18 Noyabr 2017 12:11
280
İQTİSADİYYAT
A- A+
Etibarlı təminat, keyfiyyətli qida

Etibarlı təminat, keyfiyyətli qida

 

Qida Təhlükəsizliyi Agentliyinin yaradılması Prezident İlham Əliyevin sosial siyasətinin təməlində insan amilinin dayandığını bir daha təsdiqləyir

 

Hər bir ölkənin əhalisinin ərzaq məhsulları ilə təminatı strategiyasında qida təhlükəsizliyi olduqca mühüm əhəmiyyət kəsb edir. Çünki qida təhlükəsizliyi milli genefondun qorunmasında və sağlam nəsil yetişdirilməsində təsiredici əsasları özündə cəmləşdirən amildir. Ona görə də hər bir dövlət, o cümlədən Azərbaycan hökuməti öz aqrar siyasətində qida təhlükəsizliyini daim diqqət mərkəzində saxlayır, əhalinin sağlam ərzaq məhsulları ilə təmin edilməsi məsələsini ən önəmli tədbirlər sırasına daxil edir.

 

Qida Təhlükəsizliyi Agentliyi və yeni dövlət proqramı

 

Prezident İlham Əliyev ölkə əhalisinin ərzaq məhsulları ilə etibarlı təminatı məsələsini özünün iqtisadi strategiyasının əsas komponenti kimi daim diqqət mərkəzində saxlayır və bu istiqamətdə xüsusi dövlət tədbirləri həyata keçirir. Artıq “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədilə “Qida təhlükəsizliyi haqqında” qanun layihəsi və “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin olunmasına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı”nın layihəsi də hazırlanıb.
Dövlət başçısının “Azərbaycan Respublikasında qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2017-ci il 10 fevral tarixli fərmanı da bu baxımdan müstəsna əhəmiyyətə malikdir. Fərmana əsasən, ölkədə qida təhlükəsizliyinə nəzarət sistemini təkmilləşdirmək, bu sahədə şəffaflığı daha da artırmaq, pərakəndəliyi və təkrarlanmaları aradan qaldırmaq, habelə “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədilə Qida Təhlükəsizliyi Agentliyinin yaradılması nəzərdə tutulmuşdur. Agentliyin fəaliyyətini təmin etmək məqsədilə Baş nazirin müavini Əli Əhmədovun sədrliyi ilə Qida Təhlükəsizliyi Komissiyası yaradılmışdı.
Noyarbrın 13-də isə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən institusional islahatların tərkib hissəsi kimi Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin təmin edilməsi istiqamətində mühüm addım atıldı. Dövlət başçısının fərmanına əsasən “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi haqqında Əsasnamə” təsdiq edildi.

 

Publik hüquqi şəxs statuslu Qida Təhlükəsizliyi İnstitutu

 

Dövlət başçısının “Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” fərmanına əsasən agentliyin strukturu təsdiq edildi. Sənədə uyğun olaraq qurumun tabeliyində publik hüquqi şəxs statuslu Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu da yaradılacaq.
2018-ci il yanvar ayının 1-dən etibarən fəaliyyətə başlayacaq agentlik qida zəncirinin bütün mərhələlərində qida təhlükəsizliyinə və qida məhsulları istehlakçılarının hüquqlarının müdafiəsinə dövlət nəzarətini, habelə qeyd olunan sahələrdə dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Agentlik öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət və yerli özünüidarəetmə orqanları ilə, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə, digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərəcək. Agentliyin saxlanması xərcləri və fəaliyyəti, habelə maddi-texniki təminatı dövlət büdcəsi və qanunla nəzərdə tutulmuş digər mənbələr hesabına maliyyələşdiriləcək.
Qida Təhlükəsizliyi İnstitutu isə qida məhsullarının təhlükəsizliyi sahəsində elmi-praktiki araşdırmalar aparacaq, elmi prinsiplərə əsaslanan risk qiymətləndirilməsini həyata keçirəcək, qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların layihələrini hazırlayacaq və aidiyyəti üzrə təqdim edərək, qida məhsullarına dair digər beynəlxalq standartların qida məhsullarının istehsalçıları tərəfindən könüllü tətbiqi, qida məhsullarının təhlükəsizliyi göstəriciləri üzrə tədqiqat xidmətləri göstərəcək.

