30 İyun 2022 01:51
871
Fərmanlar
A- A+
"Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikasının Qanununda  dəyişiklik  edilməsi barədə"  Azərbaycan Respublikasının 2022-ci il 13 may tarixli 533-VIQD nömrəli Qanununun tətbiqi  və "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 iyul tarixli 430 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

"Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikasının Qanununda  dəyişiklik  edilməsi barədə"  Azərbaycan Respublikasının 2022-ci il 13 may tarixli 533-VIQD nömrəli Qanununun tətbiqi  və "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 iyul tarixli 430 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, "Ədliyyə orqanlarında qulluq keçmə haqqında"  Azərbaycan Respublikasının   Qanununda   dəyişiklik   edilməsi   barədə"   Azərbaycan   Respublikasının 2022-ci il 13 may tarixli 533-VIQD nömrəli  Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək  məqsədilə  qərara alıram:

1. Müəyyən edilsin ki:

1.1. "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinin birinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin  Qanunun 39.1-ci maddəsində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur.

2. "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 iyul tarixli 430 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 7, maddə 594; 2007, № 11, maddə 1117, № 12, maddə 1223; 2008, № 8, maddə 724;  2009,  № 6,  maddə  419,  № 11,  maddə 888; 2014, № 5, maddə 470; 2016, № 9, maddə 1464; 2017, № 7, maddə 1325; 2019, № 2, maddə 231) aşağıdakı dəyişikliklər edilsin:

2.1.  2.1-ci bəndə "38.1.3-cü maddəsinin ikinci cümləsində" sözlərindən sonra "və 39.1-ci maddəsinin birinci cümləsində"  sözləri əlavə edilsin;        

2.2.  2.3-cü bənddən ", 39.4-cü maddəsində" sözləri çıxarılsın;

2.3.  aşağıdakı məzmunda 2.3-1-ci bənd əlavə edilsin:

"2.3-1. həmin Qanunun 39.1-ci maddəsinin birinci cümləsində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;".

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti "Ədliyyə orqanlarında qulluq keçmə haqqında"  Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2022-ci il 13 may tarixli 533-VIQD nömrəli  Qanunundan irəli gələn məsələləri həll etsin.

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 28 iyun 2022-ci il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Pakistan İslam Respublikasının Pəncab əyalətinin Baş naziri Məryəm Nəvaz Şərifdən

12:58
29 May

Maldiv Respublikasının Prezidenti Məhəmməd Muizzudan

12:31
29 May

Dövlət Məşğulluq Agentliyi əlilliyi olan 1500 nəfəri işlə təmin edib

12:08
29 May

Rusiyadan Ermənistana Azərbaycan üzərindən yeni tranzit yük göndərildi

11:53
29 May

Azərbaycan neftinin qiyməti 100 dollar olub

11:34
29 May

Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin nümayəndə heyəti Litvaya səfər edib

11:17
29 May

Madridin məşhur “Cibeles” fəvvarəsi yenidən Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb

11:09
29 May

Dəmiryol stansiyalarında sərhəd və gömrük nəzarətinin təşkili yoxlanılıb

10:47
29 May

Volqoqrad vilayətindəki kimya zavoduna dron hücumu: 1 nəfər ölüb, 2 nəfər yaralanıb

10:24
29 May

Rusiyaya məxsus PUA Rumıniyada yaşayış binasına çırpılıb, iki nəfər xəsarət alıb

10:09
29 May

ABŞ-nin İrana qarşı əməliyyat xərcləri 92,5 milyard dolları ötüb

09:58
29 May

Tramp Ukrayna Prezidentinin məktubunu cavabsız qoyub

09:41
29 May

Peru Respublikasının Prezidenti Xose Mariya Balkasar Seladadan

21:57
28 May

Dubayın “Bürc-Xəlifə” qülləsi Azərbaycan bayrağının rənglərinə bürünüb

21:40
28 May

Cevdet Yılmaz: Azərbaycan və Türkiyənin qardaşlığı sülhə, sabitliyə və regionun gələcəyinə töhfə verir

20:33
28 May

Azərbaycan Ordusunda Qurban bayramı və Müstəqillik Günü münasibətilə tədbirlər təşkil olunub

20:28
28 May

Gürcüstanın Baş naziri İrakli Kobaxidzedən

19:56
28 May

ABŞ-ın müxtəlif ştat və şəhərləri 28 May Müstəqillik Günü münasibətilə bəyannamə imzalayıblar

19:24
28 May

Mer Muriyel Bauzer 28 mayı Vaşinqton şəhərində Azərbaycanın Müstəqillik Günü elan edib

19:23
28 May

Ukrayna XİN: Sadiq dostumuz və strateji tərəfdaşımız olan Azərbaycanı təbrik edirik

19:21
28 May

“Axios”: ABŞ və İran 60 günlük Anlaşma Memorandumu barədə razılığa gəliblər

19:19
28 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!