02 Oktyabr 2020 00:52
767
SİYASƏT
A- A+
Erməni “pandemiya”sı

Erməni “pandemiya”sı


Şanlı Azərbaycan Ordusu Qarabağda şovinizm və separatçılıq virusunun kökünü birdəfəlik kəsəcək


Dünya indi hiyləgər, təhlükəli bir infeksiyayla qarşı-qarşıya qalıb, onunla mübarizə aparmağa çalışır, Azərbaycan xalqı isə məkrli və qəddar bir virusla xeyli müddətdir cəngdədir...

Erməni virusuyla...

Tarixboyu xalqımızın canına, torpaqlarına daraşan bu virus hazırda dünyanı bürümüş pandemiyadan daha qorxunc, daha dəhşətlidir...

Bu virusu indiki pandemiyadan dəhşətli edən isə xislətindəki insanlığı hədəf almış şovinizm və separatçılıq mahiyyəti, deportasiya, təcavüzkarlıq, soyqırımı kimi insanlığa sığmayan hisslərdən bəslənməsi və heç bir peyvəndinin, müalicə üsulunun olmamasıdır...


Faşist ideologiyalı erməni vandalları


Xalqımızın alnına erməni "pandemiya”sı ilə mübarizə aparmaq kimi müşkül bir tale də yazılıb. Zaman-zaman onların törətdikləri faciələrin qurbanına çevrilmişik, tarixi dədə-baba yurdlarımızdan məcburən çıxarılmışıq, əsirə, qaçqına, köçkünə çevrilmişik.

Dünyaya qan tökmək missiyası ilə gələn faşist ideologiyalı erməni vandallarının törətdikləri 1918-ci il mart soyqırımı, 1992-ci il 26 fevral - Xocalı soyqırımı, əsir götürdükləri soydaşlarımızın başına gətirdikləri müsibətlər heç kəsin yadından çıxmayıb, dünya durduqca erməni adının qarşısında qara ləkə kimi qalacaq. Amma hələ özləri bunun fərqində deyillər. "Böyük Ermənistan” kimi sərsəm xülyaların başlarını dumanlandırması bu qeyri-insani əməllər zamanı bir həqiqəti dərk etmələrinə imkan verməmişdi...

Zəhərlə itilədikləri yalan neştərlərinin tezliklə özlərinə batacağından xəbərsizdilər...

Elə Azərbaycanın ürəyi Qarabağa göz dikmələri, iştah salmaları, bu igidlər yurduna yiyələnə biləcəkləri kimi xam xəyalları da, uydurmalarına cani-könüldən inanmaları da yalanla yoğrulmuş xüsusiyyətlərindən irəli gəlir. Tarixə saxta izlər qarışdırır, utanmadan erməni köklərinin "minillər” əvvələ uzandığını iddia edir, başqa xalqların mədəniyyətini oğurlayır, hərisliklə mənimsəməyə çalışır, həyasızlıqla özününkü olduğunu söyləyirlər. Namərdliklə, yaltaqlıqla nəsə əldə etmək istəyirlər. Başqalarına aid torpaqlarda qondarma "dövlət” qurmaq kimi gülünc hisslərə qapılırlar...…


Yeriyə bilməyən erməni yalanları


Hə, bir də daim "biçarə” obrazındadırlar. Maskalanaraq, timsah gözyaşları axıdaraq dünyanın gözündə əzilən, çətinliyə düçar olan "zavallı” xalq rolunu oynamağa çalışırlar...

Fitnə,Yalan...

Yer üzərində şərə xidmət edən ən pis insan əməli. Yalanın erməni genetikasında kodlaşdığı reallıqdır. Dünyaca məşhur yazıçılar, şairlər bununla bağlı əsərlərində qeydlər etməyi özlərinə borc biliblər. Gələcək nəsilləri bu barədə xəbərdar edib, ayaq açıb dünyada yeriməyə çalışan erməni yalanlarına qarşı sayıq olmalarını istəyiblər. Yazıçı Jemçuynikov ikicə cümlə ilə onların bu xislətini çox dəqiq təsvir edib: "Qışqıra-qışqıra danışmaq bu xalqın xəstəliyidir. Özgə millətləri də özlərinin xeyrinə qışqırmağa, yalan informasiya yaymağa cəlb edə bilirlər”.

