28 Oktyabr 2022 22:13
595
PARLAMENT
A- A+
“Dövlət-özəl tərəfdaşlığı haqqında” qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasa tövsiyə edilib  

“Dövlət-özəl tərəfdaşlığı haqqında” qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasa tövsiyə edilib  

 

Oktyabrın 28-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclası açan komitənin sədri Tahir Mirkişili gündəliyə 4 məsələnin daxil edildiyini bildirib. Komitə sədri əvvəlcə “Dövlət-özəl tərəfdaşlığı haqqında” qanun layihəsini (birinci oxunuş) müzakirəyə təqdim edib, sənədin əhəmiyyətindən və onun hazırlanmasını zəruri edən amillərdən danışıb. O qeyd edib ki, dövlət-özəl tərəfdaşlığı prinsiplərinin və mexanizmlərinin qanunvericiliyə daxil edilməsi qarşıda duran bir çox məsələlərin həlli, eyni zamanda, iqtisadi fəallığın artması üçün yeni imkanlar yaradır. T.Mirkişili iqtisadi artımın qabaqcıl və effektiv özəl təşəbbüslərə, dövlət-özəl əməkdaşlığa əsaslanması baxışının artıq bir çox dövlət sənədlərində öz əksini tapmasını qeyd edib. Xüsusilə Prezident İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda və “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də özəl sektorda aktivliyin daha da canlandırılması, işgüzar mühitin əhəmiyyətli dərəcədə yaxşılaşdırılması, qeyri-neft sektorunun maliyyələşməsində özəl sektorun payının artırılması hədəfləri müəyyən olunub.

Komitə sədri son 10 ildə bu istiqamətdə Azərbaycanda əldə olunan nəticələrə və iqtisadi nailiyyətlərə nəzər salıb. Qeyd edib ki, Azərbaycan infrastrukturun inkişafına, bir çox iqtisadi göstəricilərinə görə regionun lider dövlətidir. Ölkədə şəffaflığın, dövlətlə sahibkar arasında etimad mühitinin artması özəl sektorla əməkdaşlığın yeni mərhələyə yüksəlməsi üçün zəmin yaradıb. T.Mirkişili bu məsələlərin “Dövlət-özəl tərəfdaşlığı haqqında” qanun layihəsində də təsbit olunduğunu vurğulayaraq sənədi müasir hökumət inzibatçılığının mühüm nümunələrindən biri kimi xarakterizə edib və dövlət-özəl tərəfdaşlığı ilə bağlı fikirlərini bildirib. Sonra komitə sədri sənədin təqdimatı üçün sözü iqtisadiyyat naziri Mikayıl Cabbarova verib.

Mikayıl Cabbarov sənədin hazırlanmasını zəruri edən şərtlərdən, bu zaman istifadə olunan beynəlxalq təcrübədən, yanaşma metodlarından danışıb. Qanunun məqsədləri və hədəflərini açıqlayan nazir onun strukturundan bəhs edib və layihənin əsas istiqamətləri barədə ətraflı məlumat verib.

Nazir qanun layihəsinin investisiya qoyuluşlarının, qeyri-neft sektorunda fəallığın, dövlət-özəl tərəfdaşlığında səmərəliliyin artmasına göstərəcəyi təsirləri qeyd edib. Qanun layihəsinin beynəlxalq maliyyə institutlarının tövsiyələrinə və beynəlxalq universal qaydalara uyğun hazırlandığını və bu sahədə inklüzivliyin təmin olunduğunu vurğulayan nazir sənədin maliyyə tutumlu vacib infrastruktur, xüsusən də Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası layihələrinə investorların, eyni zamanda, xarici sərmayələrin cəlb edilməsi potensialına toxunub.

Mikayıl Cabbarov qanun layihəsində təsbit olunan dövlət-özəl tərəfdaşlığının tənzimlənməsi, dövlət-özəl tərəfdaşlığı layihələrinin seçilməsi qaydası, özəl tərəfdaşlara və kreditorlara verilən dövlət təminatları, dövlət-özəl tərəfdaşlığı layihələrinin icrasının monitorinqi və hesabatlılığı məsələləri haqqında ətraflı arayış verib. Nazir layihəyə əsasən, səlahiyyətli orqanın dövlət-özəl tərəfdaşlığı layihələri haqqında elektron məlumat bazasını yaradacağını bildirib.

Qanun layihəsinin müzakirələrində İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili, komitənin sədr müavini Əli Məsimli, komitənin üzvləri Vahid Əhmədov, Ziyad Səmədzadə, Mahir Abbaszadə, Vüqar Bayramov, Elnur Allahverdiyev, Məzahir Əfəndiyev, Rüfət Quliyev çıxış ediblər, layihə ilə bağlı fikirlərini bildiriblər, suallarını və təkliflərini səsləndiriblər.

