15 Oktyabr 2024 09:05
321
SİYASƏT
A- A+
Elə bir güclü Azərbaycan qurdu ki!..

Elə bir güclü Azərbaycan qurdu ki!..



"Bir amalım var idi - güclü Azərbaycan qurmaq!" - deyir Prezidentimiz. Sözünün imzası qədər kəsərli, keçərli və dəyərli olduğunu bu yüksək amala, bu böyük hədəfə çatmaqla da sübut etdi. Doğrudan da, elə bir güclü Azərbaycan qurdu ki… 

Elə bir Azərbaycan ki dinamik sosial-iqtisadi inkişafı ilə ən nüfuzlu beynəlxalq reytinq təşkilatlarını heyrətləndirdi, kosmosa yüksəldi, nəhəng neft, qaz və ixrac layihələri ilə Avropanın enerji xəritəsini yenidən çəkdi. Şərqdən qərbə, şimaldan cənuba uzanan nəqliyyat dəhlizləri buradan keçdi və bundan az qala bütün dünya bəhrələndi. Dövlət başçısının imzaladığı möhtəşəm regional inkişaf  proqramları ilə bölgələrin hamısı tarazlı şəkildə irəlilədi, şüurlardan "ucqar kənd", "ucqar rayon" anlayışları silindi.

Elə bir Azərbaycan ki başdan-başa nura qərq oldu. Əvvəllər təkcə kəndləri deyil, şəhərləri də işığı saatla alan ölkə elektrik enerjisi idxalçısından onun ixracatçısına çevrildi. Qaz xətləri ən uzaq dağ kəndlərinədək, hətta sovet dönəmində mavi yanacaq görməyən yerlərədək uzandı. Hər il ən azı min kilometr yeni yol çəkildi, yaxud köhnələri əsaslı təmir olundu. Yeni magistrallar açıldı, körpülər salındı.

Prezident İlham Əliyev Azərbaycanın gücünü günbəgün, aybaay, ilbəil daha da artırdı. Elə yenilməz ordu formalaşdırdı ki, arxasında böyük "dayaq"ları olan düşməni cəmi 44 günə diz çökdürdü. 30 il ərzində erməni faşizminin xarabalığa çevirdiyi böyük bir ərazidə genişmiqyaslı quruculuq işlərinə başladı və bunun sayəsində indi bütün Qarabağ və Şərqi Zəngəzur cənnətə çevrilməkdədir.

Dövlət başçısı deyir ki, bu gün artıq dəyişən dünyada güc amili rəsmi qaydada ön plana çıxıb və güc elə iqtisadiyyatdır: "İqtisadiyyat güclü olmasa, hərbi gücdən, siyasi gücdən söhbət gedə bilməz. Biz iqtisadi müstəqillik yaratmalı idik və yaratdıq. Artıq neçə ildir ki, Azərbaycan iqtisadi cəhətdən tam müstəqil ölkədir, heç kimdən asılı deyil, heç bir ölkədən asılı deyil, heç bir beynəlxalq maliyyə qurumundan asılı deyil... Güc toplamaq üçün, əlbəttə ki, düzgün siyasət aparılmalıdır... Mənim fəaliyyətimdə ölkəmizin gücləndirilməsi, beynəlxalq müstəvidə mövqelərimizin möhkəmləndirilməsi, ölkə daxilindəki proseslərin müsbət məcrada getməsi əsas vəzifə idi. Heç bir təzyiq, heç bir təhdid məni bu yoldan döndərə bilmədi. Çünki bir amalım var idi - güclü Azərbaycan qurmaq, torpaqlarımızı işğaldan azad etmək! Biz bu illər ərzində böyük, nəhəng layihələri icra etdik. Bu layihələr bizə imkan verdi ki, biz iqtisadi inkişaf baxımından dünyada qabaqcıl yerlərdəyik".

