20 Sentyabr 2024 08:00
1505
SİYASƏT
A- A+
DÖVLƏT SUVERENLİYİ GÜNÜNÜZ MÜBARƏK, QALİB AZƏR BAYCANIN QÜRUR LU ÖVLADLARI!

DÖVLƏT SUVERENLİYİ GÜNÜNÜZ MÜBARƏK, QALİB AZƏR BAYCANIN QÜRUR LU ÖVLADLARI!


Bu günü çox gözləmişdik!

Həsrətlə, yanğı ilə gözləmişdik!

Bəzən ümidimizin itəcəyinə qədər yaxınlaşmışdıq!

Amma nə ümid, nə də inam bizi tərk etdi!

Yaxşı bilirdik ki, erməni öz ağzı ilə hürmür!

Yaxşı bilirdik ki, onun arxasında kimlər dayanır, kimlər onu müdafiə edir, qoruyur.

Yaxşı bilirdik ki, beynəlxalq hüquq da, BMT-nin 4 qətnaməsi də, ATƏT-in Minsk qrupu da mənasız, heç bir nəticəsi olmayacaq "illüziya pərdəsi"dir.

Bilirdik ki, həqiqətdə dünya ikili standartlarla idarə olunur.

Bilirdik ki, ikili standart dünya erməniliyinə, onun puluna xidmət edir!

Bilirdik ki, özümüzdən və Tanrımızdan başqa kimsə bizə kömək etməyəcəkdir!

Bu inamla, bu istəklə Qurtuluşa sığındıq!

Bu inamla, bu istəklə Ulu Öndər Heydər Əliyevə inandıq, arxalandıq!

Bu inamla, bu istəklə İlham Əliyevə güvənərək onun ətrafında "dəmir yumruq" kimi birləşdik!

Tarixinin ən qüdrətli Azərbaycanı yarandı!

Azərbaycanın ən qüdrətli ordusu yarandı!

Xalqın görünməmiş birliyi yarandı!

Torpaqların işğaldan azad edilmə vaxtı çatdı!

Xocalı, Qaradağlı, Başlıbel, Bağanıs Ayrım və digər soyqırımlarının qisasının alınma zamanı çatdı!

Qudurmuş düşmənlə haqq-hesab çəkmə anı çatdı!

İlham Əliyev "İrəli!" əmrini verdi!

İgid əsgərlərimiz, mərd oğullarımız, Vətən uğrunda hər an şəhidliyə hazır olan balalarımız hayqıraraq düşmən üzərinə yeridilər!

"Ya Qarabağ, ya ölüm!" deyənlər Qarabağ uğrunda son savaşa başladılar!

Müzəffər Ali Baş Komandan İlham Əliyevin "Qarabağ Azərbaycandır və nida!" çağırışı əsl Zəfər marşına çevrildi!

Vətənin igid oğulları Vətəni murdar ləpirlilərdən təmizləmək üçün sonsuz qəzəb və nifrətlə düşmən üzərinə yürüdülər.

Hər biri bir aslana çevrilən Azərbaycan əsgəri görünməmiş qəhrəmanlıqlar, fədakarlıqlar, igidliklər göstərdilər!

Müqəddəs Azərbaycan torpağını 30 illik işğaldan azad etmək üçün cəmi 44 gün bəs etdi!

Müzəffər Ali Baş Komandan İlham Əliyevin qüdrətli ordusu düşməni darmadağın etdi, işğalçıları qorxaqlar və fərarilər dəstəsinə çevirdi, bir-birinin ardınca 300-dən çox yaşayış məntəqəsini azad etdi!

Bu döyüşlərin pik nöqtəsi Şuşanın yalın əllə, görünməmiş şücaətlə alınması oldu!

Düşmən Baş Sərkərdəmizin ayaqlarına düşərək yalvarmağa, aman diləməyə başladı!

10 noyabr 2020-ci ildə Müzəffər Ali Baş Komandan İlham Əliyevin bütün şərtlərini əks etdirən üçtərəfli Bəyanat imzalanaraq torpaqlarımız yağı düşməndən azad edildi!

Lakin ermənilər yenə də ikiüzlülüklərindən əl çəkmədilər.

