Əvrəz
Bahar fəslinin başlanğıc çərşənbələrində təsərrüfat işləri ilə bağlı el-obada təşkil olunan iməcilik əvrəz adlanırdı. Təsərrüfat işlərini görməyə imkanı olmayan ailələrə, köməksizlərə, ailə başçısını itirənlərə əvrəz adı ilə kömək göstərilirdi. Min illərin sınağından çıxıb dövrümüzədək gəlib çatan bu qədim el adəti könüllü olub, insanların bir-birinə təmənnasız köməyi kimi təşəkkül tapmışdır. Əvrəz yiyəsi kəndin ağsaqqalı ilə məsləhətləşir, ərki çatan, sözü keçən adamlara iməcilik etmək istədiyini bildirirmiş. El içində bəzən əvrəzi carçılar yayırmış. Carçı əvrəzin kim tərəfindən, nə məqsədlə çağırıldığını bəyan edirmiş. Vədə tamam olan gün el yığışıb əvrəz yerinə əkin sahəsinə çıxırmış. Bir günün içindəcə bir aya görüləcək işin öhdəsindən gəlirlərmiş. Xəbəri olan əvrəzə gəlməsə bu ayıb sayılırmış.
Şum əvrəzində əkinə bir neçə kotan çıxarılırdı. Kimin kotanı tez milə çıxıb birinci baş eləsə ona hədiyyə verilirdi. Əvrəz çal-çağırla başlayarmış. Günortaüstü əvrəz yiyəsi günorta naharı verərmiş.
Biçin əvrəzi də varmış. Ən yaxşı biçinçini bu vaxt üzə çıxarırmışlar. Biçinçilərdən kim birinci dərzi biçib əvrəzçinin qabağına qoysa, həmin adam əvrəzin qalibi sayılırmış. O adama hədiyyə verilirmiş. Sonra birinci dərzi xırmana gətirib çıxaran arabaçıya da xələt verilirmiş.
Əvrəz xeyriyyəçilik ənənəsi bu gün də davam etdirilir. Ehtiyacı olanlara təmənnasız yardım göstərilir, dar ayaqda olanlara himayədarlıq edilir.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Tacikistan vətəndaşlarını Rusiyaya səfər etməməyə çağırıb
27 Aprel
Azərbaycanın daha bir cüdoçusu Avropa çempionu olub
27 Aprel
Türkiyədə 38 qeyri-leqal miqrant saxlanılıb
27 Aprel
Rusiyada miqrantların qalma müddəti il ərzində 90 günə qədər azaldılır
27 Aprel
Qələbə "Sabah"ı 3-cü edib - Premyer Liqa
27 Aprel
Gürcüstan parlamentinin sədri ABŞ senatorlarına sərt cavab verib
27 Aprel
Karlo Ançelotti: Arda Gülərin “Real”da qalacağına şübhə yoxdur
27 Aprel
Azərbaycan Ordusunun hərbi qulluqçuları Türkiyədə beynəlxalq təlimdə iştirak edirlər
27 Aprel
Səfir: Ruanda soyqırımı bir Fransa əməliyyatı idi
27 Aprel
“WhatsApp”a parolsuz giriş olacaq
27 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!