04 Sentyabr 2025 08:00
2032
SİYASƏT
A- A+
DÜNYANIN SİYASİ MƏNZƏRƏSİNƏ AZƏRBAYCANDAN BAXIŞ

DÜNYANIN SİYASİ MƏNZƏRƏSİNƏ AZƏRBAYCANDAN BAXIŞ


Dünyada qəribə və bir-birindən ziddiyyətli proseslər baş verir. 

Eyni kökdən olan slavyan xalqları dörd ildir ki, bir-birilərini qırır və heç vəchlə sülhə gəlmək istəmirlər.

* Hər gün Qəzzada onlarla insan yalnız acından ölür.

* Dövlətlər bir-biriləri ilə sülh yox, silah gücünə danışmağa üstünlük verirlər. 

* Suriyada isə sülhə və sabitliyə doğru uğurlu addımlar atılır.

* Türkiyə PKK-nı tərk-silah edir, ölkə terrorsuzlaşdırılır.

Ekoloji sahədə baş verən kataklizmlər də bir yandan.

Sabah, növbəti illərdə nələr baş verəcəyini müəyyən etmək çox çətindir!

Lakin insanlar, dövlətlər, siyasətçilər hadisələri irəlicədən bilməyə, baş verənlərə qabaqcadan hazır olmağa can atırlar.

Müxbirlər, strateji araşdırmalarla məşğul olan qurumlar isə insanların bu maraqlarını qarşılamağa çalışırlar.

Odur ki, dünyada baş verən proseslərdən baş çıxaran, öncədən doğru proqnozlar verə bilən, hadisələri düzgün təhlil edərək doğru nəticələr çıxarılmasında yardımçı olan uzaqgörən siyasətçilərə, təcrübəli dövlət xadimlərinə üz tutur, hamını maraqlandıran suallara cavab tapmaq üçün onlarla həmsöhbət olurlar.

Son illərdə müxbirlərin və dünyanın tanınmış televiziya kanallarının ən çox maraq göstərdiyi siyasətçilərdən biri Azərbaycan Prezidenti cənab İlham Əliyevdir.

İlham Əliyevlə siyasi mövzulardakı söhbətlərə yüksək maraq boş yerdən yaranmayıb.

Azərbaycan Prezidenti 44 günlük Zəfər müharibəsi dövründə hərb meydanı və diplomatiya sahəsi ilə bərabər, informasiya müharibəsində də əsl qəhrəman kimi çarpışdı, Azərbaycana yağdırılan şər və böhtanları, feyk informasiyaları təkzibolunmaz faktlar, "dəmir məntiq" və arqumentlərlə darmadağın etdi.

Əksəriyyəti erməni mövqelərinin təmsilçiləri olan 30-dan çox KİV-ə, telekanala və informasiya agentliklərinə müsahibələr verən cənab İlham Əliyev onların Azərbaycana qarşı yönəldilən məkrli niyyətlərini müdriklik və soyuqqanlılıqla ifşa edərək öz tribunalarını özlərinin ifşasına xidmət göstərən platformalara çevirdi.

44 günlük Vətən müharibəsindən sonra - 26 fevral 2021-ci ildə Azərbaycan Xarici İşlər Nazirliyində dünya mediasının təmsilçiləri ilə onlayn qaydada keçirilən mətbuat konfransında isə beş saatadək və dörd dildə davam edən tədbirdə "Ginnesin Rekordlar Kitabı"na düşə biləcək uğura imza atdı.

* Hər il ADA Universitetində dünyanın siyasətlə məşğul olan tanınmış insanlarının, strateji analitik mərkəzlərinin məşhur simalarının iştirakı ilə 3-4 saat davam edən mətbuat konfransının keçirilməsi ənənə şəklini almışdır.

* Bu il artıq üçüncü dəfə keçirilən Qlobal Şuşa Media Forumu da ənənəyə çevrilmişdir.

* İldə bir neçə dəfə "Euronews" televiziya kanalı da müsahibə almaq üçün Azərbaycan Prezidentinə müraciət edir.

Son dövrdə cənab İlham Əliyevin görkəmli dövlət xadimi, mahir siyasətçi və qlobal lider kimi şəxsiyyətinə və söylədiyi fikirlərə olan maraq təsadüfən yaranmayıb.

