11 Avqust 2023 09:20
1179
SİYASƏT
A- A+
Ərazilərimizi vasitəçisiz azad etdiyimiz kimi, sülhü də elə bərpa edəcəyik

Ərazilərimizi vasitəçisiz azad etdiyimiz kimi, sülhü də elə bərpa edəcəyik

 

Ermənilər hələ Qarabağda separatçılıq hərəkatına start verməzdən əvvəl SSRİ-yə rəhbərlik edən Mixail Qorbaçovun və xanımı Raisa Maksimovnanın Fransaya və Amerikaya səfərləri zamanı erməni lobbisinin nümayəndələri ilə görüşləri haqqında məlumatlar yayılırdı. 
Qeyri-rəsmi məlumatlarda isə Qarabağın ermənilərə bağışlanması üçün Qorbaçovun və Raisanın erməni lobbisindən qiymətli hədiyyələr aldığı o zamanlar gündəmi zəbt etmişdi. Gəzən bu söz-söhbətdən sonra xalqımızın böyük oğlu, SSRİ rəhbərliyində yüksək vəzifə tutan Heydər Əliyevə hücumların təşkil edilməsi və Ulu Öndərin vəzifədən istefa verməsi deyilənləri bir daha təsdiqlədi. Heydər Əliyevin istefasından sonra ermənilərin separatçılıq hərəkatı aşkar müstəviyə keçdi...
Ermənistanda 200 mindən çox azərbaycanlının dədə-baba torpaqlarından didərgin salınması ilə başlanan anti-Azərbaycan hərəkatı qısa müddətdə Qarabağa keçdi. Torpaqlarımız işğal olundu, yurd yerlərimiz dağıdılaraq viran edildi. Kəndlərimiz yandırıldı, şəhərlərimiz xarabazarlığa çevrildi. Ermənilər İrəvanda və Qarabağda azərbaycanlılara məxsus tarixi abidələri dağıdıb yerləyeksan edərək bu torpaqlardan soydaşlarımızın izini belə silməyə çalışdılar. 
Separatçılıq hərəkatı başlanan gündən adı Hayastanla qoşa çəkilən və hətta bu hərəkata rəvac verən, eyni zamanda torpaqlarımız işğal edilməyə başlayan ilk gündən özünü danışıqlar prosesinə pərçim edib vasitəçi olmaq istəyən Fransadan bu günə kimi ünvanımıza səslənən müsbət bir söz eşitmədik. Yalnız gördüyümüz bu oldu ki, Fransa ermənilərin tərəfini saxlayır. Danışıqlar prosesini süni surətdə uzatmağa çalışır, ermənilərin Qarabağda möhkəmlənməsinə şərait yaradır. Bu azmış kimi, fransızların Qarabağda erməni silahlıları üçün istehkamlar tikmələri, fransalı hərbçilərin erməni döyüşçülərinə təlim keçmələri barədə məlumatlar da ortalıqda dolaşmaqda idi. Fransa problemi yaradanlardan idi. Bu ölkədə fəaliyyət göstərən erməni lobbisinin oradakı hakim dairələrə təsir imkanları heç də az deyildi...
2020-ci ilin sentyabrında başlayan Vətən müharibəsinə kimi Fransa kifayət qədər maskalana bilsə də, Ermənistanın məğlub olduğunu görüb iç üzünü göstərdi. Elə ki, İkinci Qarabağ müharibəsi başladı, Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın əmri ilə əks-hücuma keçdi, erməni silahlı qüvvələri torpaqlarımızdan qaçmağa başladı, Fransanın Prezidenti Emmanuel Makron da əl-ayağa düşdü. BMT Təhlükəsizlik Şurasının üzvü olan Fransanın Azərbaycana qarşı aparmadığı iş qalmadı. Təəssübkeşlik, nəfsinin əsiri olmaq bu ölkənin rəhbərinə o qədər güc gəldi ki, bir zamanlar Fransanın iştirakı ilə qəbul edilmiş BMT-nin 4 qətnaməsini belə heçə saydı. Beynəlxalq hüquqa gözaltı, dilucu da olsa əhəmiyyət belə vermədi, özünü Ermənistanın vəkili kimi apardı. Makron müxtəlif yerlərdə çıxışı zamanı hətta Qarabağı Ermənistan ərazisi kimi göstərməkdən belə çəkinmədi. Fransa Senatı və Fransa Milli Assambleyası ölkəmizin əleyhinə birucdan