Əsgər ailələrinə xüsusi diqqət var
Aprel ayında ermənilərə tutarlı cavab verən ordumuzun uğuru siyəzənlilər tərəfindən də ruh yüksəkliyi ilə qarşılanıb. İctimai fəallıq, təşəbbüskarlıq artıb. Hərbi xidmətdə olan əsgərlərimizin ailələri ilə mütəmadi görüşlər keçirilir, onların problemləri əlaqədar təşkilatlar qarşısında qaldırılır.
Bizim Sədan kəndindən hazırda bir neçə gənc ordu sıralarında xidmətdədir. Kənd bələdiyyəsi və icra nümayəndəsinin iştirakı ilə ayda iki dəfə Sədan kənd kitabxanasında toplaşır, əsgər ailələri ilə görüş keçiririk. Onu da bildirim ki, görüşlərə rayonumuzun bir sıra təşkilatlarının nümayəndələri də qoşulur. Sonuncu görüşümüzdə xidməti borcunu şərəflə yerinə yetirən əsgərlərimiz Xalıqov Aqil Adil oğlu və Ağayev Şirin Dilqah oğlunun evlərində olmuş, ailə vəziyyətləri ilə yaxından maraqlanmışıq. Hər iki əsgərin ailə üzvləri minnətdarlığını bildirmiş, övladları ilə qürur duyduqlarını vurğulamışlar.
Kəndimizdə hamı tərəfindən qəbul edilmiş bir adət var: camaat arasında ayın şəxsi müəyyən edilir və kənd fəalları onun ailəsində olur. Əgər şəxsin hansısa bir problemi ortalığa çıxarsa, o, elliklə həll edilir.
Əvvəllər bu cür tədbirlər Böyük Vətən müharibəsinin veteranları üçün edilərdi. Bu gün sağ qalan veteranlar da bizimlə birlikdə görüşlərdə iştirak edir, müharibə təəssüratlarından söz açırlar. Bu da gənclərin vətənpərvər ruhda böyümələrinə çox müsbət təsir edir. Onu da deyim ki, getdikcə bizim bu missiyanın iştirakçılarının sayı çoxalır.
İsmayıl MURADZADƏ,
Siyəzən rayonu, Sədan kəndi
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
"Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməs...
28 Aprel
"Azərbaycan Respublikasının Hökuməti və "ACWA Power Azerbaijan Renewable Energy" Məhdud Məsuliyyətli...
28 Aprel
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Azərbaycan Respublikasının təmsil edilməsi ilə bağlı b...
28 Aprel
Sahibkarlıq fəaliyyəti sahəsində fərqlənən şəxslərin "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında...
28 Aprel
Tacikistan vətəndaşlarını Rusiyaya səfər etməməyə çağırıb
27 Aprel
Azərbaycanın daha bir cüdoçusu Avropa çempionu olub
27 Aprel
Türkiyədə 38 qeyri-leqal miqrant saxlanılıb
27 Aprel
Rusiyada miqrantların qalma müddəti il ərzində 90 günə qədər azaldılır
27 Aprel
Qələbə "Sabah"ı 3-cü edib - Premyer Liqa
27 Aprel
Gürcüstan parlamentinin sədri ABŞ senatorlarına sərt cavab verib
27 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!