08 İyun 2019 00:30
1713
İQTİSADİYYAT
A- A+
Duzdağ ideal müalicə məkanıdır

Duzdağ ideal müalicə məkanıdır


İnsan sağlamlığının qorunması mühüm bəşəri vəzifələrdəndir. Bu baxımdan hələ qədim dövrlərdən təbii ehtiyatlardan istifadə etməklə sanatoriya və kurort müalicəsi ən yaxşı səmərə verən üsullardan biri olub. Müasir dövrdə isə geniş yayılmış turizm növlərindən olan müalicə-sağlamlıq turizminin sürətlə inkişaf edərək dünya üzrə təqribən 14 faizlik bir həcmə malik olması onun mühüm əhəmiyyət kəsb etdiyini göstərir.

Dünyada çox sayda insanın əziyyət çəkdiyi astma xəstəliyinin speleoterapiya, yəni duz mağarasında təbii üsullarla müalicəsi müasir tibbin mühüm nailiyyətlərindəndir. Planetdə insan sayının artması və bir çox yerlərdə hava-iqlim şəraitinin ağırlaşması ilə astma xəstəliyinin də yayılması bu müalicə növünə olan marağı artırır. Belə ki, baş ofisi Yeni Zelandiyada yerləşən və dünyanın 135 ölkəsində təmsilçiliyi olan Qlobal Astma Şəbəkəsinin 2018-ci il üçün hazırdadığı illik hesabatda ümumilikdə dünya üzrə təqribən 339 milyon insanın astmadan əziyyət çəkdiyi və hər gün 1000-ə yaxın insanın isə bu xəstəlikdən dünyasını dəyişdiyi bildirilir. Ona görə də ölkəmizin təbii sərvətləri arasında mühüm yer tutan Naxçıvandakı daşduz mağaraları əsasında astma xəstəliyinin müalicəsi həm tibbi-bioloji, həm də humanitar əhəmiyyətinə görə olduqca diqqətçəkəndir.

Təbii üsullarla müalicə baxımından Naxçıvan çox zəngin sərvətlərə malikdir. Muxtar respublikanın yerləşdiyi ərazinin quru və təmiz havası, Darıdağ, Sirab, Vayxır kimi müalicəvi mineral suları, Batabat, Qanlıgöl, Gəmiqaya kimi dağlıq ərazilərdəki saf ekoloji şəraiti təkcə Cənubi Qafqazda deyil, bütün Avropa üzrə seçilən çox geniş çeşiddə dərman bitkiləri arealı və şübhəsiz, Duzdağın möcüzəvi duz müalicəsi Naxçıvana şəfa məqsədilə gələn insanların əsas niyyətlərindəndir. Buna görə də hər il 4 minə yaxın pasiyentin müalicə olunduğu Duzdağ Fizioterapiya Mərkəzi son illər dünya miqyasında tanınmağa başlayıb.

Duzdağ - əhalisi təqribən 100 min nəfər olan Naxçıvan şəhərindən 11 kilometr şimal-qərbdə yerləşir. Burada milyon illər əvvəl təbii şəraitdə formalaşmış nəhəng xörək duzu yataqları mövcuddur. Ehtiyatları 90 milyon tona yaxın hesablanan bu duzun iki minillik çıxarılma tarixi var.