Onlara verilən boş vədlərə inanaraq qisas niyyətinə düşdülər.

Laçın dəhlizini xəyanət yoluna, separatizmi qidalandıran qan damarına çevirdilər.

"Dəmir yumruq" ikinci dəfə işə düşdü!

23 aprel 2023-cü ildə Laçın yolunda, Həkəri körpüsü üzərində sərhəd nəzarət-buraxılış məntəqəsi yaradılaraq Azərbaycanın ərazi bütövlüyü bərpa edildi!

Ermənistan yenə məkrli niyyətindən əl çəkmədi.

"Dəmir yumruğ"un üçüncü zərbəsi 19-20 sentyabrda şimşək kimi çaxdı!

Cəmi 23 saat ərzində Azərbaycanın dövlət suverenliyi və Konstitusiya əsasları da bərpa olundu!

Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycanı qalib xalqa, qalib dövlətə çevirdi!

Müzəffər Ali Baş Komandan İlham Əliyev erməni separatizminə birdəfəlik və əbədi olaraq son qoydu!

Müzəffər Ali Baş Komandan İlham Əliyev "Qarabağ problemi"ni tarixin arxivinə göndərdi!

Dünən cənab İlham Əliyev Azərbaycan Respublikasının bütün ərazisində qanunun aliliyinin təmin olunduğunu və Azərbaycan Respublikasının dövlət suverenliyinin bərpa edildiyini nəzərə alaraq 20 sentyabrın Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd olunması barədə Sərəncam imzaladı!

Eşq olsun Müzəffər Ali Baş Komandanımıza!

Suverenlik Günün mübarək, Şanlı Azərbaycanım!

Gözün aydın, qalib xalqım!

Qarabağ Azərbaycandır!



Bəxtiyar SADIQOV

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

17:34
19 Dekabr

Putin: Biz də gələn il sülh içində yaşamaq istərdik  

17:33
19 Dekabr

Energetika naziri Pərviz Şahbazov Zərdabda vətəndaşların müraciətlərini dinləyib  

17:31
19 Dekabr

Azərbaycan yanacağını daşıyan qatar Ermənistana çatıb  

17:28
19 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası yekunlaşıb  

17:25
19 Dekabr

Baş nazir Əli Əsədov BMMT-nin Baş katibi ilə görüşüb  

17:23
19 Dekabr

Vladimir Putin: Prezident Tramp Ukrayna münaqişəsinə son qoymaq üçün ciddi səylər göstərir  

16:46
19 Dekabr

“Qərbi Azərbaycan folkloru” seriyasından növbəti kitab çapdan çıxıb

16:45
19 Dekabr

Kürdəmirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan təsərrüfatlara baxış olub

16:44
19 Dekabr

Azərbaycanla İraq arasında dini-mənəvi əlaqələrin inkişafı istiqamətində müzakirələr aparılıb  

16:42
19 Dekabr

Vladimir Putin Aİ-də Rusiya aktivlərinin ələ keçirilməsi cəhdlərini soyğunçuluq adlandırıb  

16:41
19 Dekabr

“Euronews” kanalı Şuşa ilə bağlı reportaj təqdim edib  

16:40
19 Dekabr

QMİ sədri G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti ilə görüşüb  

16:37
19 Dekabr

Vladimir Putin iqtisadi artımın yavaşlamasını düşünülmüş addım adlandırıb  

16:35
19 Dekabr

Misli Premyer Liqası: Qərb derbisini “Turan Tovuz” qazanıb

16:35
19 Dekabr

Əmək və əhalinin sosial müdafiəsi naziri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyib

16:34
19 Dekabr

BMT ilə DİM-lərin lokallaşdırılması istiqamətində fəaliyyətlərin davam etdirilməsi müzakirə olunub  

16:33
19 Dekabr

Anar Eyvazov: Dezinformasiyaların qarşısının alınması məqsədilə operativ informasiya fəaliyyəti yüksək peşəkarlıqla təmin olunub  

16:30
19 Dekabr

Azərbaycan və Türkiyənin ali təhsil müəssisələri arasında əməkdaşlıq imkanları müzakirə edilib  

16:29
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!