02 Noyabr 2023 09:50
2117
İQTİSADİYYAT
A- A+
Dünyanın səkkizinci möcüzəsi... Xəzərdə

Dünyanın səkkizinci möcüzəsi... Xəzərdə

 

Neft Daşlarının 74 yaşı tamam olur

 

74 yaşı tamam olan Neft Daşları özünün daimi adını almazdan əvvəl "Qara daşlar", "Yeddi gəmi adası" kimi tanınıb. Sonralar bu bənzərsiz məkanı obrazlı şəkildə "Möcüzələr adası", "Dünyanın səkkizinci möcüzəsi", "Əfsanəvi şəhər" də adlandırıblar. Xəzərin qoynunda, polad dirəklər üstündə məskən salan Neft Daşları, əslində, analoqu olmayan mədən-şəhərdir.
Neft Daşları elə bir yerdir ki, onun haqqında sözlə təsəvvür yaratmaq çətindir. Bu möcüzələr şəhəri haqqında neçə filmə baxsan, nə qədər məlumat əldə etsən də, hansı mənzərələrə malik olduğunu və necə əhəmiyyət daşıdığını yalnız onu görəndən sonra bilirsən. Ümummilli Lider Heydər Əliyev burada dəfələrlə olmuş, estakada və meydançaları gəzmiş, dənizin qoynunda hünər göstərən neftçilərlə görüşmüş, bir sözlə, Neft Daşlarını sevmişdi. Buraya səfər edəndən sonra Neft Daşları haqqında həqiqəti özünün dahiyanə fikri ilə ifadə etmişdi: "Neft Daşlarında işləyən hər bir kəs ən böyük hörmətə layiq bir insandır. Orada işləməyən, oranı görməyən, oranı ziyarət etməyən insan bunu təsəvvür edə bilməz".
 "Neft Daşları", ilk növbədə, karbohidrogenlərlə zəngin dəniz yatağıdır. Bu yataq Xəzər dənizinin akvatoriyasında, Abşeron neftli-qazlı rayonunda, Bakı şəhərindən 110, Pirallahı adasından 50 kilometrlik məsafədə yerləşir. Yataq "Neft Daşları" NQÇİ (Neft və Qazçıxarma İdarəsi) tərəfindən istismar olunur. Burada ilk neft quyusu 1949-cu il noyabrın 7-də fontan vurub. 1951-ci ildən "Neft Daşları"nın, 1963-cü ildən isə "Palçıq Pilpiləsi"nin sənaye əhəmiyyətli işlənməsinə başlanıb. Həmin vaxtdan indiyədək bu yataqlardan fasiləsiz olaraq neft və qaz çıxarılır. Bu, Xəzərin fırtınalı qoynunda ekstremal şəraitdə işləyən Azərbaycan neftçisinin fədakar əməyinin, ona hərtərəfli qayğısını getdikcə artıran Azərbaycan dövlətinin dəstəyinin nəticəsidir.
"Neft Daşları"nın ərazisini sulardan baş qaldıran çıxıntıların - qara daşların yaxınlığında müşahidə ediblər. Odur ki, ilk adı "Qara daşlar" olub. Bu yatağın kəşfi, işlənməsi, sonra da burada - dənizin açıq qoynunda oxşarı olmayan bir şəhərin salınması Azərbaycanın geoloqlarının, neft mütəxəssislərinin, sənaye tikintisi ilə məşğul olan inşaatçılarının və əlbəttə, fədakar dəniz neftçilərinin qəhrəmanlığı sayəsində mümkün olub. Əslində, dəniz neftçisi adlanan bir peşə də elə bu möcüzələr adasında yaranaraq formalaşıb. 
Dəniz neftçilərinin 23 nəfərdən ibarət ilk dəstəsi 1948-ci ildə birinci quyunun kəşfiyyatına başladı. Böyük neft təşkilatçısı Sabit Orucovun, geoloq Ağaqurban Əliyevin və qazma sahəsində zəngin təcrübəyə malik mühəndis Yusif Səfərovun təklifi ilə əlavə xərclərə yol verməmək və işçi qüvvəsinə qənaət etmək üçün Bakı gəmi təmiri zavodlarından istifadədən silinmiş yeddi iritonnajlı gəmi gətirilərək "Qara daşlar"ın yanında basdırıldı. Süni buxta yaradıldı. Bu dəfə isə məkanı "Yeddi gəmi adası" adlandırmağa başladılar. Qəhrəmanlıq mücəssəməsi olan əfsanəvi "Yeddi gəmi adası" Xəzərin fatehlərini fırtınalardan qoruyan sığınacağa və dənizin dərin qatlarına nüfuz etmək üçün istinad nöqtəsinə çevrildi... Usta Mixail Kaveroçkinin başçılıq etdiyi qazmaçılar briqadasının 1 nömrəli quyudan götürdüyü nümunə 100 tona yaxın ilk neft fontanının yaxınlaşmasından xəbər verirdi. Beləcə, 74 il əvvəl noyabrın 7-də quyu fontan vurdu. Bu, dünya dəniz nefti erasının başlanması demək idi. 
Sonrakı dövrdə Xəzərdə tikinti işləri geniş vüsət aldı. 1951-ci ildən estakada və meydançaların tikintisinə, hidrotexniki qurğuların, kommunikasiya xətlərinin, istehsal və yaşayış təyinatlı obyektlərin inşasına başlandı. Bu isə dünyada analoqu olmayan Neft Daşları adlı şəhərin qurulmasının başlanğıcı idi. Polad dirəklər üstündə qurulan, o vaxt da, elə indinin özündə də heç yerdə bənzəri olmayan, dünyanı heyrətə gətirən bir şəhərin...
Neft Daşlarını möcüzə adlandırsalar, əfsanəyə bənzətsələr də, o, əsl həqiqətdir, işləyən, yaşayan, qurub-yaradan şəhərdir. Lakin elə bir şəhərdir ki, burada məktəblər, uşaq bağçaları, insanların ailəliklə yaşadığı mənzillər, evlər yoxdur. Beş və doqquz mərtəbəli yataqxanalar, yeməkxanalar, vertolyot meydançası, tibbi-sanitar hissə, mağazalar var. Bu şəhərdə yalnız neftçilər yaşayır, həm də təkcə əmək növbələri günlərində. Neftçilər dedikdə təkcə dənizin dərin qatlarından "qara qızıl"ı çıxaranlar deyil, böyük neftçi "ailə"sinin bütün üzvləri - geoloqlar, kəşfiyyatçılar, qazmaçılar, inşaatçılar, rabitəçilər, energetiklər, nəqliyyatçılar və xidmət sahələrində çalışanlar nəzərdə tutulur. Onlar "Neft Daşları" Neft və Qazçıxarma İdarəsinin, eləcə də neçə-neçə digər müəssisə və təşkilatın nümayəndələridirlər. Növbələşərək işləyirlər - bir həftə dənizdə, növbəti həftə quruda, ev-eşiklərində olurlar.
Neft Daşları, yaşı artsa da, "qocalmır". Son illər ərzində "Neft Daşları" və "Palçıq Pilpiləsi" yataqlarında onlarca stasionar dəniz özülü, geniş sahəsi olan estakadayanı meydançalar, estakadalar inşa edilib. Bütün qurğuların saz vəziyyətdə olması daim diqqət mərkəzindədir. Odur ki, mütəmadi olaraq yataqların ərazisində cari təmir işləri də həyata keçirilir.
Yamyaşıl parkları, gül-çiçəyi, ikimərtəbəli "Çay evi", idman zalı bu şəhərin başqa bir möcüzəsidir. Çünki bunların hamısı açıq dənizin qoynunda, polad meydançaların üstündədir. 
Ulu Öndər Heydər Əliyev Neft Daşlarını "XX əsrdən XXI əsrə atılan körpü" , "Azərbaycan neftçilərinin qəhrəmanlıq abidəsi"adlandırıb. Prezident İlham Əliyev dəfələrlə qəhrəmanlıq salnaməsi davam edən bu qeyri-adi şəhərdə olub, onun fədakar "sakinləri" - Xəzərin sərt fırtınalarına sinə gərən neftçilərlə görüşüb. Dövlətimizin başçısının "Neft Daşları hələ uzun illər Azərbaycana çox ləyaqətlə xidmət edəcəkdir" sözlərinin isə şərhə ehtiyacı yoxdur. 
 