İlham Əliyev sualları cavablandırarkən söylədiklərini faktlar və misallarla əsaslandırmağı, mürəkkəb hadisə və proqnozlarını anlaşıqlı formada izah etməyi məharətlə bacarır, baş verənləri dərindən təhlil edərək düzgün nəticələr çıxarır, ən əsası, səmimiyyəti ilə insanların qəlbinə yol tapır.

Ən mühüm olanı budur ki, İlham Əliyevin verdiyi cəsarətli proqnozlar daim özünü doğruldur, dedikləri müəyyən dövrdən sonra həyatda təsdiqini tapır.

Maraqlı bir misal:

Son prezident seçkilərində Donald Trampa qarşı ədalətsizliklər edilir, səslər ziyanına saxtalaşdırılır, hətta Avropa İttifaqının rəsmiləri, erməni diasporu belə, onun əleyhinə çalışırdı.

Donald Trampın yenidən ABŞ Prezidenti olacağına, demək olar ki, inanan yox idi.

Cənab İlham Əliyev isə hamıdan fərqli olaraq D.Trampın bu seçkilərdə qalib gələcəyini söylədi.

Onun dediyi kimi də oldu!

Avqustun 7-8-də Vaşinqtonda - bir nömrəli dövlətin bir nömrəli ofisində keçirilən görüşdə Donald Trampın vasitəçiliyi və iştirakı ilə Cənubi Qafqazda möhkəm sülh yaradacaq bir neçə mühüm sənəd imzalandı.

Görüşdə ABŞ Prezidenti Donald Tramp İlham Əliyevə Ağ Evin simvolik Qızıl açarını bağışladı, fəaliyyətinə isə yüksək qiymət verdi:

"Siz güclü və ağıllı insansınız".

"Siz böyük lidersiniz".

"Siz gözəl danışıq aparırsınız" - söylədi.

Bu günlərdə isə ona yeni hədiyyələr göndərərək dediklərini bir daha "Siz böyük lidersiniz" sözlərini təkrarlamaqla təsdiqlədi!

Bundan bir neçə gün sonra məşhur "Əl-Ərəbiyyə" televiziya kanalı Azərbaycan Prezidentindən müsahibə aldı. Xanım müxbir dünyada baş verən ən mürəkkəb hadisə və proseslər barədə Azərbaycan Prezidentinə xeyli suallar ünvanladı.

Cənab İlham Əliyev onların hamısını özünəməxsus tərzdə, məntiqli faktlar, misallar əsasında müəyyən proqnozlar verməklə cavablandırdı.

***

Siyasətdə sözlə əməl birliyi hər zaman olmur. 

Başqa sözlə, dildə bir söz söyləyib, əməldə başqa addımlar atmaq tez-tez rast gəlinən haldır.

Hətta Napoleonun məşhur diplomatı Taleyranın "Dil insana öz fikirlərini gizlətmək üçün verilən bir vasitədir" sözünü misal gətirməklə buna haqq qazandıranlar da çoxdur.

Yaxın keçmişə nəzər salsaq, xeyli belə çoxsaylı nümunələrlə rastlaşa bilərik.

Xüsusilə də siyasilərin seçkiqabağı kampaniyalarda bir söz deməsi, müəyyən vədlər verməsi, seçiləndən sonra isə başqa yol tutub, başqa işlər görməsi adi hala çevrilib.

İlham Əliyev isə sözü ilə əməli bir olan siyasi liderdir.

Onun məşhur kəlamı olan "Sözümüz imzamızdır" deyimi bunun təsdiqidir.

Bir dövlət xadimi olaraq cənab İlham Əliyev söylədiyi hər kəlmənin arxasında duraraq ona rəsmi şəkildə imzalanmış sənəddəki fikir kimi yanaşır.

Dünya da bunu bilir və yüksək dəyərləndirir.

Toxunulan bəzi məsələlər dünyamız və Azərbaycan üçün böyük əhəmiyyət kəsb etdiyindən həmin müsahibəyə yığcam şəkildə bir daha nəzər salmaq istəyirik.

***

Avqust ayının 8-də Azərbaycan Prezidentinin ABŞ-yə səfəri, Vaşinqtonda keçirilən görüşlər, orada baş verən hadisələr, habelə imzalanan mühüm sənədlər hələ də diqqət mərkəzindədir.

