Düzgün yatmaq qaydaları
İnsan həyatının demək olar ki, üçdə bir hissəsi yuxuda keçir. Yuxu ən yaxşı istirahət növü sayılır. Amma yorğunluğu çıxarmaq üçün düzgün yatış qaydasına əməl olunması çox əhəmiyyətlidir. Yanakı yatanlar kürəyi üstə yatanlara nisbətən daha az xoruldayırlar. Yanakı yatmaq boyun və bel ağrılarının azalmasına kömək edir, lakin bunun da mənfi tərəfləri var.
AZƏRTAC xəbər verir ki, həkim-terapevt Sübhan Hacıyev deyib: “Sol tərəfi üstə yatmaq ürək nayihəsində olan sıxıntıları və ürəyə qayıdan venaların sıxılmasına gətirib çıxarır, nəticədə ürək problemləri yaradır. Ağcıyər xəstəlikləri olanların üzüstə yatması tənəffüs almanı daha da yaxşılaşdırır. Mədə-bağırsaq problemi olanların üzüstə yatması daha çox problem yaradır. Belə problemi olanların kürəyi üstə və belini ən azı yarımoturaq vəziyyətdə saxlayaraq yatmağı məsləhət görürük. Üzüstə yatmaq mədədə olan turşuluğu qida borusuna çatdırır”.
Üzüstə başı yana çevrilmiş vəziyyətdə yatanda onurğa arteriyası sıxılmış vəziyyətdə qalır və beyinin qanla təmin olunması çətinləşir. Bu isə səhər baş ağrıları ilə oyanmağa səbəb olur. Xüsusilə yaşlılarda həmin poza osteoxondrozu inkişaf etdirə bilər. Eyni zamanda üz dərisi dartılır və tez qırışır. Hündür yastıqda yatmaq boyun fəqərələrinə mənfi təsir edir, sinirlər, əzələlər, damarlar sıxılır. Yastıqsız yatanda isə baş arxaya əyilmiş vəziyyətdə qalır və bununla da boyun fəqərələri deformasiyaya uğrayır. Nəticədə beyinin qan dövranı pozulur.
Həkim-terapevt düzgün yatış qaydası haqqında da məlumat verib: “Kürəyi üstə yatmaq daha yaxşıdır, həmin vəziyyətdə yatan sağlam insanın bir qədər o tərəf-bu tərəfə fırlanması problem yaratmaz. Mədə-bağırsaq problemi olan zaman yüksək çəki yoxdursa sol böyrü üstə yatmaq daha yaxşıdır. Ürək-damar problemi olduqda sağ böyrü üstə və ya kürəyi üstə, ağciyər və tənəffüs yolu xəstəlikləri olduqda ağzı üstə yatmaq tövsiyə olunur”.
Hamilə qadınlara isə əsasən sol tərəfi üstə yatmaq tövsiyə edilir.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
“Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin kağız üzərində və elektron formada (ArcGİS ...
27 Aprel
Mərakeş Kralı COP29-a dəvət olunub
27 Aprel
"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
26 Aprel
Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsi...
26 Aprel
TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir
26 Aprel
Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daş...
26 Aprel
Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib
26 Aprel
Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar...
26 Aprel
Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub
26 Aprel
Hidayət Heydərov dördqat Avropa çempionu olub
26 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!