 

Agentliyin fəaliyyət istiqamətləri və vəzifələri

 

Müvafiq sahədə vahid dövlət siyasətinin hazırlanmasında iştirak edəcək agentlik bu siyasətin həyata keçirilməsini təmin edəcək, müvafiq sahədə dövlət tənzimləməsini, dövlət nəzarətini və əlaqələndirməni həyata keçirəcək.
Ölkədə istehsal edilən və ölkəyə idxal olunan qida məhsullarını, habelə onları qablaşdırma materiallarını qida təhlükəsizliyi baxımından dövlət qeydiyyatına alacaq və reyestrini aparacaq. Qida məhsulları istehlakçılarının hüquqlarının müdafiəsi haqqında qanunvericiliyə riayət edilməsinə dövlət nəzarətini həyata keçirəcək.
Bununla yanaşı, xarici ölkələrə ixrac edilən qida məhsullarına qida təhlükəsizliyi sertifikatı verən agentlik fəaliyyət istiqamətlərinə uyğun olaraq müvafiq sahədə mövcud vəziyyəti təhlil edərək dövlət tənzimləməsi və nəzarəti sisteminin təkmilləşdirilməsi barədə təkliflər hazırlayacaq. Fəaliyyət istiqamətləri ilə bağlı Azərbaycan dövlətinin tərəfdar çıxdığı beynəlxalq müqavilələrin həyata keçirilməsini təmin edəcək.

 

Ölkəyə idxal olunan qida məhsulları sərhəddə yoxlamadan keçiriləcək

 

Agentlik gömrük orqanları ilə birlikdə dövlət sərhədinin buraxılış məntəqələrində ölkəyə idxal olunan qida məhsullarını qida təhlükəsizliyi baxımından yoxlamadan keçirəcək. Qanunla müəyyən edilmiş hallarda məhsulun daşıdığı risk səviyyəsinə uyğun olaraq qida zəncirinin bütün mərhələlərində yoxlamalar aparacaq, bu sahədə aşkar olunmuş qanun pozuntularının aradan qaldırılması və məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərarlar qəbul edəcək. Qurumun nəzərdə tutulan qanun pozuntularının aradan qaldırılması ilə bağlı verdiyi qərarların yerinə yetirilmədiyi təqdirdə onların məcburi icrası məqsədi ilə məhkəməyə müraciət etmək hüququ var. Həmçinin qanunla müəyyən edilmiş hallarda istifadəyə yararsız qida məhsullarının götürülməsi, zərərsizləşdirilməsi, təkrar emalı və ya məhv edilməsi barədə qərar qəbul etmək səlahiyyətinə malikdir.
Bununla bərabər, təhlükəli və kütləvi zəhərlənməyə (xəstəliklərə) səbəb olmuş, habelə bu cür hallara gətirib çıxara biləcəyinə əsaslı sübutlar olan, ölkədə istehsal edilən və ya ölkəyə idxal edilmiş qida məhsullarının dövriyyədən kənarlaşdırılması və qida təhlükəsizliyi baxımından yaranmış fövqəladə vəziyyətin aradan qaldırılması ilə bağlı aidiyyəti dövlət orqanları ilə birlikdə təxirəsalınmaz tədbirlər görəcək.

 

Qida təhlükəsizliyinə nəzarət sistemi daha da təkmilləşəcək

 