Azərbaycan 44 gün ərzində Ermənistan ordusunu darmadağın edərək qarşısında diz çökdürdü.

Rusiya öz dostunu bundan da betərindən xilas etmək üçün araya girdi, üçtərəfli Bəyanat imzalamaqla digər məsələlərin sülh yolu ilə həllini təklif etdi.

Azərbaycan Ermənistanın kapitulyasiya aktı sayılan Bəyanata imza atmasından, habelə əsas şərt kimi irəli sürdüyü Ermənistan ordusunun ərazilərimizdən çıxarılma qrafiki təqdim olunduqdan sonra bu təkliflə  razılaşdı.

Lakin Ermənistan üzərinə götürdüyü bir sıra öhdəlikləri yerinə yetirmədi, sülh müqaviləsinin imzalanmasını müxtəlif bəhanələrlə uzatmağa başladı.

Azərbaycan daha iki dəfə unikal hərbi əməliyyatlar keçirməklə həm ərazi bütövlüyünü, həm də dövlət suverenliyini bərpa etdi.

Ermənistan yenə də havadarlarına və müdafiəçilərinə güvənərək sülhdən, Azərbaycanın prinsipial və dəyişməz şərtlərindən yayınmağa çalışdı.

44 günlük Zəfər müharibəsinin qurtarmasından beş ilə yaxın vaxt keçməsinə baxmayaraq, hələ də sülh müqaviləsi bağlanmayıb.

Azərbaycan ermənipərəst mövqelərinə görə bütün vasitəçilərdən imtina etdi və təkbətək danışıqlara üstünlük verdi.

Yenidən ABŞ Prezidenti seçilmiş Donald Tramp iki ölkə arasında sülh bağlanmasına köməyini təklif etdi.

Heç bir tərəf bundan imtina etmədi.

İlham Əliyev Vaşinqtonda imzalanan sənədlərə yüksək qiymət verdi: 

"Fakt budur ki, Azərbaycan və Ermənistanın Ağ Evdə Prezident D.Trampın iştirakı ilə bu sənədi paraflaması müharibənin başa çatdığını göstərir. Bu, mərhələlərlə 30 ildən artıq davam edən müharibənin sonudur və həm Cənubi Qafqaz regionu, həm də daha geniş mənada Mərkəzi Asiya və Yaxın Şərq üçün tamamilə yeni imkanlar açır".

Ermənistanın verdiyi sözün arxasından qaçması, gündə bir xəyala düşməsi də məlum həqiqətdir.

Müxbirin bununla bağlı verdiyi suala da Azərbaycan Prezidentinin cavabı maraqlı oldu: 

"Amma bu, Ermənistanın özü üçün çox zərərli olar, çünki Vaşinqtonda sənədlərin kim tərəfindən imzalanmasından asılı olmayaraq, onlar Ermənistanın adından Ermənistan lideri tərəfindən imzalanıb. Əgər orada hər hansı dəyişiklik baş verərsə və imzalanmış sənəddən geri addım atılarsa, bu, Ermənistan ilə ABŞ arasındakı münasibətləri ciddi şəkildə pisləşdirər. Bu, yalnız ABŞ-yə aid deyil, beynəlxalq ictimaiyyət, Avropa İttifaqı, Türkiyə və ərəb ölkələrindəki dostlarımız da bu prosesi dəstəklədilər".

Azərbaycanın ən çox zərbə aldığı ölkələrdən biri Rusiya olub. 

Məhz çar Rusiyasi yurdsuz, vətənsiz ermənilərə Azərbaycanın torpaqları hesabına dövlət yaratmağa başladı, hər yerdən qovulan hayları buraya topladı.

Sovet hakimiyyəti də bu layihəni həvəslə davam etdirdi:

Əvvəlcə XI ordu Azərbaycanı işğal edərək yeni yaradılmış Azərbaycan Xalq Cümhuriyyətini yıxdı, cümhuriyyət liderlərini və ziyalıları repressiyaya uğratdı, sürgünə göndərdi, həbsxanalara saldı, güllələtdi.

* 70 il ərzində yeraltı və yerüstü sərvətlərimizə sahiblik etdi, daşıyıb apardı.

* Qərbi Zəngəzur ərazisini bizdən alaraq Ermənistana verdi, Azərbaycanı Naxçıvan bölgəsindən ayrı saldı.