Naxçıvan Şərqlə Qərb arasında qədim İpək yolu üzərində yerləşdiyindən daş duzun buradan dəvə karvanları ilə min kilometrlərlə uzaqlara daşındığı söylənilir. Yerli əhali arasında duzla, onun müalicəvi möcüzələri ilə bağlı çoxlu maraqlı hekayə söylənilir. Duzun Naxçıvanın 5 minillik şəhər mədəniyyətinin formalaşmasında mühüm rolu olduğu faktı aşkardır. Bunu ərazidə aparılan arxeoloji qazıntılar zamanı əldə olunmuş və duz çıxarılmasında istifadə edilən maddi-mədəniyyət nümunələri təsdiqləyir. 1950-ci illərdən başlayaraq Duzdağda duzun sənaye üsulu ilə geniş həcmdə çıxarılmasına başlanmış, beləliklə, Yer səthindən təxminən 100 metr aşağıda çoxlu sayda insanın sığışa biləcəyi nəhəng duz mağaraları yaranmışdır. Dünyada duz mağaralarında bronxial-astma və ağciyər xəstəliklərindən əziyyət çəkən insanların müalicəsi üsulu - speleoterapiya kəşf olunandan sonra Duzdağ həm də müalicə məkanı kimi tanınmışdır.

Duzdağda 1979-cu ildə 50 çarpayısı olan xəstəxana fəaliyyətə başlayıb. 1980-ci ildə çarpayıların sayı 100-dək artırılıb. 1980-ci illərin axırlarında SSRİ-nin süqut etməsi və Naxçıvanın blokadaya alınması ilə yaranan ağır sosial-iqtisadi vəziyyət Duzdağ xəstəxanasının işinə də mənfi təsir göstərib. Lakin tikintisi 2008-ci ildə başa çatdırılan Duzdağ Fizioterapiya Mərkəzi hazırda 450-yə yaxın yataq sayı, pasiyentləri və burada çalışan tibbi personalı ilə diqqəti cəlb edir, eləcə də Duzdağa tanışlıq məqsədilə gələn turistlər üçün çox gözəl şəraitə malikdir.

Qeyd edək ki, hazırda speleoterapiya üsulu ilə dünyanın bir çox yerlərində müalicə tətbiq olunur. Lakin Naxçıvan Duzdağının coğrafi yerləşmə mövqeyi, buradakı duz ehtiyatlarının həcmi və tətbiq olunan müalicənin keyfiyyəti fərqlidir. Ümumiyyətlə, Duzdağın dəniz səviyyəsindən yüksəkliyi, şaxtalardakı mövcud hava şəraiti, temperatur, rütubət, atmosfer təzyiqi və oksigenin faizlə miqdarı, bakterioloji tərkibi burada astma və allergiyadan əziyyət çəkən xəstələrin müalicəsinin ideal nəticələr verməsinə şərait yaradır. Belə ki, insanların dərinliyə enmədən birbaşa 300 metrədək uzanan duz şaxtasına heç bir fobiya olmadan daxil olması, il ərzində buradakı havanın 18-20 dərəcədə sabit temperaturu, zəhərli qazların son dərəcə minimum səviyyəsi duz müalicəsinin effektini artıran əsas amillərdəndir. Şübhəsiz, son dövrlər yaradılan müasir infrastruktur, yaxınlıqdakı beşulduzlu Duzdağ hoteli, Naxçıvan şəhərindən müntəzəm olaraq işləyən sərinişin avtobus xidmətləri, şaxtanın girəcəyində təklif olunan iaşə və hədiyyəlik əşya satışı və ən əsası, tibbi personalın pasiyentlərə qayğısı istər müalicəyə gələnlər, istərsə də onları müşaiyət edənlər üçün hər cür imkanlar yaradır. Mərkəzin xidmətlərindən istifadə edən Bakı və Sumqayıt şəhərləri, habelə Quba, Qusar, Qəbələ, Şəmkir, Goranboy, Bərdə, Yevlax, habelə Lənkəran və Masallı vətəndaşları ilə yanaşı Türkiyə, Ukrayna, İran, Rusiya, Tacikistan, Gürcüstan, Qazaxıstan, Almaniya, Britaniya, Hollandiya, avstriyalı turistlər də Duzdağın möcüzəvi müalicə potensialından razılıq edirlər. Uşaqlar üçün 12, böyüklər üçün isə 18 günədək davam edən müalicə kursları pasiyentlərin dərman istifadə etmədən sağalmasına səbəb olur ki, bu da onların ən şirin nemətə - cansağlığına qovuşması deməkdir.

