01 İyul 2024 15:16
652
CƏMİYYƏT
A- A+
Dövlət Su Ehtiyatları Agentliyi son günlər baş verən sel və daşqınlara qarşı mühafizə tədbirlərini artırıb

Dövlət Su Ehtiyatları Agentliyi son günlər baş verən sel və daşqınlara qarşı mühafizə tədbirlərini artırıb

 

Ölkə ərazisində sel və daşqın təhlükəli 60-dan çox çay mövcuddur. Sel və daşqınlar əsasən yaz-yay aylarına təsadüf edir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin statistik məlumatlarına əsasən, son 5 ildə ekstrimal hidrometeoroloji hadisələrin (sel, külək, dolu, yağışların və s.) sayında kəskin artım müşahidə olunur. Belə ki, 2019-cu ildə il ərzində 5, 2020-də 35, 2021-də 41, 2022-də 50, 2023-cü ildə isə 147 sel və daşqın olub. Bu il sadəcə aprel-iyun aylarında 59 dəfə sel və daşqın müşahidə edilib.

Hər il olduğu kimi, bu ildə də çaylarda baş verə biləcək sel və daşqınların yaratdığı ziyanların minimuma endirilməsi üçün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən mühüm tədbirlər görülür.

Dövlət Su Ehtiyatları Agentliyindən AZƏRTAC-a verilən məlumata görə, bu il intensiv yağışlar səbəbindən artan sel suları küçələri, həyətyanı sahələri, ictimai iaşə obyektlərini daş, çınqıl və lil ilə örtərək, küçələri keçilməz edib, təsərrüfatlara ziyan dəyib. Qısa müddət ərzində Agentliyin yerli istismar idarələri tərəfindən texnikalar cəlb olunaraq kanalların təmizlənməsi, həyətyanı sahələrdən suların çəkilməsi, yolların hamarlanması işləri aparılır, fəsadlar aradan qaldırılır.

İyunun 26-27-də Astara rayonunun Siyəkü kənd inzibati ərazi dairəsində kənd məktəbinin qarşısında avtomobil yolunun sel sularına məruz qalması nəticəsində yolun hərəkət hissəsində çətinliklər yaranıb. Yaranan çətinliklərin aradan qaldırılması üçün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin yerli istismar idarəsi tərəfindən maşın-mexanizmlərlə yolun hərəkət hissəsi bərpa olunaraq sakinlərin istifadəsinə verilib. Eyni zamanda, həmin ərazidə sel sularına məruz qalan 1 ədəd piyada körpüsü də bərpa olunaraq istifadəyə verilib. Hazırda Pensər çayında məcra təmizləmə işləri davam etdirilir. Kürdəmir rayonunun ərazisində Girdimançay çayında su sərfinin artması nəticəsində rayonun Pirili-Ərşəli kəndləri ərazisindən keçən hissədə fəsadlar yaranıb. Selin qarşısının alınması məqsədilə Agentliyin yerli istismar idarəsi tərəfindən əraziyə texnikalar cəlb olunaraq, sel sularının istiqaməti dəyişdirilərək suyun kollektora axması təmin olunub və suyun kənd ərazisinə daxil olmasının qarşısı alınıb.

Kür-Araz çaylarında yerli istismar idarəsi tərəfindən də maşın və mexanizmlər cəlb olunaraq, çayların bəndlərinin bərpası mütəmadi olaraq aparılır. Eyni zamanda, Sığırlı və Karrar kəndləri ərazisində yağış suları nəticəsində su basan həyətyanı sahələrdə fəsadların aradan qaldırılması üçün işlər davam etdirilir.

May-iyun aylarında İsmayıllı rayonuna yağan güclü yağış və dağ-dərələrdən gələn sel suları da bir sıra fəsadlar yaradıb. Rayon ərazisindən keçən Cülyançay, Girdimançay, Talıstançay, Göyçay, Sirsaqçay, Ax-Ox çay çaylarından güclü sel keçib. Sel suları torpaq mühafizə bəndlərini yuyaraq yararsız hala salıb. Lahıc qəsəbəsində, Qurbanəfəndi və Topçu kəndlərində dağlardan gələn güclü sel suları həyətyanı sahələrə, evlərə və təsərrüfatlara ciddi ziyan vurub. Talıstançay və Cülyançay çaylarının yatağı iri daşlar va ağac kötükləri ilə dolub, yollar dağılıb, əhalinin gediş-gəlişinə çətinliklər yaranıb. Agentliyin yerli istismar idarəsi tərəfindən sel suları nəticəsində əkin və həyətyanı sahələrdə baş verən fəsadlar aradan qaldırılıb. Eyni zamanda, Göyçay, Türyançay, Talıstançay və Ax-Ox çaylarında sel suları nəticəsində dağılan torpaq bəndlərin bərpası istiqamətində işlər davam etdirilir.

