18 Yanvar 2025 14:33
754
DÜNYA
A- A+
Dronları “uçan boşqab”a çevirən texnologiya icad olunub

Dronları “uçan boşqab”a çevirən texnologiya icad olunub


Çinli tədqiqatçılar elektron müharibədə istifadə edilə biləcək yeni texnologiyalar hazırlayırlar. Onlar "iPad" ölçüsündə kiçik bir reflektorun, radar ekranında stadion ölçüsündə nəhəng uçan naməlum obyekt kimi görünməsini təmin edən üsul tapıblar. Bu texnologiya radarın ekranında dronun əvəzinə nəhəng uçan boşqabın görüntüsünü yaradır.

Yeni texnologiya əks-səda yaradan radar qurğusunun istifadəsinə əsaslanır. Bu qurğu düşmənin radar ekranlarında kiçik bir pilotsuz təyyarəni nəhəng "uçan boşqab" kimi maskalamağa imkan verir.

Qeyd etmək lazımdır ki, bu cür qurğuların yaradılması ideyası 1959-cu ildə təqdim edilmiş bir patentdən irəliləyərək meydana çıxıb. Lakin uzun illər davam edən tədqiqatlardan sonra alimlər yalnız indi bu sahədə əhəmiyyətli irəliləyiş əldə edə biliblər.

Ülkər XASPOLADOVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!