Məlumdur ki, heç də hər ölkə sərbəst yaşamaq imkanına malik olmur. Xüsusilə ərzaq, enerji və nəqliyyat təhlükəsizliyini təmin edə bilməyən ölkələrdə ciddi problemlər yaranır. Azərbaycan dövləti düzgün və məqsədyönlü siyasət yürüdərək bu istiqamətdə önəmli layihələr həyata keçirdi. Məsələn, 2006-cı ildə Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft kəməri, 2007-ci ildə "Şahdəniz" qazını daşıyan Bakı-Tbilisi-Ərzurum xətti istifadəyə verildi. Daha sonra Bakı-Tbilisi-Qars dəmir yolu çəkildi. Bunların ardınca nəqliyyat-logistika və digər sahələrdə də önəmli layihələr icra olundu. Bir sözlə, Azərbaycan qısa müddətdə regionun güc mərkəzinə çevrildi. BTC Azərbaycan iqtisadiyyatının inkişafına böyük töhfələr verdi. Bu, ümumiyyətlə, bütün regiona xeyir-bərəkət gətirən kəmərdir. Yeri gəlmişkən, qeyd edək ki, belə bir xəttin Ermənistandan yan keçməsi bu ölkənin həm siyasi imicinə, həm də əhalisinin güzəranına böyük zərbə oldu.

İndi kəmərlərimizin yolu daha uzaq ünvanlaradır. Belə ki, genişləndirilmiş CQBK (Cənubi Qafqaz Boru Kəməri), TANAP (Trans-Anadolu Qaz Boru Kəməri) və TAP-dan (Trans-Adriatik Qaz Boru Kəməri) ibarət 3500 kilometrlik "Cənub qaz dəhlizi" çəkildi. TANAP artıq yeddinci ildir Azərbaycan qazını uğurla Türkiyəyə nəql edir. TAP kəməri TANAP-dan qəbul etdiyi mavi yanacağı dörd ilə yaxındır Avropaya çatdırır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, "Cənub qaz dəhlizi" Azərbaycanın liderliyi ilə həyata keçirilən, tarixi əhəmiyyətə malik, xalqımızın firavan gələcəyini təmin edən, regionda, Avropada təhlükəsizliyin, əməkdaşlığın möhkəmlənməsinə xidmət göstərən qlobal layihədir. Dövlət başçısı bununla yanaşı, "Cənub qaz dəhlizi"nin beynəlxalq əməkdaşlıq və tərəfdaşlıq şəraitində reallaşdığını da dəfələrlə vurğulayıb. Yeri gəlmişkən, İlham Əliyev möhkəm bir beynəlxalq əməkdaşlıq və tərəfdaşlıq platforması da yaradıb. 

Avropanın Azərbaycan qazına ehtiyacı olduğu hamıya yaxşı məlumdur. Eyni zamanda biz öz ixrac imkanlarımızı genişləndirmək istəyirik və bu baxımdan Avropa bazarı çox əlverişlidir. İndi Azərbaycan qazı 10-a qədər ölkəyə ixrac olunur və bu, son hədd deyil. Artıq "Cənub qaz dəhlizi"nə yeni "qol"lar qovuşur. 2022-ci il oktyabrın 1-də Bolqarıstanın paytaxtı Sofiya şəhərində Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun açılışı oldu. Keçən il dekabrın 10-da isə Serbiyanın Niş şəhərində Serbiya-Bolqarıstan Qaz İnterkonnektoru istifadəyə verildi. Hər iki xəttin Azərbaycan Prezidentinin iştirakı ilə açılması dövlətimizin, eləcə də onun başçısının bu layihələrdəki rolunun, ümumiyyətlə, qazandığı hörmət və nüfuzunun göstəricisidir.

Görkəmli siyasətçilər və mütəxəssislər tərəfindən müəllifinin İlham Əliyev olduğu etiraf edilən "Cənub qaz dəhlizi" qarşıdan gələn 100 il ərzində ilk növbədə Azərbaycan xalqına xeyir gətirəcək və milli iqtisadiyyatımızın inkişafında mühüm amil kimi çıxış edəcək. Ölkəmizin dünyada nüfuzunun artmasını şərtləndirəcək. Azərbaycanın enerji ixrac edən və tranzit ölkə kimi əhəmiyyəti daha da artacaq. Layihədə iştirak edən bütün ölkələr, şirkətlər mənfəət götürəcəklər. Bu layihə Azərbaycana böyük gəlirlər gətirərək insanların rifahının yüksəlməsinə təsir göstərəcək, xalqımızın firavan gələcəyini təmin edəcək. 

