27 May 2022 19:40
248
İQTİSADİYYAT

“ƏDV geri al” sistemi ilə bağlı yaranan problemlərin aradan qaldırılması istiqamətində işlər görülür

Dövlət Vergi Xidməti istehlakçıların “ƏDV geri al” sistemi ilə bağlı yaranan problemlərin aradan qaldırılması istiqamətində nə kimi tədbirlər görür, müraciətlər necə araşdırılır?

AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, məsələyə aydınlıq gətirən Dövlət Vergi Xidmətinin Vergiödəyicilərinə Xidmət Baş İdarəsinin rəisi Elçin Məmmədov sözügedən sistemin tətbiqi zamanı da istehlakçıların narazılğına səbəb olan bəzi halların üzə çıxdığını deyib: “Onları 2 qrupa bölmək olar. Birincisi, texniki problemlərdir. Məsələn, istehlakçı ona təqdim edilən çeki portalda oxudarkən çek tapılmır və bildirişdə “Çek tapılmadı!” yazılır. İkincisi, bilavasitə vəsaitin qaytarılması ilə bağlı problemlərdir. Hər iki halda daxil olan müraciətlər qanunvericilikdə nəzərdə tutulmuş qaydada araşdırılır, mövcud problemlər aradan qaldırılır və ya istehlakçıya qaneedici məlumat verilir”.

Baş İdarə rəisi, həmçinin nəzərə çatdırıb ki, yarana biləcək problemlərin qarşısını almaq məqsədilə 2021-ci ilin sonlarında Dövlət Vergi Xidməti rəisinin əmri ilə “ƏDV geri al” layihəsi çərçivəsində görülən işlərin təkmilləşdirilməsi barədə Tədbirlər Planı” təsdiq edilib.

Həmin sənəddə daxil olmuş müraciətlərə səbəb olan halların diaqnostikası, onların aradan qaldırılması üçün təkliflərin hazırlanması, ƏDV-nin geri qaytarılması üzrə verilmiş imtinanın səbəbləri ilə bağlı istehlakçılarda əlavə sual yaratmayacaq şəkildə məlumatların təqdim edilməsi üçün tədbirlərin görülməsi nəzərdə tutulub. Bundan başqa, DVX-nin rəsmi internet səhifəsində “Onlayn müraciət” bölməsində ƏDV-nin qaytarılması ilə bağlı müraciət edilməsi üçün xüsusi pəncərənin yaradılması üzərində iş gedir. Riskli vergiödəyicilərinin və istifadəçilərin məlumatlandırılması, eləcə də bu sahədə nəzarət tədbirlərinin gücləndirilməsi üçün müvafiq mexanizmin hazırlanması kimi işlərin həyata keçirilməsi də nəzərdə tutulur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video