Bəli, xəstəlik...

Bir gün isə Valdayda "Qarabağ Azərbaycandır!” deyə hayqıran haqq səsinin başlarına ildırım kimi çaxmasından səksənərək ayılmış, yaşadıqları yalan-palan, qurama, uydurma dünyalarından kəllə-mayallaq gerçəyin özünə yuvarlanmışdılar...

Vurma-çalmaya düşmüş, nə edəcəklərini şaşırıb bir daha yalana sarılmışdılar, yalana...

Amma heyhat, daha əyyam o əyyam deyil. Daha erməni yalanları işə yaramır. Hər keçən an əleyhlərinə işləyir, yürütmək istədikləri məkrli siyasətləri özlərinə qarşı çevrilir. Ermənistan batdıqca-batır, fəlakətə sürüklənir, səfalət içərisində yaşayan xalqlarının zülmü bir az daha artırdı...

Təbii ki, çərxi-fələyin getdikcə haqq yolunda məcraya düşməsi onları özündən çıxarırdı. Daha ağlasığmaz böhtanlara, qarayaxmaya əl atır, təxribatlarına davam edir, dünyanın gözünü boyamağa çalışırdılar. Və hər dəfəsində də Azərbaycan tərəfindən tutarlı cavablarla, inkar edilməsi mümkün olmayan faktlarla susdurulur, yerlərinə otuzdurulurdular...


Ermənistanın növbəti hərbi təxribatı öz başında çatladı


2020-ci il başlayandan isə dünya COVID-19 adlı pandemiya ilə qarşılaşdı, onunla mübarizəyə atıldı. Ermənistan hakimiyyəti üçün pandemiya vəziyyəti bir fürsətə çevrildi. Yeni yararları, çıxarları üçün istifadə edə biləcəkləri daha bir meydan tapdılar. Koronavirusun ölkə daxilində tüğyan etməsinə, xalqının sağlığını təhlükəyə atmasına əngəl olmağa belə çalışmadan digər ölkələrdən yardım almaq, pul dilənmək üçün hiyləgər bir ova çıxdılar...

Digər tərəfdən isə Ermənistan rəhbərliyi yarıtmaz siyasətini ört-basdır etmək, ictimaiyyətin diqqətini xarici düşmən obrazına yönəltmək üçün məkrli plan da hazırladı.

Dünya birliyinin pandemiyaya qarşı mübarizə apardığı bir şəraitdə Ermənistan Azərbaycana qarşı təxribata əl atdı və bunun sayəsində bəşəriyyət bir daha bu terrorçu rejimin növbəti riyakarlığının, çirkin oyununun və hiyləgərliyinin şahidi oldu.

İyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində atəşkəs rejimini kobud şəkildə pozdular, artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutdular, hücuma keçməyə cəhd göstərdilər. Amma qəhrəman oğullarımızın şücaəti sayəsində əzildilər, yerlərinə otuzduruldular. Çünki generalından sıravi əsgərinə qədər igid Azərbaycan Ordusunun hər bir üzvü daim ayıq-sayıq vətənimizin müdafiəsindədir.

Bu acı aqibətdən yenə də dərs almayan Ermənistan sentyabrın 27-də növbəti hərbi təxribata əl atdı, mülki əhaliyə qarşı təcavüzkar hücuma keçdi. Və azğın düşmən elə bu uğursuz cəhdi ilə də öz sonunun başlanğıcını yetişdirdi. Məkrli niyyətləri ilə bir daha rüsvay oldu və ağır vəziyyətə düşdü...


Yağı düşmən, ərlərin, ərənlərin əzəli, əbədi yurdu Qarabağda sən məskən sala bilməzsən!


