17 Aprel 2024 17:47
282
SİYASƏT
A- A+

Əlahiddə Ümumqoşun Ordunun Hərbi Hava Qüvvələrində taktiki-xüsusi təlim keçirilib

 

Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) Hərbi Hava Qüvvələrində taktiki-xüsusi təlim keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, təlimdə yuxarı komandanlığın idarəetmə məntəqəsindən verilən "HAZIRLIQ-1" komandası ilə Ordu aviasiyası və hava hücumundan müdafiə birləşmə və hissələri 1 nömrəli hazırlığa gətirilib. Eyni zamanda, ehtiyatda saxlanılan Hava Hücumundan Müdafiə (HHM) bölmələri döyüş tapşırığına əsasən təyinat rayonlarına çıxaraq döyüş tapşırıqlarını icra ediblər.

2 nömrəli hazırlıqda olan aviasiya vasitələrinin heyətləri ilə uçuşdan əvvəl brifinq keçirilərək şəxsi heyət qarşısında döyüş tapşırıqları qoyulub. Uçuş heyətləri tərəfindən Mİ-17 nəqliyyat-döyüş helikopterləri ilə yer hədəflərinə aviazərbələr praktiki uçuşla təqlid edilib, çoxqat və çoxhədli hava hücumundan müdafiə sisteminin dəf edilməsi üçün müxtəlif manevrlər yerinə yetirilib.

Təlimə cəlb olunan Hərbi Hava Qüvvələri bölmələrinin döyüş növbətçiliyində olan Kəşfiyyat və Hədəfgöstərmə stansiyaları ilə hava məkanının fasiləsiz kəşfiyyatı aparılıb, məlumatlar təhlil olunub, qiymətləndirilib, emal edilərək komanda və idarəetmə məntəqələrinə, həmçinin qarşılıqlı əlaqədə olan bölmələrə ötürülüb.

Hava vəziyyətinin qiymətləndirilməsi Radiolokasiya bölmələri ilə yanaşı, Bayraktar TB2 və Vizual Müşahidə postlarından alınmış məlumatlar əsasında aparılıb.

Komandir və döyüş heyətləri real döyüş şəraitində hədəflərin ardıcıl olaraq məhvetmə zonasına girmə ardıcıllığının, onlar arasında vaxt intervallarının hesablanması, müxtəlif hündürlük diapazonlarında intensiv aktiv və passiv maneə şəraitində fəaliyyət göstərən hava düşməninin şərti məhv edilməsi, düşmənin kiçikölçülü az sürətli PUA-lara qarşı Hərbi Hava Qüvvələri bölmələrinin fəaliyyəti üsulları üzrə məşq etdirilib.

Eyni zamanda, birlik, birləşmə, hissə və bölmələrin dislokasiya məntəqələri və döyüş mövqelərinin mini və mikro pilotsuz uçuş aparatlarının hücumlarından mühafizəsi məqsədilə yerinə yetirilən aktiv tədbirlər çərçivəsində radiomaneə vasitələrindən istifadə edilib.

Taktiki-xüsusi təlimdə qarşıya qoyulan tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib və bölmələr arasında birgə fəaliyyətin uzlaşmasına nail olunub.

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video