31 Mart 2023 20:28
502
CƏMİYYƏT
A- A+
Erməni-daşnak quldur dəstələrinin darmadağın edildiyi “Qanlı dərə” döyüşü    

Erməni-daşnak quldur dəstələrinin darmadağın edildiyi “Qanlı dərə” döyüşü    

1918-ci ildə Quba qəzasında azərbaycanlılara qarşı soyqırımı törədən erməni daşnakları ən ciddi müqavimətlə “Qanlı dərə”də üzləşiblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, həmin dövrdə qanlı döyüşlərin getdiyi və sonradan “Qanlı dərə” adını alan ərazi Quba rayonunun Digah kəndi yaxınlığında, indiki Quba-Qusar yolunun kənarında yerləşir.

1918-ci ildə Bakı Xalq Komissarları Sovetinin komissarı Stepan Şaumyanın tapşırığı ilə ermənilərdən ibarət 2 min nəfərlik hərbi dəstə Bakı quberniyasının Quba qəzasına göndərilmişdi. Erməni generalı Hamazaspın rəhbərlik etdiyi bu hərbi dəstə 1918-ci ilin yanvar-may aylarında Quba qəzasında 16 mindən çox insanı məhv etmişdi. Soyqırımına məruz qalan sakinlər arasında xeyli sayda ləzgi, tat, yəhudi və digər xalqların nümayəndələri var idi. Qırğınlar zamanı daşnak-bolşevik birləşmələri Quba qəzasında 167 kəndi dağıtmışdı ki, bunlardan da 35-i xəritədən silinib. Daşnaklar təkcə Quba, Qusar və Xaçmaz ərazisində 26 məscidi yandırmışdılar. Onlar qadın, uşaq demədən, qarşılarına çıxan hər kəsi öldürürdülər.

Düşmənlər silah-sursat sarıdan nə qədər güclü olsalar da, yerli əhali, əsrlərlə bir yerdə dostluq və qardaşlıq şəraitində yaşamış azərbaycanlılar, ləzgilər, tatlar, yəhudilər və digərləri birləşərək onların qarşısını almağa çalışır və bu yolda son nəfəslərinədək müqavimət göstərərək şəhid olurdular. Məhz “Qanlı dərə” bu bölgədə yaşayan xalqların qanlarının bir-birinə qarışdığı müqəddəs məkandır.

Digah kənd sakini Mənsur Hacıyev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, daşnaklar həmin vaxt qarşısına çıxan bütün yaşayış məntəqələrini viran qoyur, evləri yandırır, talan edirdilər. Bunu eşidən yerli sakinlər ailələrindəki qadınları, uşaqları, qocaları dağlıq ərazilərdə meşəliklərdə gizlətmişdilər. Əli silah tutanlar isə birləşərək düşmənə müqavimət göstərməyə çalışırdı.

“Ermənilər təpədən dırnağa kimi silahlı idi. Kəndləri viran qoya-qoya Qubadan Qusar istiqamətində hərəkət edirdilər. Tək bizim Digah kəndində 70 ev yandırılmışdı. Həmin vaxt Qusar tərəfə gedən yeganə yol bu dərədən keçirdi. Yaşlı insanların dediyinə görə, həmin vaxt bura sıx meşəlik olub. Yerli camaatın yaratdığı özünümüdafiə dəstələri ilə “Qanlı dərə”də qızğın döyüş olub və düşmən məğlub edilib. O döyüşdə əsasən Quba və Qusarın qəhrəman oğulları vuruşublar. “Qanlı dərə” döyüşü qəhrəmanlıq səlnaməsidir”, - deyə Mənsur Hacıyev söyləyib.

“Qanlı dərə”də məğlubiyyətə uğrayan erməni-daşnak dəstələri tədricən geri çəkilməyə başlayırlar. Mayın sonunda döyüşlər dayansa da, ermənilər bölgədə öz hökmranlıqlarını saxlamağa çalışırlar. Bu vəziyyət 1918-ci ilin sentyabr ayınadək davam edir. Qardaş Türkiyədən Azərbaycana köməyə gələn Qafqaz İslam Ordusu 1918-ci ilin yay aylarında Azərbaycan Xalq Cümhuriyyətinin əvvəlcə Gəncədə, daha sonra isə Bakıda möhkəmlənməsinə kömək göstərir.

“Qanlı dərə” döyüşçüləri daim hörmətlə anılır. 1998-ci il oktyabrın 3-də xalqımızın Ümummilli Lideri Heydər Əliyev prezident seçkiləri ərəfəsində Quba və Qusar rayonlarının ictimaiyyət nümayəndələri ilə görüşündə böyük iftixar hissi ilə qeyd edib ki, “Qanlı dərə”də 1918-ci ildə qubalılar və qusarlılar Azərbaycan xalqına təcavüz edən erməni millətçilərinin qarşısını alıb, onları darmadağın ediblər.

Qusarda “Qanlı dərə”də erməni silahlı dəstələri üzərində qələbə çalmış Qusar və Quba qəhrəmanlarının şərəfinə möhtəşəm abidə ucaldılıb. 2009-cu il sentyabrın 18-də Prezident İlham Əliyev abidənin açılışında iştirak edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

17:34
19 Dekabr

Putin: Biz də gələn il sülh içində yaşamaq istərdik  

17:33
19 Dekabr

Energetika naziri Pərviz Şahbazov Zərdabda vətəndaşların müraciətlərini dinləyib  

17:31
19 Dekabr

Azərbaycan yanacağını daşıyan qatar Ermənistana çatıb  

17:28
19 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası yekunlaşıb  

17:25
19 Dekabr

Baş nazir Əli Əsədov BMMT-nin Baş katibi ilə görüşüb  

17:23
19 Dekabr

Vladimir Putin: Prezident Tramp Ukrayna münaqişəsinə son qoymaq üçün ciddi səylər göstərir  

16:46
19 Dekabr

“Qərbi Azərbaycan folkloru” seriyasından növbəti kitab çapdan çıxıb

16:45
19 Dekabr

Kürdəmirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan təsərrüfatlara baxış olub

16:44
19 Dekabr

Azərbaycanla İraq arasında dini-mənəvi əlaqələrin inkişafı istiqamətində müzakirələr aparılıb  

16:42
19 Dekabr

Vladimir Putin Aİ-də Rusiya aktivlərinin ələ keçirilməsi cəhdlərini soyğunçuluq adlandırıb  

16:41
19 Dekabr

“Euronews” kanalı Şuşa ilə bağlı reportaj təqdim edib  

16:40
19 Dekabr

QMİ sədri G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti ilə görüşüb  

16:37
19 Dekabr

Vladimir Putin iqtisadi artımın yavaşlamasını düşünülmüş addım adlandırıb  

16:35
19 Dekabr

Misli Premyer Liqası: Qərb derbisini “Turan Tovuz” qazanıb

16:35
19 Dekabr

Əmək və əhalinin sosial müdafiəsi naziri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyib

16:34
19 Dekabr

BMT ilə DİM-lərin lokallaşdırılması istiqamətində fəaliyyətlərin davam etdirilməsi müzakirə olunub  

16:33
19 Dekabr

Anar Eyvazov: Dezinformasiyaların qarşısının alınması məqsədilə operativ informasiya fəaliyyəti yüksək peşəkarlıqla təmin olunub  

16:30
19 Dekabr

Azərbaycan və Türkiyənin ali təhsil müəssisələri arasında əməkdaşlıq imkanları müzakirə edilib  

16:29
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!