Nazir Mikayıl Cabbarov deputatların qaldırdıqları məsələlər aydınlıq gətirib, suallarını cavablandırıb, təkliflərinə münasibətini bildirib.

Müzakirələrin sonunda qanun layihəsi birinci oxunuşda baxılması üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Sonra gündəliyin növbəti məsələləri nəzərdən keçirilib.

“Valyuta tənzimi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) müzakirəyə təqdim edərkən Tahir Mirkişili bildirib ki, sənəd valyuta əməliyyatları üzrə nəzarətinin effektivliyinin artırılması məqsədilə hazırlanıb və valyuta əməliyyatları ilə bağlı vahid məlumat bazasının formalaşdırılmasının və həmin bazadan istifadənin hüquqi əsaslarını müəyyən edir.

Gündəliyin üçüncü məsələsi olan “Banklar haqqında”, “Poçt haqqında”, “Fərdi məlumatlar haqqında” qanunlarda və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı diqqətə çatdırılıb ki, layihənin məqsədi “Valyuta tənzimi haqında” Qanuna uyğun olaraq valyuta əməliyyatları barədə vahid informasiya sisteminin yaradılması və valyuta əməliyyatları barədə məlumatların vahid informasiya sisteminə təqdim edilməsi qaydalarının pozulması məsələlərini tənzimləyir.

Gündəliyin sonuncu məsələsi olan “Gömrük tarifi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) isə işğaldan azad edilmiş ərazilərin rezidentləri tərəfindən istehsal fəaliyyəti sahələri üzrə xammal və materialların idxalının 2023-cü il yanvarın 1-dən 10 il müddətinə gömrük rüsumlarından azad edilməsini nəzərdə tutub.

Komitə bu qanun layihələrini də nəzərdən keçirərək baxılması üçün Milli Məclisin plenar iclasına tövsiyə edib.

İclasda iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev, Azərbaycan Respublikası Sahibkarlar Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov, deputatlar Aydın Hüseynov, İqbal Məmmədov, Ağalar Vəliyev, Anar Məmmədov, Məşhur Məmmədov və digər rəsmi şəxslər iştirak ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

17:34
19 Dekabr

Putin: Biz də gələn il sülh içində yaşamaq istərdik  

17:33
19 Dekabr

Energetika naziri Pərviz Şahbazov Zərdabda vətəndaşların müraciətlərini dinləyib  

17:31
19 Dekabr

Azərbaycan yanacağını daşıyan qatar Ermənistana çatıb  

17:28
19 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası yekunlaşıb  

17:25
19 Dekabr

Baş nazir Əli Əsədov BMMT-nin Baş katibi ilə görüşüb  

17:23
19 Dekabr

Vladimir Putin: Prezident Tramp Ukrayna münaqişəsinə son qoymaq üçün ciddi səylər göstərir  

16:46
19 Dekabr

“Qərbi Azərbaycan folkloru” seriyasından növbəti kitab çapdan çıxıb

16:45
19 Dekabr

Kürdəmirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan təsərrüfatlara baxış olub

16:44
19 Dekabr

Azərbaycanla İraq arasında dini-mənəvi əlaqələrin inkişafı istiqamətində müzakirələr aparılıb  

16:42
19 Dekabr

Vladimir Putin Aİ-də Rusiya aktivlərinin ələ keçirilməsi cəhdlərini soyğunçuluq adlandırıb  

16:41
19 Dekabr

“Euronews” kanalı Şuşa ilə bağlı reportaj təqdim edib  

16:40
19 Dekabr

QMİ sədri G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti ilə görüşüb  

16:37
19 Dekabr

Vladimir Putin iqtisadi artımın yavaşlamasını düşünülmüş addım adlandırıb  

16:35
19 Dekabr

Misli Premyer Liqası: Qərb derbisini “Turan Tovuz” qazanıb

16:35
19 Dekabr

Əmək və əhalinin sosial müdafiəsi naziri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyib

16:34
19 Dekabr

BMT ilə DİM-lərin lokallaşdırılması istiqamətində fəaliyyətlərin davam etdirilməsi müzakirə olunub  

16:33
19 Dekabr

Anar Eyvazov: Dezinformasiyaların qarşısının alınması məqsədilə operativ informasiya fəaliyyəti yüksək peşəkarlıqla təmin olunub  

16:30
19 Dekabr

Azərbaycan və Türkiyənin ali təhsil müəssisələri arasında əməkdaşlıq imkanları müzakirə edilib  

16:29
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!