17 May 2025 08:30
734
SİYASƏT
A- A+
Ermənistanın baş nazirinin açıqlaması illüziyadır

Ermənistanın baş nazirinin açıqlaması illüziyadır


Məqsəd ictimaiyyəti çaşdırmaqdır 


Baş nazir Nikol Paşinyan Albaniyanın paytaxtı Tiranada keçirilən "Avropa Siyasi Birliyini"nin 6-cı sammiti çərçivəsində azərbaycanlı jurnalistin Ermənistanın yeni konstitusiyası, Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı ünvanladığı sualı özünəməxsus şəkildə cavablandırıb. Bundan görünür ki, Paşinyan yenə köhnə ampluasındadır. 

Milli Məclisin deputatı Elman Nəsirov "Azərbaycan" qəzetinə açıqlamasında bildirib ki, o, yenidən həqiqəti təhrif edərək Ermənistan konstitusiyasında Azərbaycana qarşı heç bir ərazi iddiası olmadığını söyləyib. Əksinə, guya Azərbaycan Konstitusiyasında Ermənistana qarşı ərazi iddiası yer alıb. Paşinyan həmçinin bildirib ki, konstitusiya ilə bağlı yeni layihə hazır deyil. "Göründüyü kimi, sülhdən danışan Paşinyan faktiki olaraq sülhün yaranmasına gətirib çıxaracaq real vəziyyəti düzgün qiymətləndirmir. Yenə dezinformasiya yayır, təhrif olunmuş məlumatlar səsləndirir. Halbuki gün kimi aydındır ki, Ermənistan konstitusiyasının preambulasında Azərbaycana qarşı ərazi iddiası öz əksini tapıb. Əgər davamlı sülh istəyirlərsə, Ermənistanın konstitusiyasının preambulası mütləq dəyişməli, Konstitusiya Məhkəməsi yeni konstitusiyanı təsdiqləməlidir. Dəyişiklik yalnız referendum vasitəsilə ola bilər. Buna görə də erməni xalqı siyasi iradəsini ortaya qoymalı və bu bəndin imtinası lehinə səs verməlidir", - deyə E.Nəsirov əlavə edib.

Deputat qeyd edib ki, bu halda yeni vəziyyət yaranır və sülh üçün imkanlar yaranır. O ki qaldı Azərbaycan Konstitusiyasında Ermənistana qarşı ərazi iddiasına - bu, tamamilə yalan məlumatdır. Azərbaycanın 1991-ci il oktyabrın 18-də qəbul olunmuş Konstitusiya Aktında yazılıb ki, Azərbaycan dövləti Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. 1995-ci ilin Konstitusiyasında da bu akta istinad var. Ermənistan bunu əlində bayraq tutaraq Azərbaycana qarşı təzyiq göstərməyə çalışır. Amma bu, yanlış, həqiqətdən uzaq məlumatdır. Azərbaycan Respublikasının Xalq Cümhuriyyətinin siyasi varisi olması Ermənistana qarşı hər hansı ərazi iddiasını özündə əks etdirmir. 

E.Nəsirov Azərbaycan ərazisinin 86,6 min kvadrat kilometr olduğunu vurğulayaraq bildirib ki, cümhuriyyət dövründə olmuş 114 min kvadrat kilometr əraziyə heç vaxt iddia qaldırılmayıb və heç bir yerdə bu fikir səsləndirilməyib: "Prezident İlham Əliyev heç vaxt belə bir məsələni gündəmə gətirməyib. 71 il müstəqilliyimiz əlimizdən alındı, 1991-ci ildə müstəqilliyimizi bərpa etdik və burada varislik öz əksini tapıb".

Deputat qeyd edib ki, Nikol Paşinyan sülhə hazır olmadığının yenidən mesajını verib və onun iddiaları Ermənistan tərəfinin sülhlə bağlı fikirlərinin illüziya, ictimaiyyəti çaşdırmaq cəhdi olduğunu göstərir. Reallıqda Ermənistan sülhə doğru heç bir addım atmaq istəmir.


Ə.QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

17:34
19 Dekabr

Putin: Biz də gələn il sülh içində yaşamaq istərdik  

17:33
19 Dekabr

Energetika naziri Pərviz Şahbazov Zərdabda vətəndaşların müraciətlərini dinləyib  

17:31
19 Dekabr

Azərbaycan yanacağını daşıyan qatar Ermənistana çatıb  

17:28
19 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası yekunlaşıb  

17:25
19 Dekabr

Baş nazir Əli Əsədov BMMT-nin Baş katibi ilə görüşüb  

17:23
19 Dekabr

Vladimir Putin: Prezident Tramp Ukrayna münaqişəsinə son qoymaq üçün ciddi səylər göstərir  

16:46
19 Dekabr

“Qərbi Azərbaycan folkloru” seriyasından növbəti kitab çapdan çıxıb

16:45
19 Dekabr

Kürdəmirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan təsərrüfatlara baxış olub

16:44
19 Dekabr

Azərbaycanla İraq arasında dini-mənəvi əlaqələrin inkişafı istiqamətində müzakirələr aparılıb  

16:42
19 Dekabr

Vladimir Putin Aİ-də Rusiya aktivlərinin ələ keçirilməsi cəhdlərini soyğunçuluq adlandırıb  

16:41
19 Dekabr

“Euronews” kanalı Şuşa ilə bağlı reportaj təqdim edib  

16:40
19 Dekabr

QMİ sədri G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti ilə görüşüb  

16:37
19 Dekabr

Vladimir Putin iqtisadi artımın yavaşlamasını düşünülmüş addım adlandırıb  

16:35
19 Dekabr

Misli Premyer Liqası: Qərb derbisini “Turan Tovuz” qazanıb

16:35
19 Dekabr

Əmək və əhalinin sosial müdafiəsi naziri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyib

16:34
19 Dekabr

BMT ilə DİM-lərin lokallaşdırılması istiqamətində fəaliyyətlərin davam etdirilməsi müzakirə olunub  

16:33
19 Dekabr

Anar Eyvazov: Dezinformasiyaların qarşısının alınması məqsədilə operativ informasiya fəaliyyəti yüksək peşəkarlıqla təmin olunub  

16:30
19 Dekabr

Azərbaycan və Türkiyənin ali təhsil müəssisələri arasında əməkdaşlıq imkanları müzakirə edilib  

16:29
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!