07 Mart 2024 09:35
543
CƏMİYYƏT
A- A+
Əsgərləri özünə qardaş bilən tibb bacısı

Əsgərləri özünə qardaş bilən tibb bacısı

 

Şəhidlərin məzarını ziyarət etmək üçün xiyabana tez-tez gedirik. Budur, yenə də həmin müqəddəs məkandayıq. Bir anlıq "Azərbaycan Bayrağı" ordenli Məleykə Əhmədovanın məzarı önündə ayaq saxlayırıq. Bu cəsur qadının başdaşındakı şəklindən boylanan baxışları qəlbimizdə onunla bağlı xatirələrimizi oyadır. 
Məleykəylə ilk dəfə soyuq qış günündə - 3 yanvar 1993-cü ildə cəbhə bölgəsində tanış olmuşduq. Həmin qarlı-şaxtalı gündə səngərlərdə yurdumuza keşik çəkən əsgərlərlə görüşüb hal-əhval tutduq, gətirdiyimiz sovqatı onlara payladıq. Məleykə əsgərlərdən birinin çəkməsinin söküldüyünü görəndə ayağından  çəkməsini çıxarıb həmin döyüşçüyə verdi. Özü isə onunkunu geyindi. Əvvəlcə əsgər onu götürmək istəmədi. Belə olanda Məleykə üzünü ona tutub kədərli səslə: "Qardaşım Kamandar da sənin kimi əsgər idi. Bu yaxınlarda onu döyüşlərdə itirdik. Sən çəkmələrdən imtina etmə. Mən səni özümə qardaş bilirəm", - dedi. Bu sözlər əsgəri fikrindən döndərdi. Tibb bacısının mərd hərəkəti onun vətənpərvərliyindən və Azərbaycan əsgərinə sonsuz sevgisindən xəbər verirdi. 
Axşama yaxın səngərlərdən geri döndük. Sağollaşanda Məleykə bizi hospitalın bir yaşına dəvət etdi. "Əgər həmin vaxt bu bölgədə olsaq, mütləq gələrik",  - dedik. Xoşbəxtlikdən iş elə gətirdi ki, fevral ayının üçüncü ongünlüyü ərəfəsində həmin bölgəyə ezamiyyətə getdik. Məleykəyə verdiyimiz sözə sadiq qaldıq. O günlərdə hospital Ağdamın kəndlərinin birindəki məktəbdə yerləşirdi. Gəlişimizə sevinən tibb bacısı bizi gülərüzlə qarşıladı. 
Həmin gün Məleykə ilə bir az da yaxından tanış olduq. Öyrəndik ki, tibb bacısı Azərbaycanın qədim torpaqlarından birində dünyaya göz açıb. Uzun illər doğma kəndləri olan Böyük Ayrımdan bir az uzaqdakı Axtala qəsəbəsində xəstəxanada tibb bacısı işləyib. Hələ sovet hökumətinin vaxtlarında ermənilər Məleykənin iki qardaşını - Yaqubu və Səyyadı vəhşicəsinə öldürmüşdülər. Üçüncü qardaşı Kamandar isə 1992-ci ilin dekabrında Fərrux dağı uğrunda gedən döyüşlərdə şəhid olmuşdu. 
1988-ci ilin payızında Qarabağ hadisələri yenicə alovlanmağa başlayanda ermənilər onları doğma ocaqlarından qovublar. 1992-ci ilin fevral ayında hərbi-səhra hospitalı yaradıldığını eşidən tibb bacısı hərbçi kimi şəfa ocağında xidmətə başlayıb. Vaqonlarda yerləşən hospital fevral ayının 24-də Ağdam bölgəsinə yola düşüb. 25 fevral səhər-səhər qatar mənzil başına yetişib. Elə həmin axşam ermənilər yüzlərlə insanı amansızcasına qətl edərək dünyanı sarsıdan Xocalı faciəsini törədiblər. Məleykəgil həmin gərgin və faciəli günlərdə yüzlərlə Xocalı sakinini ölümün pəncəsindən xilas ediblər. Əgər o vaxtlar səhra hospitalı Ağdama göndərilməsəydi, yəqin ki, ölənlərin sayı daha da çox olacaqdı. 
Dediklərini eşitdikcə Məleykə gözümüzdə daha da böyüyürdü. Tibb bacısı ürəyində üç qardaşın nisgilini və intiqamını daşıyırdı. Qəmli və qan qoxulu söhbətlərinə sonacan qulaq asandan sonra dərdini yüngülləşdirmək üçün Məleykəyə xoş sözlərlə təskinlik verdik. 
Ağdam bölgəsinə gedəndə Məleykəylə bir neçə dəfə görüşdük. Sözlərindən, hərəkətlərindən hiss edirdik ki, onun qanı-canı vətənpərvərlikdən yoğrulub. Göstərdiyi cəsarətə, hünərə görə dövlət başçısının 9 oktyabr 1994-cü il tarixli fərmanı ilə Məleykə Əhmədovaya "Azərbaycan Bayrağı" ordeni verildi. Qardaşı Kamandar isə Qarabağ döyüşlərində göstərdiyi şücaətə görə (ölümündən sonra) "İgidliyə görə" medalına layiq görüldü. 
2006-cı il idi. Məleykə xəstələnmişdi. Hospitalda yatırdı, vəziyyəti yaxşı deyildi. Ötən hər gün onu nərdivan kimi ömrünün sonuna yaxınlaşdırırdı. Məleykə şair təbiətli qadın idi. Qələmindən neçə-neçə incə ruhlu şeirlər çıxmışdı, kitabları çap olunmuşdu. O, ömrünün son günlərində də yazıb-yaradırdı. "Xocalı şərqisi" onun son əsəri oldu. Tibb bacısı ağır xəstə yatdığı günlərdə başının üstündən üçrəngli bayrağımızı asmışdı.
Məleykənin anası Sona xanım o kədərli günləri xatırlayaraq deyirdi ki, qızım ömrünün son günlərini yaşayırdı. Üçrəngli bayrağımızı başına sarımışdı. Deyirdi ki, ana, bütün ömrümü bu müqəddəs bayrağı Qarabağda dalğalandırmağa sərf etdim. Amma təəssüf ki, arzuma yetişmədən dünyadan köçürəm. Mən öləndən sonra bu bayrağı özündə saxla. Ordumuz torpaqlarımızı işğaldan azad edəndən sonra onu Qarabağın ən uca zirvəsində dalğalandırarsınız.
Məleykənin arzuladığı gün 2020-ci ilin payızında gəldi. Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Qarabağı erməni işğalçılarından azad etdi. Yaxınları, doğmaları onun arzusunu yerinə yetirərək tibb bacısının xəstə yatanda başının üstündən asdığı bayrağı Qarabağda dalğalandırdılar. Məleykənin ruhu bundan rahatlıq tapdı, şad oldu...   
Məleykə 1 iyun 1957-ci ildə dünyaya göz açmışdı. Amansız ölüm onu 18 avqust 2006-cı ildə sıralarımızdan apardı. Göz açdığı bu dünyada 49 il yaşadı. 49 illik ömründə nələr görmədi, nələr yaşamadı Məleykə. Sabahlarını böyük ümidlərlə yaşayırdı. 1 iyun uşaqların beynəlxalq müdafiəsi günü doğulmuşdu. Bəlkə də elə buna görə də saf və təmiz idi. Tibb bacısı onu tanıyanların yaddaşında həmişə bu cür saf, təmiz və səmimi qalacaq. Yaxınları, dostları onu həmişə xatırlayır və xatirəsini hörmətlə anırlar.       

Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İnstaqramdan növbəti yenilik  

15:41
17 Dekabr

MSN: 2025-ci il üçün dövlət sifarişi proqramı yerinə yetirilib  

15:39
17 Dekabr

Şərqşünaslıq İnstitutunda Mərkəzi Asiya ölkələrinə həsr edilən toplu hazırlanıb  

15:37
17 Dekabr

Laçında daha 17 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

15:36
17 Dekabr

Dohada Asiya Parlament Assambleyasının Büdcə Daimi Komitəsinin iclası keçiriləcək  

15:35
17 Dekabr

Avropa İttifaqı qazın 13 faizini və neftin 2 faizini Rusiyadan alır  

15:34
17 Dekabr

Prokurorluq orqanları arasında beynəlxalq əməkdaşlıq genişlənir  

15:29
17 Dekabr

Peyklər orbitdə sıxlıq səbəbindən hər 2,8 gündən bir toqquşa bilər  

15:19
17 Dekabr

Gürcüstan yol-nəqliyyat hadisələrinin sayına görə Avropada birincidir  

15:13
17 Dekabr

Azərbaycanda ötən mövsüm futbolçulara ən çox əməkhaqqı ödəyən klub "Neftçi" olub  

15:01
17 Dekabr

Qırmızı Bazarda daha 18 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB

14:57
17 Dekabr

Azərbaycan klublarının gəlirləri artıb

14:51
17 Dekabr

Hadrutda daha 6 ailəyə evlərinin açarları təqdim olunub  

14:41
17 Dekabr

Böyük Qayıdış: Daha 45 nəfər Ağdam sakini doğma yurda qovuşub  

14:31
17 Dekabr

Mütəşəkkil dəstə üzvlərindən 47 kiloqram narkotik vasitə aşkarlanıb  

14:19
17 Dekabr

Çində dünyanın ən böyük buz və qar sərgisi başlayıb  

14:19
17 Dekabr

BDYPİ: Yolda təhlükəsizliyə ən böyük təhdid sürücünün sükan arxasında yorğun və yuxusuz olmasıdır  

14:09
17 Dekabr

Muxtar Babayev: COP təcrübəmizi bölüşmək üçün Türkiyə və Efiopiya komandaları ilə danışıqlara başlamışıq 

13:47
17 Dekabr

Hindistan rupisi dünyanın ən zəif göstəricilərə malik valyutaları arasındadır  

13:34
17 Dekabr

Azərbaycan FIFA-nın plenar sessiyasında təmsil olunur  

13:13
17 Dekabr

Sabah hava əsasən yağmursuz keçəcək

13:03
17 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!