Mütəxəssislər hesab edirlər ki, vahid nəzarət orqanı funksiyasını yerinə yetirəcək Qida Təhlükəsizliyi Agentliyinin yaradılması nəticəsində ölkədə qida təhlükəsizliyinə nəzarət sistemi daha da təkmilləşəcək, bu sahədə şəffaflığı artıracaq, pərakəndəliyi və təkrarlanmaları aradan qaldıracaq, habelə “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə nəzərdə tutulmuş tədbirlərin uğurla həyata keçirilməsi təmin ediləcək. Qida təhlükəsizliyi ilə bağlı vahid idarəetmənin tətbiqi resurslara qənaət edilməsinə, istehlakçı maraqlarının qorunmasına, xarici ölkələrə ixrac edilən qida məhsullarının qida təhlükəsizliyi sertifikatı ilə təmin edilməsinə, idxal olunan qida məhsullarının təhlükəsizliyinin təmin edilməsinə, genetik modifikasiya olunmuş qida məhsullarının ölkəyə idxalına nəzərətin gücləndirilməsinə səbəb olacaq. Qida təhlükəsizliyi sisteminin yaradılması ilk növbədə Azərbaycan vətəndaşlarının keyfiyyətli qida məhsulları ilə təminatına xidmət edəcək.
Göründüyü kimi, Azərbaycanda əhalinin qida məhsulları ilə etibarlı təminatı Prezident İlham Əliyevin sosial-iqtisadi siyasətinin başlıca istiqamətlərindən biridir və son illərdə qida təhlükəsizliyinin təmin edilməsi, qida məhsullarının keyfiyyətinin yüksəldilməsi və ixrac potensialının artırılması sahəsində ciddi addımlar atılır.
Bütün bunlar Azərbaycan Prezidentinin həyata keçirdiyi sosial siyasətin təməlində məhz insan amilinin dayandığını bir daha təsdiqləyir. Qida təhlükəsizliyi ilə əlaqədar mexanizmin səmərəli fəaliyyət göstərməsi, norma və normativlərin beynəlxalq standartlara uyğunlaşdırılması dövlət başçısının rəhbərliyi ilə sürətlə inkişaf edən kənd təsərrüfatının ixrac potensialının yüksəlməsinə, artırılmasına bilavasitə müsbət təsir göstərir.

Rəşad BAXŞƏLİYEV,
“Azərbaycan”

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Media: İran ABŞ-nin 48 saatlıq atəşkəs təklifini rədd edib

00:52
04 Aprel

Media: İran səmasında vurulmuş ABŞ-nin helikopteri təhlükəsiz eniş edə bilib  

23:51
03 Aprel

BƏƏ-də Habşan qaz strukturuna hücum olub, ölən var

23:49
03 Aprel

Minifutbol üzrə Azərbaycan çempionu mükafatlandırılıb

23:01
03 Aprel

İranın hücumu nəticəsində zədələnmiş Tailand gəmisində insan qalıqları tapılıb  

22:44
03 Aprel

Türkiyə və Azərbaycan hərbçiləri sarsılmaz dostluq və qardaşlıq əlaməti olaraq bayraqları dəyişiblər  

22:31
03 Aprel

Azərbaycan Kuboku: "Qarabağ" ilk oyunda "Sabah"la heç-heçə edib  

22:08
03 Aprel

“Zirə” minifutbol üzrə Azərbaycan çempionu olub  

21:54
03 Aprel

Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən şəxslərin kimliyi məlum olub 

20:12
03 Aprel

Azərbaycan Kuboku: “Turan Tovuz” “Zirə”yə məğlub olub

20:09
03 Aprel

Azərbaycan və Türkiyə arasında konkret cinayət işləri üzrə qarşılıqlı hüquqi yardıma dair fikir mübadiləsi aparılıb

19:56
03 Aprel

Uqanda ilə müxtəlif sahələrdə əməkdaşlıq imkanları nəzərdən keçirilir  

19:28
03 Aprel

Rusiya Ukrayna ərazisi üzrə kombinə edilmiş ən böyük zərbələrdən birini endirib  

19:19
03 Aprel

Madaqaskarda dövlət çevrilişi və prezidentə qarşı sui-qəsd cəhdinin qarşısı alınıb

18:57
03 Aprel

Britaniya vəhşi təbiətin qorunmasına 90 milyon sterlinq ayırır

18:45
03 Aprel

İnsan ömrünü uzadan sosial faktorlar

18:34
03 Aprel

Minatəmizləmə fəaliyyəti zamanı həlak olanların ailə üzvlərinə Prezident təqaüdü təyin edilib  

18:20
03 Aprel

DTX rəisi: Ötən 2025-ci il və bu ilin ilk üç ayı ərzində baş verən qlobal və regional gərginliklərə baxmayaraq, ölkəmizdə siyasi sabitlik qorunub saxlanılıb  

18:07
03 Aprel

Nazir: TAP istismara veriləndən Azərbaycan Yunanıstana 5,6 milyard kubmetr qaz ixrac edib  

18:01
03 Aprel

Mina təhlükəsinə qarşı birgə fəaliyyət, maarifləndirmə və beynəlxalq çağırışlar  

17:58
03 Aprel

Əli Nağıyev: DTX Azərbaycana qarşı təhlükələrin vaxtında aşkarlanması və qabaqlanması istiqamətində səmərəli fəaliyyət göstərir  

17:47
03 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!