qoyulur. Belə əsassız qətnamə də beynəlxalq qanunvericilik prinsiplərinə ziddir, real situasiyanı əks etdirmir, xülyadan başqa heç nə deyil. Yəni belə iddialar ölkəmizin qanuni hədəflərinə çatmasına heç bir əngəl törədə bilməz".
Deputat bildirib ki, Avropa Parlamenti özünü regionda sülhün deyil, problemlərin tərkib hissəsi kimi aparır: "Qərəz dolu qətnamələr qəbul edir, qarayaxma kampaniyalarını davam etdirir. Lakin unudurlar ki, zaman bizim xeyrimizə işləyir, Azərbaycanın diplomatik korpusu öz işini kifayət qədər uğurla icra edir. Ümid edirik ki, dövlətimizin və xalqımızın haqlı səsinə səs verənlərin sayı gündən-günə artacaq. Sülh istəyən siyasətçilər isə Laçın yolundakı legitim aksiyaya gec-tez real qiymət verəcək və obyektiv çağırışlar edəcəklər".

Nəzrin QARDAŞXANOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

17:34
19 Dekabr

Putin: Biz də gələn il sülh içində yaşamaq istərdik  

17:33
19 Dekabr

Energetika naziri Pərviz Şahbazov Zərdabda vətəndaşların müraciətlərini dinləyib  

17:31
19 Dekabr

Azərbaycan yanacağını daşıyan qatar Ermənistana çatıb  

17:28
19 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası yekunlaşıb  

17:25
19 Dekabr

Baş nazir Əli Əsədov BMMT-nin Baş katibi ilə görüşüb  

17:23
19 Dekabr

Vladimir Putin: Prezident Tramp Ukrayna münaqişəsinə son qoymaq üçün ciddi səylər göstərir  

16:46
19 Dekabr

“Qərbi Azərbaycan folkloru” seriyasından növbəti kitab çapdan çıxıb

16:45
19 Dekabr

Kürdəmirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan təsərrüfatlara baxış olub

16:44
19 Dekabr

Azərbaycanla İraq arasında dini-mənəvi əlaqələrin inkişafı istiqamətində müzakirələr aparılıb  

16:42
19 Dekabr

Vladimir Putin Aİ-də Rusiya aktivlərinin ələ keçirilməsi cəhdlərini soyğunçuluq adlandırıb  

16:41
19 Dekabr

“Euronews” kanalı Şuşa ilə bağlı reportaj təqdim edib  

16:40
19 Dekabr

QMİ sədri G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti ilə görüşüb  

16:37
19 Dekabr

Vladimir Putin iqtisadi artımın yavaşlamasını düşünülmüş addım adlandırıb  

16:35
19 Dekabr

Misli Premyer Liqası: Qərb derbisini “Turan Tovuz” qazanıb

16:35
19 Dekabr

Əmək və əhalinin sosial müdafiəsi naziri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyib

16:34
19 Dekabr

BMT ilə DİM-lərin lokallaşdırılması istiqamətində fəaliyyətlərin davam etdirilməsi müzakirə olunub  

16:33
19 Dekabr

Anar Eyvazov: Dezinformasiyaların qarşısının alınması məqsədilə operativ informasiya fəaliyyəti yüksək peşəkarlıqla təmin olunub  

16:30
19 Dekabr

Azərbaycan və Türkiyənin ali təhsil müəssisələri arasında əməkdaşlıq imkanları müzakirə edilib  

16:29
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!