28 Mart 2024 11:14
248
İQTİSADİYYAT
A- A+

Energetika Nazirliyində kollegiya iclası keçirilib  

 

Energetika naziri Pərviz Şahbazovun sədrliyi, kollegiya üzvlərinin, nazirliyin struktur bölmələri və tabeli qurumların nümayəndələrinin iştirakı ilə hibrit formatda kollegiya iclası keçirilib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, kollegiya sədri iclası açaraq dövlətimizin başçısı İlham Əliyev tərəfindən müəyyənləşdirilmiş siyasətə uyğun olaraq energetika sahəsində həyata keçirilən tədbirlərdən, icra olunan layihələrdən və qarşıda duran vəzifələrdən danışıb. Nazir iclasın gündəliyini elan edib və sözü məruzəçilərə verib.

Gündəliyə uyğun olaraq enerji balansının tərtib edilməsi üçün energetika subyektlərindən alınan məlumatlara dair hesabat formaları və enerji balansının hazırlanması metodologiyası üzrə ilkin layihələrə dair məruzə dinlənilib, layihənin təkmilləşdirilməsi məqsədilə rəy və təkliflər təqdim olunub.

Həmçinin Energetika Nazirliyində 2023-cü il üzrə icra intizamının vəziyyəti və vətəndaş müraciətlərinə baxılmasına dair hesabat dinlənilib. Dövlət proqramları, Azərbaycan Respublikası Prezidentinin müvafiq fərman və sərəncamlarından irəli gələn tapşırıqların icrası, yerinə yetirilmiş tədbirlər, nazirliyin iş planının və Dövlət Nəzarəti İnformasiya Sistemi üzrə tapşırıqların icra səviyyəsi, nazirlik və tabeli qurumlara daxil olan vətəndaş müraciətlərinin icra vəziyyəti nəzərdən keçirilib və növbəti görüləcək işlər müzakirə edilib.

Sonda kollegiya sədri növbəti dövr ərzində nəzərdə tutulan tədbirlər, qarşıda duran vəzifələr və onların operativ icrası ilə bağlı müvafiq tapşırıqlar verib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video