qətnamə "istehsalına" başladı... Hətta iş o yerə çatdı ki, Fransa Prezidenti E.Makron Aİ-nin prezidenti Şarl Mişel, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın üçtərəfli görüşü zamanı özünü danışıqlar prosesinə pərçim etməyə çalışdı. Ona görə ki, bacısının təkbaşına danışıqlarda "yumşaq"lıq edəcəyindən ehtiyat edirdi. Bütün bunlar deməyə əsas verir ki, Fransa Prezidenti hakimiyyətə gəlməsində müstəsna xidməti olmuş erməni lobbisi qarşısında öhdəlik götürüb, aldığının haqqını verməyə çalışır. Özünün "ciddi" fiqur olduğunu göstərmək üçün az qala dəridən-qabıqdan çıxır. Amma, deyəsən, bıçaq daşa dirənib. Qarşısında dünyada sözünün kəsəri, qətiyyəti, prinsipiallığı ilə fərqli, siyasətdə öz yolu, dəstxəti olan 
İlham Əliyevi gördü. Əlindən bir şey gəlmədiyini görüb daha da aqressivləşdi. "Hirsli başda ağıl olmaz" deyiblər. İndi Makron hirsli davranıb özünü daha da gülünc vəziyyətə salır. Erməni lobbisinin qarşısında çıxış edərkən məntiqdən kənar ifadələr işlətməsinin səbəbi də elə budur. "Mən İlham Əliyevə Paşinyandan çox təzyiq edirəm", - deyir.
Əslində, bu sərsəmləməni çaşqınlıq içində gülünc bir duruma düşən adamın etirafı kimi də qəbul etmək olar. 
Beləliklə, Fransa Prezidentinin son üç ildə çıxarmadığı oyun qalmadı. Dövlətin resurslarından istifadə edərək müşahidəçi missiyası adı ilə Fransanın sabiq jandarm qüvvələrini gətirib yığıb Ermənistan-Azərbaycan sərhədinə. Guya monitorinq aparıb Aİ-yə hesabat verəcəklər... Durmadan da deyir ki, "gorbagor" olmuş "Minsk qrupu"nu gəlin yenidən dirildək. Görünən budur ki, Fransa kimi bir dövlətə rəhbərlik edən bu adam artıq normal düşüncəyə sahib deyil. Bu qədər qərəzli mövqe nümayiş etdirən birinin etdiklərinə, bunca işdən sonra onun "vasitəçiliyi"nə inanmaq istəməsinə ad vermək mümkün deyil.
Fransa tarixən insan haqlarını tapdalayan, heçə sayan, dünyanı "qılınc"la, qanla, zorun gücü ilə idarə etmək həvəsində olan bir ölkə olub. Dünyanın bir sıra qanlı qırğınlarına imza atıb. Bəlkə də buna "keçmiş" deyib ötmək olardı. Amma bu gün bu fitnəkarlığı törədib keçmiş vərdişlərindən əl çəkə bilməmək mərəzi sağalsaydı...
Fransa Əlcəzairdə milyonlarla insanın qanını tökərək insanlığa yaraşmayan, utanc gətirən vəhşiliklər edib. Fransa Mərakeşdə müsibətlər törədib. Hətta bu gün mərakeşlilərə öz doğma şəhərlərinə "Mərakeş" deməyə imkan verməyib "Marokko" dedizdirir. Fransa Nigeriyanı bu gün də qarışdırır... Dünyanın bir sıra dövlətləri hələ də Fransa müstəmləkəçiliyindən əziyyət çəkir. Bu gün Fransa kimi bir dövlətin haqdan, hüquqdan danışması ədalətin ən kobud formada pozulması deməkdir. Əslinə qalsa, bu dövləti dünyada gözdən salıb öz vətəndaşlarına zülm yaşadan, erməni lobbisinin əlində alət olmuş Emmanuel Makronun Fransaya "rəhbərlik" etməsi fransızların özlərinə bir təhqirdir.
Azərbaycan öz prinsiplərinə sadiq, beynəlxalq hüquqla üzərinə götürdüyü öhdəliklərə əməl edən hüquqi dövlətdir. İşğaldan azad etdiyimiz Qarabağ da beynəlxalq hüquqla tanınan əbədi torpaqlarımızdır. 30 il düşmən işğalında qalan torpaqlarımızı vasitəçisiz azad etdiyimiz kimi, yurdumuzda sülh yaradacağımıza da heç kimin şübhəsi olmasın.