Şanlı Azərbaycan Ordusunun bütün cəbhə boyu əks-hücum əməliyyatına başlaması çox keçmədən ön xətdən qanadlanan qələbə müjdələrinə çevrildi. Bir həmləsi ilə düşməni pərən-pərən salan qəhrəman oğullarımız Vətən torpaqlarımızı ard-arda azad etməyə başladı. Doğma torpağımızın hər qarışı uğrunda düşmənə qan udduran polad iradəli minlərlə oğlumuz, gözünü qırpmadan Vətən yolunda fədaiyə çevrilən minlərlə igidimiz haqq savaşçısına çevrildi...

İndi Azərbaycan xalqı sevinc göz yaşları içərisində ordumuzun zəfərlərini qeyd edir. Hər kəs əmindir ki, ana yurdumuz Qarabağın bütünlüklə erməni vandallarından azad ediləcəyi o müqəddəs qələbə, ay-ulduzlu üçrəngli bayrağımızın Xankəndidə, Şuşada dalğalanacağı mübarək anlar uzaqda deyil...

Yağı düşmən, sən bil ki, ərlərin, ərənlərin əzəli, əbədi yurdu Qarabağda məskən sala bilməzsən. O igidlər diyarında, o hünərli sərkərdələr meydanında sən at oynada bilməzsən. O vüqarlı dağlarda, o sıldırım qayalarda sən oylaq qura bilməzsən. Elə dahi rus şairi Puşkinin dəqiq təsvir etdiyi kimi: "Sən köləsən, sən qorxaqsan, çünki sən ermənisən”...

Yasəmən MUSAYEVA,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

17:34
19 Dekabr

Putin: Biz də gələn il sülh içində yaşamaq istərdik  

17:33
19 Dekabr

Energetika naziri Pərviz Şahbazov Zərdabda vətəndaşların müraciətlərini dinləyib  

17:31
19 Dekabr

Azərbaycan yanacağını daşıyan qatar Ermənistana çatıb  

17:28
19 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası yekunlaşıb  

17:25
19 Dekabr

Baş nazir Əli Əsədov BMMT-nin Baş katibi ilə görüşüb  

17:23
19 Dekabr

Vladimir Putin: Prezident Tramp Ukrayna münaqişəsinə son qoymaq üçün ciddi səylər göstərir  

16:46
19 Dekabr

“Qərbi Azərbaycan folkloru” seriyasından növbəti kitab çapdan çıxıb

16:45
19 Dekabr

Kürdəmirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan təsərrüfatlara baxış olub

16:44
19 Dekabr

Azərbaycanla İraq arasında dini-mənəvi əlaqələrin inkişafı istiqamətində müzakirələr aparılıb  

16:42
19 Dekabr

Vladimir Putin Aİ-də Rusiya aktivlərinin ələ keçirilməsi cəhdlərini soyğunçuluq adlandırıb  

16:41
19 Dekabr

“Euronews” kanalı Şuşa ilə bağlı reportaj təqdim edib  

16:40
19 Dekabr

QMİ sədri G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti ilə görüşüb  

16:37
19 Dekabr

Vladimir Putin iqtisadi artımın yavaşlamasını düşünülmüş addım adlandırıb  

16:35
19 Dekabr

Misli Premyer Liqası: Qərb derbisini “Turan Tovuz” qazanıb

16:35
19 Dekabr

Əmək və əhalinin sosial müdafiəsi naziri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyib

16:34
19 Dekabr

BMT ilə DİM-lərin lokallaşdırılması istiqamətində fəaliyyətlərin davam etdirilməsi müzakirə olunub  

16:33
19 Dekabr

Anar Eyvazov: Dezinformasiyaların qarşısının alınması məqsədilə operativ informasiya fəaliyyəti yüksək peşəkarlıqla təmin olunub  

16:30
19 Dekabr

Azərbaycan və Türkiyənin ali təhsil müəssisələri arasında əməkdaşlıq imkanları müzakirə edilib  

16:29
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!