Əməkdaşlığa dair müqavilə imzalanmışdır
Mayın 22-də Türkiyənin Anadolu Universitetinin rektoru professor Davud Aydın və prorektor professor Aydın Ziya Özgür ölkəmizə səfərləri çərçivəsində Azərbaycan Texniki Universitetində (AzTU) olmuşlar.
AzərTAc xəbər verir ki, görüşdə iki qardaş ölkənin elm və təhsil sahəsində əlaqələrinin ildən-ilə genişlənməsindən söz açılmış, universitetlər arasında əməkdaşlıq, tələbə və müəllim mübadiləsi, birgə layihələrin həyata keçirilməsi ilə bağlı məsələlər müzakirə edilmişdir.
AzTU-nun rektoru professor Havar Məmmədov Azərbaycan və Türkiyə arasındakı çox qədim tarixi köklərə malik qardaşlıq əlaqələrinin bu gün də uğurla davam etdirilməsindən danışmışdır. Rektor rəhbərlik etdiyi ali təhsil müəssisəsinin fəaliyyəti, strukturu, beynəlxalq əlaqələri, maddi-texniki bazası haqqında qonaqlara məlumat vermişdir.
Azərbaycanın təhsil sisteminin Avropa təhsil məkanına - Bolonya prosesinə qoşulduğunu vurğulayan rektor Avropanın və dünyanın qabaqcıl ali məktəbləri ilə əlaqələrin əhəmiyyətini xüsusi qeyd etmişdir.
Ölkələrimizin mehriban qardaşlıq münasibətlərinin əhəmiyyətindən danışan H.Məmmədov Azərbaycan ilə Türkiyənin bütün istiqamətlərdə, o cümlədən elm və təhsil sahələrində əlaqələrinin dinamik inkişafından və ildən-ilə genişlənməsindən söz açmışdır. Rektor AzTU-nun Türkiyənin bir çox universitetləri ilə geniş əlaqələri olduğunu diqqətə çatdırmış, bağlanacaq müqavilənin iki ölkənin ali təhsil müəssisələri arasında əməkdaşlığın dərinləşməsində və daha da möhkəmləndirilməsində mühüm rol oynayacağına əminliyini bildirmişdir.
Anadolu Universitetinin Türkiyədə və dünyada tanındığını deyən H.Məmmədov bu nüfuzlu ali təhsil müəssisəsi ilə əməkdaşlığın səmərəli olacağına inamını ifadə etmiş, onun distant təhsil, informasiya-kommunikasiya texnologiyalarının tətbiqi sahəsindəki zəngin təcrübəsindən faydalanmağın zəruriliyini vurğulamışdır.
Anadolu Universitetinin rektoru professor Davud Aydın rəhbərlik etdiyi ali təhsil müəssisəsi haqqında geniş məlumat vermişdir. Bildirilmişdir ki, 1958-ci ildən fəaliyyət göstərən bu ali təhsil müəssisəsində hazırda iki milyonadək gənc təhsil alır. Dünyanın 30-dan çox ölkəsində 42 elmi mərkəzi olan bu tanınmış universitetin Azərbaycanda da iki minədək tələbəsi vardır.
Ölkələrimiz arasındakı dostluq münasibətlərini xüsusi qeyd edən D.Aydın, eyni zamanda, ali məktəblər arasında elm və təhsil əlaqələrinin əhəmiyyətindən danışmış, AzTU ilə Anadolu Universiteti arasında əməkdaşlıq əlaqələri yaratmaq niyyətində olduqlarını söyləmişdir.
Sonra AzTU ilə Türkiyənin Anadolu Universiteti arasında əməkdaşlığa dair müqavilə imzalanmışdır.
Sənədi rektorlar - H.Məmmədov və D.Aydın imzalamışlar.
Müqavilədə birgə tədris, elmi tədqiqatların aparılması, müəllim və tələbələr arasında təcrübə mübadiləsi və digər məsələlər nəzərdə tutulur.
Görüşdə müqavilədən irəli gələn bir sıra digər məsələlər, o cümlədən virtual əlaqələrin inkişafı, videokonfrans və simpoziumların, elmi-təcrübə mübadilələrinin, müştərək tədbirlərin təşkili məsələləri müzakirə edilmişdir.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan “Bakı marafonu 2024” start götürüb ...
05 May
Mayın 5-i Həkim-Mama Günüdür
05 May
Türkiyə siyasətçisi Dövlət Baxçalı Əhməd Cavad Şərəf Medalı ilə təltif edilib
05 May
İlk fərdiləşdirilmiş dəri xərçəngi peyvəndi sınaqdan keçirilir
05 May
Samir Şərifov: Azərbaycan Orta Dəhlizin ən vacib iştirakçılarından biridir
05 May
Hayastanda etirazlar səngimir
05 May
"Xalq Bank"ın "Xalq Əmanəti" layihəsinin 24-cü nəşri Cahid Camala həsr olunub
05 May
QƏZƏLLƏR
05 May
"Şərq şairlərinin günəşi"
05 May
Anamın gözünün nuru, əlinin sığalı hopmuş xalça
05 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!