Qeyd edək ki, Duzdağ Fizioterapiya Mərkəzinin yerləşdiyi duz şaxtaları eyni zamanda görməli yer kimi də həvəskar turistlərin və ekskursiyaçı tələbələrin ən çox gəzdikləri yerlərdəndir. Hər il tanışlıq və ekskursiya məqsədilə Naxçıvana gələn çox sayda turist Duzdağa da baş çəkərək bu nadir təbiət və insan əli möcüzəsinə tamaşa edib dərin təəssüratlarla geri qayıdır.

Bu il Duzdağda mağara müalicəsinə başlanılmasının 40 ili tamam olur. Bu baxımdan Duzdağ Fizioterapiya Mərkəzinin 40 illik yubileyinin keçirilməsi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 16 may 2019-cu il tarixli sərəncamı dünya əhəmiyyətli bu uinkal müalicə mərkəzinə verilən yüksək qiymətdir. Mərkəz gələcəkdə də insanların sağlamlığının bərpasında rolunu artıracaq.

Əli CABBAROV,

"Naxçıvan” Universitetinin dosenti, Beynəlxalq Turizm Akademiyasının üzvü

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa Komissiyası 2050-ci ilə qədər yoxsulluğu aradan qaldırmağı hədəfləyir

18:43
07 May

Mükəmməl ictimai nəqliyyat niyə avtomobilləri tam əvəz edə bilmir?

18:31
07 May

WUF13-ün təşkili ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin iclası keçirilib

18:29
07 May

İğdırdakı Heydər Əliyev adına liseydə “Bir millət, iki dövlət” adlı sinif otağı açılıb  

18:28
07 May

Zelenski: Ukrayna Rusiyanın hücumlarına “uzaqmənzilli sanksiyalar” ilə adekvat cavab verəcək  

18:26
07 May

Körfəz ölkələri iqtisadiyyatı təhlükədə

18:16
07 May

Fermer təsərrüfatlarında günəş enerjisi tətbiqi sadələşdirilib

18:13
07 May

Dünya enerji nəhəngi rekord mənfəətini açıqlayıb

17:36
07 May

AYİB Zəngəzur dəhlizinin Naxçıvan hissəsinin maliyyələşdirilməsini nəzərdən keçirir

17:34
07 May

Böyük Britaniyada hava təcili yardım xidmətləri təhlükə altındadır

17:29
07 May

Azərbaycan və Gürcüstanın hərbi qurumları arasında informasiya təhlükəsizliyi sahəsində əməkdaşlıq genişləndirilir  

17:24
07 May

Yeni Zelandiya çaylarını qorumaq uğrunda mübarizə aparır

17:17
07 May

Yaxın Şərqdəki gərginlik Kaliforniyada benzin qiymətlərini rekord həddə çatdırıb

17:02
07 May

Yağış yağacaq, dolu düşəcək, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ

16:25
07 May

Baş prokuror: Azərbaycan və Monqolustan arasında hüquqi əməkdaşlığın yeni mərhələsinə qədəm qoyulub  

16:24
07 May

İran Prezidenti milli birliyə çağırır və həmrəyliyi zəiflətmək barədə xəbərdarlıq edir  

16:22
07 May

Vəkilliyə qəbulla bağlı test imtahanında 315 nəfər uğur qazanıb

16:21
07 May

ADA Universitetində tələbələrin sosial məsuliyyət və sənaye əməkdaşlığı layihələri mükafatlandırılıb  

16:16
07 May

ABŞ Yaxın Şərqdəki hərbçilərinin sayını artırıb

15:57
07 May

“SAHA Expo 2026”da yeni texnologiyaların nümayişi davam edir

15:41
07 May

“Nəvahi” və “Şəfəq” yarımstansiyaları üzrə əlavə işlərə başlanılıb

15:38
07 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!