10 May 2025 12:31
863
Mədəniyyət
A- A+
DSX-da Ulu Öndərin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş silsilə tədbirlər keçirilib  

DSX-da Ulu Öndərin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş silsilə tədbirlər keçirilib  

Dövlət Sərhəd Xidmətinin Aparatında və struktur qurumlarında müasir müstəqil dövlətçiliyimizin memarı və qurucusu, dahi şəxsiyyət, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş silsilə tədbirlər keçirilib.

DSX-dan AZƏRTAC-a verilən məlumata görə, Xidmətin rəhbər heyəti və hərbi qulluqçuları Fəxri xiyabanda əvvəlcə xalqımızın dahi oğlunun əziz xatirəsini dərin ehtiramla yad edərək məzarı önünə güllər düzüb, daha sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət ediblər.

Tədbirlərdə Ulu Öndərin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, xalqımız qarşısında misilsiz xidmətləri, ölkəmizin hərtərəfli inkişafı və sərhəd mühafizəsinin formalaşdırılması ilə bağlı gördüyü işlər barədə geniş məlumat verilib. Qeyd olunub ki, məhz Heydər Əliyevin müdrik rəhbərliyi və uzaqgörən siyasəti nəticəsində sərhəd təhlükəsizliyi dövlətin prioritet istiqamətlərindən birinə çevrilib, sərhəd mühafizə orqanlarının formalaşmasına və keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına zəmin yaradıb.

Bildirilib ki, bu gün Azərbaycan sərhədçisi Ulu Öndərin müəyyənləşdirdiyi milli sərhəd strategiyasını onun layiqli davamçısı Prezident İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı altında uğurla yerinə yetirir, ərazi bütövlüyü və suverenliyi bərpa olunmuş Vətənin sərhədlərində qürurla xidmət edir.

Keçirilən tədbirlər Heydər Əliyev ideyalarına sadiqliyin bariz nümunəsi olaraq dövlətçiliyə xidmət edən hər bir sərhədçinin qəlbində vətənpərvərlik ruhunu bir daha alovlandırıb, onun əbədiyaşar xatirəsinin gələcək nəsillər tərəfindən yaşadılması baxımından mühüm əhəmiyyət kəsb edib.

Tədbirdə Heydər Əliyevin adını daşıyan muzey və mərkəzlərə şəxsi heyətin ekskursiyası təşkil olunub, Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən sənədli filmlər nümayiş etdirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xocalıya növbəti köç - Təzəbinə və Seyidbəyli kəndlərinə 67 nəfər qayıtdı

15:32
06 Mart

İstanbulda TDT-nin Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclası keçiriləcək

15:31
06 Mart

Prezident İlham Əliyevin İranın Azərbaycana dron hücumuna dair fikirləri dünya mediasının diqqət mərkəzindədir 

15:30
06 Mart

Azərbaycan Kubokunun oyunları ilə bağlı cəzalar bəlli olub

15:28
06 Mart

“AzerGold” əməkdaşlarının rəqəmsal risklər barədə məlumatlılığının artırılmasına dəstək göstərib  

15:27
06 Mart

ƏÜO-da məzunlar "Komando andı"nı qəbul ediblər

15:15
06 Mart

İrandan təxliyə davam edir - Daha 24 Çin vətəndaşı Azərbaycana keçib

15:14
06 Mart

Nazir müavini: Avropa İttifaqı ilə əməkdaşlığın daha da gücləndirilməsi üçün böyük potensial var  

15:13
06 Mart

Azərbaycan Kuboku: Mövsümdə ilk, tarixdə 35-ci

15:12
06 Mart

Mixay Popşoi Azərbaycan şirkətlərini Moldovaya investisiya qoymağa çağırıb

15:11
06 Mart

Azərbaycanın Tehrandakı səfirliyinin və Təbrizdəki baş konsulluğunun evakuasiyası barədə göstəriş verilib 

15:10
06 Mart

Mixay Popşoi: Naxçıvan Muxtar Respublikasına dron hücumlarını qəti şəkildə pisləyirik

15:10
06 Mart

Azərbaycanın Baş naziri ilə Türkiyənin Vitse-prezidenti arasında telefon danışığı olub

15:09
06 Mart

Ceyhun Bayramov: İran tərəfi məsələnin araşdırılmasına vəd verib 

15:09
06 Mart

Ceyhun Bayramov: Azərbaycanda moldovalı tələbələrin təhsili əməkdaşlığın vacib istiqamətidir 

15:08
06 Mart

Nazir: İstehsal olunan yaşıl enerjinin Avropaya çatdırılması mühüm əhəmiyyət kəsb edir

15:08
06 Mart

Moldovanın Baş nazirinin müavini Şəhidlər xiyabanını ziyarət edib  

15:07
06 Mart

Xarici işlər naziri: Moldova ilə enerji sahəsində əməkdaşlıq üçün böyük potensial mövcuddur 

15:06
06 Mart

Ceyhun Bayramov: Azərbaycanla Moldova arasında səmimi münasibətlər mövcuddur

15:06
06 Mart

Moldovanın Baş nazirinin müavini Zəfər parkını ziyarət edib

15:00
06 Mart

Bakı, Sumqayıt, Abşeron və Naxçıvanda mart ayının pensiyaları qrafikdən əvvəl ödənilib  

14:58
06 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!