* Sonra ölkəmizin daxilində "gecpartlayan bomba" - qondarma DQMV yaradaraq erməniləri oraya yığdı. 

*Bu azmış kimi, 1948-1953-cü illərdə Ermənistan ərazisində yaşayan azərbaycanlıları Stalinin qərarı ilə dövlət səviyyəsində deportasiya etdirərək dədə-baba torpaqlarından zorla ayırdılar.

Haqq, ədalət gec də olsa, öz yerini tutdu.

Müzəffər Ali Baş Komandan İlham Əliyev 44 günlük Zəfər müharibəsində işğalçıları torpaqlarımızdan qovaraq ərazi bütövlüyümüzü bərpa etdi, düşməni diz çökdürərək kapitulyasiya aktını imzalatdırdı.

Bu prosesdə vasitəçiliyi öhdəsinə götürərək üçtərəfli Bəyanatla sülh yaradan Rusiya növbəti mərhələdə həmin sənədin bir çox vacib bəndlərinin icrasını təmin etmədi.

Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın bütün oyunbazlıqlarına, gündə bir söz söyləyərək sonra arxasından qaçması barədə demişdi:

"Zəngəzur dəhlizi (TRIPP) açılmalıdır və açılacaqdır".

Bu dəfə ABŞ Prezidenti Donald Tramp prosesə cəlb olundu, vasitəçilik etmək istəyəndə Azərbaycan qəti mövqeyini bildirdi!

İlham Əliyev müsahibəsində bu məqamı belə xatırladır: 

"Zəngəzur dəhlizi (TRIPP) fəaliyyətə başlamalı və təhlükəsiz olmalıdır, yəni Azərbaycan vətəndaşları bu 40 kilometrdən çox məsafəni təhlükəsiz keçə bilməlidirlər, güclü təhlükəsizlik zəmanətləri olmalıdır. Beynəlxalq təhlükəsizlik zəmanətləri təmin edilməlidir. Yalnız Ermənistanın verdiyi zəmanətlər kifayət deyil. Tramp administrasiyası bu qanuni narahatlığı doğru şəkildə qəbul etdi və bunun nəticəsində TRIPP ("Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu") meydana gəldi. Prezident Tramp Zəngəzur dəhlizinə öz adını verdikdən sonra əminəm ki, bu layihə çox yaxın zamanda reallaşacaq".

Digər şərt isə belədir: 

"Bizim üçün əsas odur ki, yol tikilsin və beynəlxalq təhlükəsizlik zəmanətləri olsun. Başqa sözlə desək, azərbaycanlılar Naxçıvandan ölkənin əsas hissəsinə və geri səyahət edərkən narahatlıq hiss etməməlidirlər".

2022-ci ilin fevralında Azərbaycanla strateji müttəfiqlik münasibətləri barədə sənəd imzalayan Rusiyanın son dövrlərdə bizə qarşı atdıqları addımlar anlaşılmaz və qəribədir.

*SSRİ-ni yenidən bərpa etmək xülyasına düşür, özünü "böyük qardaş" kimi təkəbbürlü aparır.

Azərbaycana məxsus sərnişin təyyarəsini vuraraq onlarla insanın ölümünə bais olur, beynəlxalq qaydalara əsasən üzr istəmək, dəyən ziyanı və kompensasiyanı ödəmək əvəzinə, bütün təqsiri "quş sürüsü"nün üzərinə yıxır, üstəlik, Rusiyada yaşayan azərbaycanəsilli vətəndaşlara qarşı qəddarlıqlar və qanunsuzluqlar törədərək onları döyə-döyə öldürür, günahları sübut edilmədiyi halda həbsxanaya atır.

Müxbirin bununla bağlı suallarını cavablandıran cənab İlham Əliyev qəti mövqeyini ortaya qoydu: 

"Münasibətlərin korlanmasına görə məsuliyyət bizim üzərimizə düşmür. Biz yalnız konstruktiv və hüquqi şəkildə cavab veririk, lakin heç vaxt bizə qarşı təcavüz əlamətlərinə və təzahürlərinə, yaxud hörmətsizliyə dözməyəcəyik".

"Əl-Ərəbiyyə" telekanalının müxbiri Azərbaycan-ABŞ münasibətlərinə dair bir neçə sual verdi.