Prezident İlham Əliyev Azərbaycanın sosial-iqtisadi və hərbi qüdrətinin artmasında həyata keçirilən bu nəhəng layihələrin əhəmiyyətini dəfələrlə qeyd edib: "Bizim transmilli layihələrimiz regionda tamamilə yeni mənzərə yaratdı. Biz regionun enerji xəritəsini, nəqliyyat xəritəsini yenidən tərtib etdik. Bizim təşəbbüsümüzlə reallaşan layihələr təkcə bizim xalqımızın maraqlarını təmin etmir, bir çox ölkələrin maraqlarını təmin edir, o cümlədən region ölkələrinin. Qonşu ölkələrlə bizim həm ikitərəfli, həm üçtərəfli əməkdaşlıq formatlarımız vardır. Bütün bunlar Azərbaycanın beynəlxalq nüfuzunu böyük dərəcədə gücləndirdi".

Zaman Prezidentimiz tərəfindən qarşıya qoyulmuş vəzifələrin məqsədyönlü olduğunu, müəyyənləşdirilmiş strategiyanın düzgün seçildiyini təsdiqlədi. Həyata keçirilən çoxşaxəli proqramlar, dərin islahatlar ölkəmizi böyük inkişaf yoluna çıxardı. 

Başqa sözlə, Prezident İlham Əliyev güclü Azərbaycan qurdu. Dövlət başçısını bu yoldan heç bir qüvvə, heç bir təzyiq döndərə bilmədi. Odur ki, bu gün müstəqil Azərbaycan özünün ən şanlı dövrünü yaşayır, dünyanın sayılıb-seçilən ölkələrindəndir. Ən mötəbər beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilərək də etibar və inam qazanıb. Yaxın vaxtlarda COP29 kimi möhtəşəm bir tədbirə evsahibliyi edəcəyi də bunu göstərir. 


Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Baş katib: D-8-in beynəlxalq ictimaiyyət arasında tanınmasında Azərbaycanın rolu xüsusilə təqdirəlayiqdir  

22:41
07 Dekabr

Cüdo üzrə Azərbaycan çempionatı başa çatıb  

20:29
07 Dekabr

Azərbaycanın elm və təhsil naziri Gürcüstan Texniki Universitetinin Fəxri doktoru adına layiq görülüb

20:23
07 Dekabr

Azərbaycan Ankarada keçirilən xeyriyyə yarmarkasında təmsil olunub  

19:51
07 Dekabr

Qətər Avropa İttifaqının davamlılıqla bağlı qərarlarına yenidən baxacağına ümid edir  

19:28
07 Dekabr

İran XİN rəsmisi: Azərbaycanla əlaqələrin inkişafına böyük önəm veririk  

18:21
07 Dekabr

Leyla Əliyeva və Arzu Əliyeva Dəkkədə uşaq evini ziyarət ediblər  

17:15
07 Dekabr

XIII Qlobal Bakı Forumuna hazırlıq məqsədilə Çində toplantı keçirilib  

17:12
07 Dekabr

Premyer Liqa: “Şamaxı” səfərdə qalib gəlib  

16:26
07 Dekabr

AFFA rəhbərliyi cənub bölgəsində futbol infrastrukturunun vəziyyəti ilə tanış olub  

16:10
07 Dekabr

HƏMAS tərksilah olmaq üçün şərtini açıqlayıb  

15:48
07 Dekabr

Türkiyəli professor: Ermənistan Konstitusiyasının dəyişdirilməsi sülhün davamlı olması üçün zəruri şərtdir  

14:08
07 Dekabr

Sabah Azərbaycanın rayonlarında havanın arabir yağıntılı olacağı gözlənilir  

14:05
07 Dekabr

Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib 

13:50
07 Dekabr

Leyla Əliyeva və Arzu Əliyeva Dəkkədə Banqladeşin müvəqqəti hökumətinin Baş müşaviri ilə görüşüblər  

13:16
07 Dekabr

Ukrayna ordusu Dnepropetrovsk vilayətinin kəndini azad edib  

11:47
07 Dekabr

Qırğızıstan nümayəndə heyəti Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib  

11:33
07 Dekabr

Steve Nouri: ASAN Süni İntellekt Platforması ilə əməkdaşlıq süni intellektin inklüziv inkişafına yol açır  

10:49
07 Dekabr

Cüdo üzrə Azərbaycan çempionatında fərdi mübarizəyə yekun vurulub 

23:11
06 Dekabr

Zelenski: Amerika ilə növbəti addımlar və müzakirə formatları barədə razılığa gəlmişik  

22:41
06 Dekabr

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə keçirilən beynəlxalq konfrans çərçivəsində ikitərəfli görüşlər davam edir  

21:35
06 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!