Elşən QƏNİYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Kia "Qızıl Açar" stimullaşdırıcı lotereyasının nəticələrini açıqlayıb

02:42
01 Sentyabr

Prezident İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşü Gürcüstan mediasında

23:40
31 Avqust

Milli Məclisin sədri Uqandanın Vitse-prezidenti ilə görüşüb  

23:35
31 Avqust

Macarıstanın NATO-nun şərq cinahında "təhlükəsizlik dəhlizi"nin yaradılmasını dəstəklədiyi açıqlanıb  

23:31
31 Avqust

Milli Məclisin sədri Mozambikin Baş naziri ilə görüşüb  

22:38
31 Avqust

Avropada 17 ölkənin sərhəd və polis orqanlarının birgə əməliyyatı nəticəsində 112 nəfər saxlanılıb  

21:54
31 Avqust

Azərbaycanın coğrafi üstünlüyü ŞƏT məkanında yeni imkanlar yaradır 

21:14
31 Avqust

Azərbaycan - ŞƏT əməkdaşlığı ölkəmizin beynəlxalq münasibətlərdə artan rolunun göstəricisidir 

21:11
31 Avqust

FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib  

20:38
31 Avqust

MEDİA Böyük Britaniyanın bəzi media qurumlarını peşə prinsiplərinə sadiq qalmağa çağırıb  

20:33
31 Avqust

Pakistanlı ekspert: Azərbaycan ŞƏT-in genişlənməsi üçün strateji əhəmiyyətə malikdir  

19:36
31 Avqust

Sentyabr konfransı məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri ilə davam etdirilib  

19:14
31 Avqust

Azərbaycan Şərq-Qərb bağlantısındakı rolunu daha da gücləndirir 

19:08
31 Avqust

Xəzərdən İssık-Kula: müttəfiqlikdən başlayan yeni geosiyasi xətt  

18:50
31 Avqust

Xalq rəssamı: Çingiz Aytmatovun abidəsi Azərbaycan-Qırğızıstan dostluğunun ifadəsidir  

18:40
31 Avqust

Azərbaycan və Çin arasında məhkəmə-hüquq sahəsində əməkdaşlıq genişləndirilir

18:38
31 Avqust

Bişkekdə 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimi keçirilir YENİLƏNİB

18:35
31 Avqust

İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans keçiriləcək

18:33
31 Avqust

Basqal Dövlət Tarix-Mədəniyyət Qoruğunun Bazar meydanında inklüziv sərgi-satış yarmarkası təşkil edilib

18:31
31 Avqust

UNEC və Qırğızıstan universitetləri: əməkdaşlıq yeni mərhələdə

18:30
31 Avqust

Şanxaydan Bakıya: Böyük Avrasiyanın Azərbaycan yolu  

18:27
31 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!