Qax rayonunun İbaxlı kəndinin sel sularından mühafizəsi üçün də tədbirlər görülüb. Bundan başqa, Əlibəyli və Ləkit kəndlərinin mühafizəsi üçün əraziyə texnika cəlb olunaraq, çaylarda sel sularından mühafizə tədbirləri həyata keçirilib.

Zaqatala rayonunun Muxaxçay, Talaçay, Qaraçay və Silbançay çaylarında sel sularından mühafizə olunmaq üçün texnikalarla çaylarda məcra təmizləmə işləri həyata keçirilib.

Hacıqabul rayonu ərazisində Pirsaatçay çayından suyun artması nəticəsində Rəncbər və Qubalıbaloğlan kəndlərinə gedən avtomobil yolu subasmaya məruz qalıb. Əraziyə texnikalar cəlb olunaraq fəsadlar aradan qaldırılır. Ələt qəsəbəsində yeni tikiləcək aeroportun ərazisinə suyun daxil olmasının qarşısının alınması üçün Pirsaatçaydan gələn suyun kollektora ötürülməsi təmin edilib.

Kür çayının bəndlərində və ona sol tərəfdən qoşulan Türyançay, Göyçay, Qaraçay və Girdmançay çaylarında Agentliyin yerli istismar idarəsi tərəfindən bəndlərin hündürləşdirilməsi və möhkəmləndirilməsi üçün müvafiq qabaqlayıcı tədbirlər görülüb və hazırda bu istiqamətdə işlər davam etdirilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bu gecə Bakı və və Abşeron yarımadasının bəzi yerlərində yağış yağacaq - XƏBƏRDARLIQ

17:35
21 May

Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının 2026-cı ilin iyun ayında vətəndaşların qəbulu CƏDVƏLİ

17:32
21 May

WUF13: “Böhrandan sonra mənzil bərpa və yenidənqurma işlərinin mərkəzindədir” mövzusunda PANEL  

17:31
21 May

Bakı-Tbilisi marşrutunda bütün siniflər üzrə minimal tariflər açıqlanıb  

17:26
21 May

Nazir: “Yaşanıla bilən Bakı” layihəsi şəhərdə ekoloji mühitin yaxşılaşdırılması baxımından strateji əhəmiyyətə malikdir  

17:21
21 May

“AzerGold” sədri ilə Esvatini Kralı arasında görüş baş tutub

17:19
21 May

Qırğız Respublikasının Prezidenti Sadır Japarovdan  

17:15
21 May

Ukrayna səfiri Azərbaycana göstərilən dəstəyə görə təşəkkür edib

17:13
21 May

Azərbaycan və Tacikistan arasında parlamentlərarası əməkdaşlıq güclənir

17:10
21 May

İspaniyalı ekspert: Urbanizasiyaya sürətli keçid lokal təşəbbüsləri aktual edir

17:07
21 May

BMT rəsmisi: WUF13 ölkələrin bir-birinə dəstəyi baxımından mühüm əhəmiyyət daşıyır

16:57
21 May

UNITAR "ASAN xidmət"lə əməkdaşlığı genişləndirir

16:54
21 May

MDB Parlamentlərarası Assambleya Şurasının Baş katibi Dmitri Kobitskidən və Baş katibin müavini Aydın Cəfərovdan

16:52
21 May

Alissa Bankovska: Evlərin təhlükəsiz şəkildə tikilməsi gələcəkdə yarana biləcək risklər baxımından vacibdir  

16:52
21 May

Azərbaycan nümayəndə heyətinin iştirak etdiyi “EFES – 2026” təlimində “Yüksək Səviyyəli Müşahidəçi Günü” keçirilib  

16:50
21 May

Türk Dövlətləri Parlament Assambleyasının Baş katibi Ramil Həsəndən

16:49
21 May

Avstraliya İttifaqının General-Qubernatoru Samanta Mostindən

16:48
21 May

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifdən  

16:47
21 May

Ombudsman Aparatı ilə AHİK arasında əməkdaşlıq memorandumu imzalanıb

16:46
21 May

Beynəlxalq Miqrasiya Təşkilatının Baş direktorunun müavini Böyük Qayıdış Proqramını yüksək qiymətləndirib  

16:45
21 May

Trinidad və Tobaqo Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı Kristin Karla Kanqaludan

16:45
21 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!