Bayden administrasiyası dövründə ABŞ-nin erməni diasporundan asılılığı təkcə Dövlət Departamentinin deyil, Konqresin də ədalətsiz, ermənipərəst siyasət yeritdiyi, hətta Azərbaycanın dost münasibəti sərgilədiyi bir vaxtda ona qarşı nankorluq edərək 907-ci düzəlişin yenidən qüvvəyə mindirildiyini açıq şəkildə tənqid edən Azərbaycan Prezidenti İlham Əliyev Donald Trampın özü, şəxsiyyəti, Azərbaycana obyektiv münasibətilə bağlı bir sıra maraqlı fikirlər səsləndirdi.

Onların bir qisminə yenidən diqqət çəkirik: 

"Prezident Trampın Nobel Sülh Mükafatına namizədliyini irəli sürdük. O, həqiqətən buna layiqdir. Vaşinqtonda şərhlərimdə də qeyd etdiyim kimi, o, bir neçə ay ərzində Afrikada, Asiyada, Cənubi Qafqazda möcüzə yaradıb. Bu, onun xarakteridir, bu, onun təbiətidir. O, sülh istəyir. O, Qərb liderlərinin ənənəvi imicindən tamamilə fərqli bir şəxsiyyətdir. O, çox mehribandır. O, bütün hədiyyələrini, hətta planlaşdırılandan daha çoxunu verəcək qədər çox səxavətlidir. O, həqiqətən də böyük tərifəlayiq insandır".

* "O, prezident olmadığı müddətdə özünü çox layiqli şəkildə aparıb. O, böyük cəsarət və ləyaqət nümayiş etdirərək Amerikada yenidən hakimiyyətə qayıtdı. Qurbağalarla dolu bütün bu bataqlıqlar - USAID, "Radio Liberty", "Washington Post", "New York Times", "Wall Street Æournal", "Newsweek" kimi saxta xəbər mənbələrinin hamısı onun əleyhinə idi. Məni necə ləkələyirdilərsə, eləcə də hamısı onu ləkələyirdilər".

* "Əminəm ki, o, nəinki Amerikanı yenidən qüdrətli edəcək bir insandır, o, Amerikanın rifah, azadlıq və inkişafın rəmzi olduğu bütün dövrlərdəki kimi, ölkəni yenidən insanların heyran olduğu yerə çevirəcək".

* "O, cəsur insan və böyük liderdir. Mən həqiqətən də fəxr edirəm ki, o, mənə dostu kimi yanaşır".

***

Bir vaxtlar Azərbaycan dünyanın ədalətinə, beynəlxalq hüququn gücünə və beynəlxalq təşkilatlara inanaraq onlardan kömək umurdu və gözləyirdi.

İnanırdı ki, bu ədalətsizliklərə və özbaşınalıqlara son qoyular, torpaqlar dinc yolla, sülh danışıqları ilə geri qaytarılar.

Öz haqqını və hüququnu hərbi yolla bərpa etməyə hazırlaşsa da, yenə sülh danışıqlarından geri durmadı.

Qəti qərarını verərək məğrur Sərkərdəsinin rəhbərliyi altında düşmənə qarşı ölüm-dirim savaşına girdi.

44 gündə möcüzə yaratdı, düşməni diz çökdürdü, torpaqlarını işğalçılardan, murdar ləpirlilərdən təmizlədi.

Hərbi əməliyyatları başa çatdıran  kimi yenə birinci sülh dedi, beynəlxalq hüquqa əsaslanan şərtlərini irəli sürdü.

30 illik işğal dövründə təkcə öz iqtisadiyyatını yüksəltmədi, qüdrətli ordu qurmadı, həm də qonşu və dost dövlətlərə, bütün dünyaya fayda gətirəcək möhtəşəm transmilli layihələr reallaşdırdı.

Düşmən isə yenə inad göstərir, sülhdən yayınmağa çalışır.

Azərbaycan da iradə və qətiyyətlə dayanmadan öz hədəflərinə doğru gedir.

Kimsə onu öz məqsədindən nə çəkindirə, nə də yayındıra bilir!

