Ənənələr bərpa olunur
Bizim Zərdabi qəsəbəsi də alma bağları ilə çoxdan məşhurdur. Sovet dönəmində Zərdabi adına sovxoz rayonun ən iri meyvəçilik təsərrüfatı idi. Hər il dövlətə min tonlarla meyvə təhvil verilərdi. Torpaqlar özəlləşdirildikdən sonra sakinlər bu işi daha ürəklə görməyə başlayıb və yaxşı da qazanırdılar.
Bir ilin gəlirinə özlərinə ev də tikə bilirdilər, maşın da alırdılar. Elə indinin özündə də alma bağları çoxlarının dolanışıq yeridir. Düzdür, indi fermerlərin qayğıları artıb, xərcləri də çoxalıb. Ancaq yenə də əlimizdən tutan, ruzimizi verən bağlardır. Dövlətin yardımları, kənd təsərrüfatı vergilərinin ləğv edilməsi bağbanın köməyinə çatır. Burada uşaqdan böyüyə hamı bağa qulluq etməyi bacarır. Qəndi sinab, sarı turş, cır hacı, qanad, antonovka, simirenko kimi qədim meyvə bağları palmetlə əvəz olunsa da, Quba alması xarici ölkələrdən gətirilən meyvələri dadına, ətrinə və tərkibindəki maddələrin zənginliyinə görə geridə qoyur.
Sovetlər dönəmində keçirilən məhsul bayramlarında da meydanlar rayonun əsas məhsulu olan alma ilə bəzənərdi və hamı bu bayrama məxsusi hazırlaşardı. Uzun illərin fasiləsindən sonra bu il birinci dəfə rayon icra hakimiyyəti Qubada Alma bayramı keçirdi. Əslində bu, çoxdan olmalı idi, axı Quba həqiqətən də almanın vətənindir və belə bir gözəl bayrama layiqdir.
Alma bayramında Milli Məclisin deputatları, xarici qonaqlar, Quba ziyalıları, bütün rayonun fəalları iştirak edirdi. Ən çox yadda qalan, ürəkləri riqqətə gətirən isə valideyn himayəsindən məhrum olan iki gəncin - Elnur Kərəmətovla Leyla Qədirovanın rayon icra hakimiyyəti tərəfindən təşkil olunan toy mərasimi oldu. Bu iki gəncin kəbini Qubanın mərkəzi meydanında, minlərlə qubalının və qonaqların iştirakı ilə kəsildi. Toyları da ən gözəl şadlıq sarayında keçirildi. Bəylə gəlini qohum-əqrəba yerinə bütün rayon təşkilatları, Quba ziyalıları təbrik etdi. Ailə həyatına yeni qədəm qoyan iki gəncə içi avadanlıqla dolu ev bağışlandı. Hamı onları təbrik etdi, xeyir-dua verdi.
Qubada alma bayramı iki gəncin toyu ilə başa çatdı və yaddaşımızda əziz bir gün kimi qaldı.
Vüqar ŞİRİNOV,
Quba rayon Zərdabi bələdiyyəsinin sədri
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Mayın 5-i Həkim-Mama Günüdür
05 May
Türkiyə siyasətçisi Dövlət Baxçalı Əhməd Cavad Şərəf Medalı ilə təltif edilib
05 May
İlk fərdiləşdirilmiş dəri xərçəngi peyvəndi sınaqdan keçirilir
05 May
Samir Şərifov: Azərbaycan Orta Dəhlizin ən vacib iştirakçılarından biridir
05 May
Hayastanda etirazlar səngimir
05 May
"Xalq Bank"ın "Xalq Əmanəti" layihəsinin 24-cü nəşri Cahid Camala həsr olunub
05 May
QƏZƏLLƏR
05 May
"Şərq şairlərinin günəşi"
05 May
Anamın gözünün nuru, əlinin sığalı hopmuş xalça
05 May
Həyatı filmə bənzəyən aktyor
05 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!