28 Mart 2024 08:55
384
SİYASƏT
A- A+

Ən təhlükəsiz ölkə 

 

Azərbaycanın antiterror reytinqində  ən yüksək yer tutması "dəmir yumruğ"a verilən qiymətdir 

 

"Global Terrorism Index 2024" (GTI) hesabatına görə, Azərbaycan ən təhlükəsiz ölkələr arasında yer alıb. Reytinq sıralanması indeksləri terror hadisələri, ölümlər, ağır nəticələr, girovlar, terrorçuluqla mübarizə, terrorçuluğun araşdırılması effektivliyi və digər çoxsaylı göstəricilər üzrə qəbul edilmiş mürəkkəb hesablamalara əsaslanır.
"0" indekslə sonuncu - 89-cu yerdə qərarlaşan Azərbaycan dünyada terrorla bağlı ən təhlükəsiz ölkələrdən biri kimi ən yüksək reytinqə sahiblənib.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Arzu Nağıyev "Azərbaycan" qəzetinə bununla bağlı bildirib ki, "Global Terrorism Index 2024" hesabatı da Prezident İlham Əliyevin rəhbərliyi, uğurlu daxili və xarici siyasəti, həmçinin hüquq-mühafizə orqanlarının peşəkarlığı nəticəsində Azərbaycanın ən təhlükəsiz ölkələrdən biri olduğunu göstərir.
Deputat qeyd edib ki, bu fakt Prezident İlham Əliyevin yürütdüyü siyasətin daxili sabitliyi, regional təhlükəsizliyi yüksək səviyyədə təmin etdiyini, bölgədə sağlam mühit formalaşdırdığını bir daha sübut edir: "Azərbaycanın dünyanın antiterror reytinqində ən yüksək yer alması həm də ölkəmizin hüquq-mühafizə orqanlarının yüksək peşəkarlığından, onların yaratdığı etibarlı təhlükəsizlik mühitindən xəbər verir. Bu məsələdə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) fəaliyyətini xüsusi vurğulamaq lazımdır. Dövlət Təhlükəsizlik Xidməti həm Vətən müharibəsində, həm də postmüharibə dönəmində terrorizmə qarşı aktiv mübarizə aparıb, terror cəhdlərinin qarşısını elə ilk addımda, peşəkarcasına alıb. Elə son zamanlarda İran, Fransa casus şəbəkələrinin ifşa olunmasında Dövlət Təhlükəsizlik Xidmətinin fəaliyyəti təqdirəlayiqdir. Ümumiyyətlə, belə reytinqlər tərtib olunanda xüsusi xidmət orqanlarının, həmçinin hüquq- mühafizə orqanlarının keçirdiyi əməliyyat tədbirləri mütləq şəkildə nəzərə alınır. Eyni zamanda əməliyyat şəraitinin tam şəkildə nəzarətdə saxlanması üçün atılan addımlar da vacib məsələdir. Azərbaycan xüsusi xidmət orqanları ən ciddi təhdidlərdən biri sayılan dini radikal qruplaşmalara qarşı uğurlu əməliyyatlar həyata keçirir. Bu qruplaşmalar dövlətçiliyə qarşı atdıqları addımlarla gündəmə gəlirlər. Onların əvvəlcədən planlaşdırılmış terror aktlarının qarşısının alınması çox vacib məsələdir. Həm Daxili İşlər Nazirliyi, həm Dövlət Təhlükəsizlik Xidməti digər hüquq-mühafizə orqanları ilə koordinasiyalı şəkildə bu proseslərdə fəal iştirak edirlər". 
Deputat vurğulayıb ki, Vətən müharibəsi və antiterror tədbirləri zamanı atılan addımlar da reytinqdə yüksəlmənin ən mühüm göstəricilərindən biridir. 
A.Nağıyev düşünür ki, bütün uğurlu göstəricilər Ali Baş Komandan İlham Əliyevin tapşırıqlarından və xüsusi xidmət orqanlarına göstərdiyi qayğıdan irəli gəlir.
O bildirib ki, Azərbaycanın yerləşdiyi geosiyasi məkanın mürəkkəbliyi, çətinliyi ölkəmizin təhlükəsizlik pilləsində yüksəlməsinə əngəl törətməyib. Çünki dövlət başçısının siyasətində ölkəmizin müdafiə qabiliyyətinin gücləndirilməsi, insanların təhlükəsizliyi ön sıradadır. 
"Global Terrorism Index 2024" hesabatında yer alan məlumatlar ölkəmizin, onun Prezidentinin və güc orqanlarının tarixi uğuru kimi dəyərləndirilməlidir.

Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video