04 Sentyabr 2026 17:24
152
SİYASƏT
A- A+
Ekspert: Azərbaycanın ŞƏT ilə əməkdaşlığında iqtisadi və logistika prioritetləri ön plandadır

Ekspert: Azərbaycanın ŞƏT ilə əməkdaşlığında iqtisadi və logistika prioritetləri ön plandadır


Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ilkin olaraq hərbi təhlükəsizlik məqsədləri ilə yaradılıb. Təşkilatın əsas istiqamətləri üzv ölkələrin ərazilərində separatizm və terrorizmə qarşı mübarizə, kəşfiyyat məlumatlarının mübadiləsi və təhlükəsizlik sahəsində əməkdaşlıq olub. Sonrakı mərhələdə ŞƏT-in fəaliyyətində iqtisadi istiqamətlər də ön plana çıxıb. Hazırda təşkilat çərçivəsində ölkələr arasında ticarətin və yükdaşımaların artırılması, nəqliyyat-logistika dəhlizlərinin inteqrasiyası və ticarətin liberallaşdırılması kimi məsələlər mühüm yer tutur. Azərbaycan 2015-ci ildə ŞƏT-də dialoq tərəfdaşı statusu əldə edib və bu status 2016-cı ildə təsdiqlənib. Türkiyə də 2012-ci ildən təşkilatda dialoq tərəfdaşı statusuna malikdir. Azərbaycan hər hansı hərbi bloka qoşulmaq niyyətində deyil. Bu baxımdan ölkənin ŞƏT ilə əməkdaşlığında əsas diqqətin iqtisadiyyat, ticarət, nəqliyyat və logistika sahələrinə yönəldilməsi Azərbaycanın maraqlarına uyğundur.

Bu barədə AZƏRTAC-a açıqlamasında iqtisadçı-ekspert Xalid Kərimli deyib.

“ŞƏT-in hərbi blok kimi formalaşması məsələsi gündəmdə olmadığı müddətdə Azərbaycanın bu təşkilata üzv olması üçün hər hansı maneə görünmür. Lakin hazırkı mərhələdə Azərbaycan üçün iqtisadi, ticarət, nəqliyyat və logistika sahələrində əməkdaşlığın genişləndirilməsi daha vacibdir”, - deyə ekspert vurğulayıb.

X.Kərimli bildirib ki, Azərbaycanın həyata keçirdiyi nəqliyyat layihələri, o cümlədən Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri ŞƏT ölkələrinin iştirakı ilə daha da inkişaf etdirilə bilər. Ekspertin fikrincə, Azərbaycanın hazırkı dialoq tərəfdaşı statusundan müşahidəçi statusuna keçməsi perspektivdə real görünür.

O qeyd edib ki, Azərbaycanın ŞƏT üzvləri ilə ikitərəfli və digər beynəlxalq təşkilatlar çərçivəsində geniş əlaqələri mövcuddur. Təşkilatın üzvləri arasında Azərbaycan üçün mühüm iqtisadi tərəfdaşlar olan Rusiya və Çin də yer alır: “Azərbaycanın ümumi ticarət dövriyyəsində Çin və Rusiya həmişə ilk üçlükdə olublar. Rusiya, həmçinin Azərbaycanın qeyri-neft ixracında mühüm istiqamətlərdən biridir. ŞƏT-in Mərkəzi Asiya ölkələri ilə də Azərbaycanın müxtəlif platformalar, o cümlədən Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində əlaqələri mövcuddur”.

Ekspert vurğulayıb ki, ŞƏT üzvləri dünya əhalisinin təxminən 40 faizini və qlobal ümumi daxili məhsulun 30 faizədək hissəsini təşkil edir. Buna görə də təşkilat üzvləri, xüsusilə Çin, Rusiya və Mərkəzi Asiya ölkələri ilə iqtisadi əməkdaşlığın genişləndirilməsi Azərbaycanın iqtisadi inkişafına müsbət təsir göstərə bilər.

X.Kərimli əlavə edib ki, ŞƏT-in gələcəkdə hansı istiqamətdə inkişaf edəcəyi və necə bir institusional quruma çevriləcəyi Azərbaycanın təşkilata mümkün üzvlüyü məsələsində mühüm amil olacaq. Hazırkı mərhələdə isə dialoq tərəfdaşı statusunda əməkdaşlığın davam etdirilməsi məqsədəuyğun hesab olunur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Türk professor: “Azərbaycan Avrasiyanın yeni geoiqtisadi xəritəsində “qovşaq ölkə” rolunu gücləndirir “

17:33
04 Sentyabr

Azərbaycan-ŞƏT əməkdaşlığı siyasi, iqtisadi və nəqliyyat imkanlarını genişləndirir

17:30
04 Sentyabr

Gürcüstan gəncləri üçün Azərbaycanın ali təhsil imkanları təqdim ediləcək 

17:27
04 Sentyabr

Ekspert: Azərbaycanın ŞƏT ilə əməkdaşlığında iqtisadi və logistika prioritetləri ön plandadır

17:24
04 Sentyabr

ETSN-də görüş: ayıların kəndlərə və təsərrüfatlara yaxınlaşması məsələsi araşdırılıb

17:00
04 Sentyabr

Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ  

16:58
04 Sentyabr

Baş prokuror paytaxtın Yasamal rayonunda vətəndaş müraciətlərini dinləyib

16:55
04 Sentyabr

Azərbaycan-Qazaxıstan strateji münasibətlərinin inkişafı müzakirə olunub

16:52
04 Sentyabr

M7 nömrəli ekspres marşrutu fəaliyyətə başlayır

16:50
04 Sentyabr

Professor: “ŞƏT plyus” formatı Azərbaycanın balanslaşdırma siyasəti üçün imkanları genişləndirir

16:48
04 Sentyabr

Hulusi Kılıç: Qarabağ Universiteti dünyanın ən yaxşı ali təhsil müəssisələri arasında layiqli yer tutacaq

16:46
04 Sentyabr

Doqquz gün sonra gələn möcüzə

16:43
04 Sentyabr

Naxçıvanın sənaye xəritəsi yenidən cızılır

16:40
04 Sentyabr

Bakı metrosunda sərnişin sıxlığı: avqustun lideri “Koroğlu” oldu

16:34
04 Sentyabr

Birol Akgün: “Bakı bu il Türk dünyasının və türkologiyanın nəbzinin döyündüyü mühüm mərkəzlərdən birinə çevrilib “

15:47
04 Sentyabr

Qeyri-neft-qaz sektoru üzrə vergi daxilolmaları 12 faizdən çox artıb

15:45
04 Sentyabr

Ekspert: Naxçıvan Sənaye Parkının yaradılması muxtar respublikanın iqtisadi potensialını artıracaq

15:43
04 Sentyabr

Medianın yeni dövrü: süni intellektlə ayaqlaşan jurnalistika

15:41
04 Sentyabr

Seneqallı nazir: "İƏT Əmək Mərkəzinin dəstəyindən məmnunuq"

14:48
04 Sentyabr

Azərbaycanda kamançaya dair yeni dövlət standartı qəbul edilib

14:46
04 Sentyabr

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq edib

14:38
04 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!