06 May 2025 08:55
367
SİYASƏT
A- A+
Erməni faşizminin qanlı cinayətləri göz önündədir

Erməni faşizminin qanlı cinayətləri göz önündədir


Bu bir daha ədalət mühakiməsində təsdiqini tapır


Çoxsaylı dəlillər, sübutlar erməniəsilli şəxslərin xalqımıza qarşı törətdikləri cinayət əməllərinin nə qədər ağır və dəhşətli olduğunu təsdiq edir. Erməni quldurlarının bütün müharibə cinayətlərinin faktları respublikamızın hüquq-mühafizə orqanları tərəfindən torpaqlarımızın işğala məruz qaldığı ilk vaxtlardan diqqətlə, həssaslıqla, yüksək peşəkarlıqla toplanılıb. Videoyazılar, qəzet, jurnal, televiziya materialları, sənədli ədəbiyyat, internetdə, sosial şəbəkələrdə yer almış çıxışlar, çəkilişlər, fotolar və başqa inkarolunmaz faktlar bir-bir ortaya qoyulduqca Bakıda keçirilən ədalət məhkəməsində qanun qarşısında cavab verən erməniəslli şəxslərin necə böyük cinayətkar olduqlarını bütün dəlilləri ilə aşkara çıxarır.

Əslində, həqiqət çox acı, reallıqlar təsəvvür edilməsi mümkün olmayan dərəcədə dəhşətlidir. Məhkəmədə bu gün qanun qarşısında boyunlarını bükən əliqanlı erməniəsilli canilər bir vaxtlar insanlığı, haqqı, ədaləti tamamilə unudaraq onlara heç zaman pislikləri keçməmiş, hətta heç adlarını eşidib üzlərini belə görmədikləri, ya da yalnız mehribanlıqlarının, xeyirxahlıqlarının şahidi olduqları insanlara yalnız azərbaycanlı olduqları üçün zülm ediblər, işgəncələr, əzab-əziyyətlər verərək qətlə yetiriblər, yaxud ömürlük şikəst qoyublar.

Bu cinayətkarlar torpağında rahatlıqla gəzdikləri, xoş ömür sürdükləri, nemətlərindən faydalandıqları Azərbaycanın iyirmi faiz ərazisində vandallıq edənlərlə, həmin yerləri azərbaycanlıların qanına boyayanlarla, terror yuvalarına çevirənlərlə sözü və əməli bir olanlardır. Hazırda Bakıda Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə erməniəsilli 15 təqsirləndirilən şəxs ittiham edilir. Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilirlər. Onlar ortaya qoyulan təkzibedilməz faktlar, şahidlərin ifadələri qarşısında deməyə söz tapmırlar. Təqsirləndirilənlərin özləri də məhkəmə prosesində cinayətkar olduqlarını etiraf edirlər.  

Zərərçəkmişlərin ədalət məhkəməsində verdikləri ifadələr erməni faşizminin nə qədər qəddar, amasız olduğunu göstərir. Məhkəmə prosesinin mayın 2-də davam etdirilən baxış iclasında zərərçəkmiş şəxs, Qaradağlı kənd sakini Rafiq Quliyev Ermənistan silahlı qüvvələrinin kəndə hücumlar etməsi, mülki şəxsləri və avtobusları atəşə tutması, azərbaycanlılara işgəncə verilməsi, onların qətlə yetirilməsi və digər hadisələr barədə danışdı və kəndin işğalı ilə bağlı sualları cavablandırdı. "Bizə deyirdilər ki, Qarabağ ermənilərindir, çıxın gedin", Rafiq Quliyev qeyd etdi ki, Qaradağlı kəndi işğal olunan zaman özü, atası və anası Ermənistan hərbçiləri tərəfindən girov götürülüb. Zərərçəkmiş şəxs kəndə hücum edənlər arasında muzdluların da olduğunu bildirdi. 

Zərərçəkmiş şəxs, Xocavənd rayonunun Axullu kənd sakini Namik Hüseynov 1989-cu il sentyabrın 25-də qanunsuz erməni silahlı birləşmələrinin azərbaycanlıların məktəbinə hücum etməsi və həmin vaxt yaralanması barədə danışıb: "Gördüm İsanı öldürəcəklər, mən də yaxınlaşdım. İndiki kimi yadımdadır, qırmızı geyimdə beş nəfər çıxdı. Orada bizi vəhşicəsinə döydülər".

Zərərçəkmiş şəxs, Qaradağlı Kənd Xalq Deputatları Sovetinin sədri olmuş Cavay Hüseynov ifadəsində Ermənistan silahlı qüvvələrinin kəndə dəfələrlə hücum etməsindən və özünün yaralanmasından danışdı. Zərərçəkmiş şəxs dedi: "İnsanlar təsərrüfatla, heyvandarlıqla məşğul idilər. Onlar heç bir müharibə, münaqişə istəmirdilər".