Qarabağda və Şərqi Zəngəzurda sürətli yenidənqurma və bərpa işləri apararaq insanları doğma yurd-yuvalarına, yeni tipli yaşayış məntəqələrinə, rahat evlərə və mənzillərə qaytarır.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin təbirincə desək:

"Bizim işğal altında olmaq təcrübəmiz var, qalib ölkə olmaq təcrübəmiz var, müharibə şəraitində olmaq təcrübəmiz var, indi bizim sülhə necə nail olmaq təcrübəmiz var, - biz bilirik bunu necə etmək lazımdır. Bundan əlavə, bizim şaxələndirilmiş xarici siyasət istiqamətlərimiz də Azərbaycana hadisələrin mərkəzində olmağa imkan verir".

Bu gün dünya Azərbaycana baxanda daim quran, yaradan, hamıya fayda gətirməyə çalışan qalib dövlət, qalib xalq görür.

Azərbaycandan dünyaya baxanda isə...

Təəssüf ki, hər şey ürəkaçan deyil.

Azərbaycan Prezidenti İlham Əliyevin "Əl-Ərəbiyyə" telekanalına müsahibəsində bu ziddiyyətli, qarışıq hadisələr girdabına düşən, təbiət kataklizmlərindən əziyyət çəkən dünyanın dolğun siyasi mənzərəsini yaratdı.

Sabah necə olacaq, onu bilmək də çətindir!

Yeganə sevinc və təsəllimiz odur ki, qarışıq, amansız və keşməkeşli dünyada Azərbaycan nurlu bir ərazi kimi görünür.

Bu nur ilbəil artır, tədricən dünyaya yayılır.

İnanırıq ki, gələcək təkcə qalib Azərbaycanımız üçün deyil, dünyamız üçün də xoş, firavan və təhlükəsiz olacaqdır!



Bəxtiyar SADIQOV

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Rusiyada benzin ixracına qadağa qoyulması müzakirə edilir

19:57
25 Mart

İordaniya ötən gün beş raketi və bir PUA-nı zərərsizləşdirib

19:31
25 Mart

Hari Mitsidis: Qarabağda aparılan tikinti və bərpa işlərini görmək həqiqətən təsirlidir  

19:12
25 Mart

UNESCO-da təhsil üzrə qlobal müzakirələrdə Azərbaycan təcrübəsi təqdim olunub  

17:48
25 Mart

Qazaxıstan ilə Özbəkistan arasında yükdaşımaları rekord həddə çatıb

17:13
25 Mart

Azərbaycan, İtaliya və Mərkəzi Asiya ölkələrinin iş adamları arasında yeni əlaqələr qurulub  

16:42
25 Mart

Türkiyədə uşaqların emosional vəziyyətinə zərərli qablaşdırma qadağan edilib  

16:07
25 Mart

Baş Dövlət Yol Polisi İdarəsi yağıntılı hava şəraiti ilə bağlı xəbərdarlıq edib  

15:48
25 Mart

Xəzərdə zəlzələ olub

15:13
25 Mart

Sahibə Qafarova: Azərbaycan və Çin arasında münasibətlər dostluq, qarşılıqlı hörmət və dəstək üzərində qurulub  

15:01
25 Mart

Azərbaycan universitet reytinqlərində top 100-də yer alıb  

14:43
25 Mart

Milli Məclisin sədri Ümum-Çin Xalq Nümayəndələri Yığıncağının Daimi Komitəsinin sədri ilə görüşüb

14:38
25 Mart

BMT-nin Baş katibi: Artıq 400 ildən çoxdur ki, dünyada köləlik nizamı hökm sürür  

14:28
25 Mart

Macarıstan Milli Kitabxanasında Azərbaycan Ədəbiyyatı Bölməsi açılıb 

14:01
25 Mart

Türkiyənin ilk zirehli SUV avtomobillərinin təhvilinə başlanılıb  

13:58
25 Mart

Özbəkistanda Azərbaycanın aqrar inkişafı və elmi potensialı təqdim olunub

13:45
25 Mart

Ali Məhkəmə ekoloji hüquqların müdafiəsi ilə bağlı mühüm izahlar verib  

13:21
25 Mart

“Könüllü DOST” proqramı iştirakçılarının sayı 8 minə yaxındır

13:16
25 Mart

Sabahın hava proqnozu açıqlanıb

13:09
25 Mart

Bakıda və Abşeron yarımadasında yağış yağacaq, bəzi ərazilərdə intensivləşəcək - XƏBƏRDARLIQ

12:44
25 Mart

Prezident İlham Əliyev “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak edib

12:39
25 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!