Flora SADIQLI,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Azərbaycan Respublikasının Milli Məclisinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə

02:25
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Anqola Respublikası Hökuməti arasında diplomatik və xidməti pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:25
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Dominikan Respublikası Hökuməti arasında diplomatik və xidməti/rəsmi pasport sahiblərinin viza tələbindən azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:24
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Moldova Respublikası Hökuməti arasında məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:24
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Maldiv Respublikası Hökuməti arasında ümumvətəndaş pasport sahiblərinin viza tələbindən qarşılıqlı azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:23
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Cibuti Respublikası Hökuməti arasında diplomatik və xidməti pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:23
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Bəhreyn Krallığı Hökuməti arasında diplomatik passport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:22
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Surinam Respublikası Hökuməti arasında diplomatik və xidməti pasport sahiblərinin viza tələbindən azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:21
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Qvineya-Bisau Respublikası Hökuməti arasında diplomatik, xidməti və xüsusi pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:21
16 Dekabr

"Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Qazaxıstan Respublikasının Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə

02:21
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Əlcəzair Xalq Demokratik Respublikası Hökuməti arasında ticarət, iqtisadi, elmi və texniki əməkdaşlıq üzrə Birgə Komissiyanın yaradılması haqqında Saziş"in təsdiq edilməsi barədə

02:20
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında energetika sahəsində strateji tərəfdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə

02:20
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında sənaye mülkiyyətinin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə

02:19
16 Dekabr

"Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə Qazaxıstan Respublikasının Strateji Planlaşdırma və İslahatlar Agentliyi arasında statistika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nun təsdiq edilməsi barədə

02:19
16 Dekabr

İdxal-ixrac, tranzit, nəqliyyat və logistika üzrə fəaliyyətin rəqəmsallaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında

02:18
16 Dekabr

20 yaşınadək kişilər arasında futbol üzrə dünya çempionatının 2027-ci ildə Azərbaycanda keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında

02:17
16 Dekabr

"Azərbaycan Biznesinin İnkişafı Fondu" Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında

02:16
16 Dekabr

A.Ə.Hüseynin Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri təyin edilməsi haqqında

02:16
16 Dekabr

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələrin verilməsi haqqında

02:15
16 Dekabr

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi əməkdaşlarının təltif edilməsi haqqında  

02:14
16 Dekabr

“Diplomatik xidmət haqqında” Azərbaycan Respublikasının 2024-cü il 27 dekabr tarixli 109-VIIQ nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 17 fevral tarixli 331 nömrəli Fərmanının icrasının təmin edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi və “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli 66 nömrəli qərarı ilə təsdiq edilmiş “Ağır və yüngül xəsarət növlərinin Siyahısı”nın Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərində qulluq edən şəxslərə şamil edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 25 oktyabr tarixli 158 nömrəli Qərarının ləğv edilməsi haqqında

02:13
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!