Erməni faşizmi ölkəmizə, xalqımıza qarşı həyata keçirdiyi müdhiş cinayətlər törətməklə, milli nifrət zəminində azərbaycanlılara qətliamlar, soyqırmı yaşatmaqla məqsədinə çatdığını sanmışdı. 1980-ci illərin sonları, 1990-cı illərin əvvəllərində Qarabağda, Şərqi Zəngəzurda münaqişə ocağı qalayıb müharibə meydanına çevirəndə, həmin ərazilərimizi qəsb edəndə, otuz ilə yaxın işğal altında saxlayanda məkrli niyyətlərini həyata keçirdiklərini düşünmüşdülər.

XX əsrin sonlarında Azərbaycanın iyirmi faiz ərazisini zəbt etməklə də təxribatdan, terrorçuluqdan əl çəkmədilər. Vətən müharibəsində Azərbaycan Ordusu işğalçı Ermənistanın silahlı qüvvələrini döyüş meydanlarında məğlubiyyətə uğradıb Qarabağ və Şərqi Zəngəzur torpaqlarını azad edəndən sonra da Ermənistanın faşist mahiyyəti dəyişmədi. Nikol Paşinyan hökuməti üçtərəfli Bəyanat imzalayaraq üzərinə öhdəlik götürsə də, işğal planlarını həmişəlik "tarix"in qaranlıq səhifələrinə kömürmək niyyətində olmadığını Azərbaycan torpaqlarında davam etdirdiyi cinayət əməlləri ilə nümayiş etdirdi. Ölkəmiz tam suverenliyinə 2023-cü ilin sentyabrında antiterror əməliyyatları nəticəsində qazandığı qələbə ilə nail oldu.

Təəssüf ki, rəsmi İrəvanın Azərbaycana qarşı uzun illər apardığı işğal siyasətinə, azərbaycanlıları qırğınlara, qətliamlara, soyrıqımlara məruz qoymasına göz yuman, qəsbkar Ermənistana havadarlıq edən Qərb dairələri üstəlik, ölkəmiz əleyhinə qarayaxma kampaniyaları aparır, qərəzli mövqe nümayiş etdirir.

Bakıda erməniəsilli cinayətkarların ədalət məkhəməsində inkaredilməz faktlara əsaslanan materiallar, şahid ifadələri Ermənistana himayədarlıq edən Qərb dairələrinin bütün qərəzli çıxışlarını, böhtanlarını, uydurmalarını, Azərbaycan əleyhinə qarayaxma kampaniyalarını, irəli sürdükləri saxta ittihamlarını alt-üst edir. Əsl həqiqəti bilə-bilə erməni yalanlarını dəstəkləyən Qərb təsisatlarına bu faktlar ən böyük cavab, tutarlı zərbədir. 


Zöhrə FƏRƏCOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

17:34
19 Dekabr

Putin: Biz də gələn il sülh içində yaşamaq istərdik  

17:33
19 Dekabr

Energetika naziri Pərviz Şahbazov Zərdabda vətəndaşların müraciətlərini dinləyib  

17:31
19 Dekabr

Azərbaycan yanacağını daşıyan qatar Ermənistana çatıb  

17:28
19 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası yekunlaşıb  

17:25
19 Dekabr

Baş nazir Əli Əsədov BMMT-nin Baş katibi ilə görüşüb  

17:23
19 Dekabr

Vladimir Putin: Prezident Tramp Ukrayna münaqişəsinə son qoymaq üçün ciddi səylər göstərir  

16:46
19 Dekabr

“Qərbi Azərbaycan folkloru” seriyasından növbəti kitab çapdan çıxıb

16:45
19 Dekabr

Kürdəmirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan təsərrüfatlara baxış olub

16:44
19 Dekabr

Azərbaycanla İraq arasında dini-mənəvi əlaqələrin inkişafı istiqamətində müzakirələr aparılıb  

16:42
19 Dekabr

Vladimir Putin Aİ-də Rusiya aktivlərinin ələ keçirilməsi cəhdlərini soyğunçuluq adlandırıb  

16:41
19 Dekabr

“Euronews” kanalı Şuşa ilə bağlı reportaj təqdim edib  

16:40
19 Dekabr

QMİ sədri G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti ilə görüşüb  

16:37
19 Dekabr

Vladimir Putin iqtisadi artımın yavaşlamasını düşünülmüş addım adlandırıb  

16:35
19 Dekabr

Misli Premyer Liqası: Qərb derbisini “Turan Tovuz” qazanıb

16:35
19 Dekabr

Əmək və əhalinin sosial müdafiəsi naziri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyib

16:34
19 Dekabr

BMT ilə DİM-lərin lokallaşdırılması istiqamətində fəaliyyətlərin davam etdirilməsi müzakirə olunub  

16:33
19 Dekabr

Anar Eyvazov: Dezinformasiyaların qarşısının alınması məqsədilə operativ informasiya fəaliyyəti yüksək peşəkarlıqla təmin olunub  

16:30
19 Dekabr

Azərbaycan və Türkiyənin ali təhsil müəssisələri arasında əməkdaşlıq imkanları müzakirə edilib  

16:29
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!