10 Aprel 2026 08:45
941
İQTİSADİYYAT
A- A+
Dövlət idarəçiliyində süni intellektin tətbiqi: üstünlüklər və strateji baxış

Dövlət idarəçiliyində süni intellektin tətbiqi: üstünlüklər və strateji baxış


Bu il fevralın 11-də Prezident İlham Əliyevin sədrliyi ilə "Azərbaycanın yeni rəqəmsal arxitekturası" üzrə vahid fəaliyyət planı ilə bağlı keçirilən müşavirədə ölkə başçısı dövlət idarəçiliyində və cəmiyyət həyatında rəqəmsallaşma və süni intellektin tətbiqi və respublikada data mərkəzlərinin yaradılması üzrə müqayisəli üstünlükləri, strateji hədəfləri və islahat ehtiyaclarını dəqiq ifadə etmiş, rəqəmsallaşma, süni intellekt və data mərkəzlərinin yaradılması prioritetlərini ölkənin uzunmüddətli və davamlı iqtisadi inkişafı ilə əlaqələndirmişdir. 

Bu gün ənənəvi neft-qaz layihələri regional bağlantılar üçün bir örnək və xarici investorlarla əməkdaşlıq təcrübəsi kimi önə çıxır. Eyni zamanda müasir telekommunikasiya, data mərkəzləri və internet infrastrukturu üçün vacib olan fiber optik kabellərin çəkilişi ilə bağlı Azərbycanın regional təşəbbüslərdə fəal iştirakı təmin olunur. Rəqəmsallaşma, süni intellekt və data mərkəzləri üçün ehtiyac duyulan enerji gücünün ənənəvi və bərpaolunan enerji mənbələri hesabına təmin edilməsi ölkəmizin daha bir müqayisəli üstünlüyüdür. Bu məqamda qeyd edək ki, Prezident İlham Əliyevin strateji baxışı əsasında Azərbaycanın süni intellekt və rəqəmsallaşma sahəsində ABŞ, Çin və Avropa İttifaqı ölkələri üzrə fərqli şirkətlərlə eyni vaxtda əməkdaşlıq etmək istəyi və iradəsi diversifikasiya strategiyası baxımından olduqca önəmlidir.

Dövlətimizin başçısı süni intellekt və rəqəmsallaşma sahəsində Azərbaycanın strateji üstünlüklərini qeyd etdikdən sonra bunların dövlət idarəçiliyində və sosial həyatda tətbiqi ilə bağlı konkret tövsiyələr və strateji baxış irəli sürmüş, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə digər dövlət qurumları arasında koordinasiya məsələsinin önəmini xüsusi qeyd etmişdir. 

Süni intellekt əsaslı həllərin dövlət qurumları və özəl şirkətlərdə tətbiqi məsələsinin rəqəmsal transformasiya, innovativ ekosistemin qurulması və kibertəhlükəsizliklə əlaqəli bir şəkildə təqdim edilməsi Azərbaycan dövlətinin bu sahədəki strateji vizyonunun beynəlxalq təcrübəyə uyğun qurulduğunu deməyə əsas verir. İnnovasiya ekosistemi süni intellekt həlləri və rəqəmsallaşma əsasında iqtisadi aktorların əlavə dəyər yaratmasının beynəlxalq təcrübəyə tam uyğun olaraq ilkin şərtlərindən biri kimi qarşımıza çıxır. 

Dövlət idarəçiliyini təkmilləşdirmək üçün süni intellekti tətbiq etmək istiqamətində beynəlxalq təcrübədə və bu sahədə mövcud olan mütərəqqi ədəbiyyatda 3 səviyyəli analitik çərçivə təklif edilir: 

a) Süni intellektin bütövlükdə dövlət idarəetmə sisteminə və tənzimləyici çərçivələrə təsirinə fokuslanan makro səviyyə;

b) Süni intellektin dövlət xidmətlərinin təşkili modellərinə və həmçinin dövlətin təşkilati strukturlarına təsirinə fokuslanan mezo səviyyə;

c) Süni intellektin dövlət qulluqçularına və vətəndaşlara, yəni birbaşa insan faktoruna təsirinə fokuslanan mikro səviyyə.

Azərbaycanın dövlət idarəçiliyində süni intellektin tətbiqi ilə bağlı strateji hədəflərə və strateji planlara baxdıqda hər 3 səviyyədə bir-biri ilə sinxron fəaliyyətlərin həyata keçirildiyini müşahidə edirik. Dövlət idarəçiliyində süni intellektin tətbiqinin makro səviyyəsi süni intellekti əhatə edən idarəetmə rejimləri, yeni institusional strategiyalar və tənzimləyici çərçivələrin dizaynını əhatə edir. Süni intellektin dövlət idarəçilyi sistemi üzrə kompleks tətbiqi və təsiri ilə bağlı makro səviyyədə mövcud tənzimləyici normaların təkmilləşdirilməsi, yeni tənzimləyici normaların yaradılması və strategiyaların həyata keçirilməsi öncəliklərdən biridir.

Makro səviyyədə atılan ən strateji addımlardan biri  də Prezidentin 2025-ci il 19 mart tarixli sərəncamı ilə təsdiq edilən "Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün süni intellekt Strategiyası"dır. Bu sənəd sözügedən sahədə dövlətin strateji baxışını ortaya qoymuşdur. Strategiyanın əsas məqsədlərindən biri "dəqiq qərar qəbulu ilə səmərəliliyi və şəffaflığı artırmaq, vətəndaşlara daha keyfiyyətli xidmətlər göstərmək və daxili idarəetmə proseslərini optimallaşdırmaq üçün süni intellektin dövlət idarəetməsində tətbiq edilməsi"dir (5.1.3.-cü maddə). Burada Azərbaycan dövlətinin strateji baxışı süni intellektin dövlət idarəetməsində tətbiqi vasitəsilə qərar qəbuletmə prosesinin, vətəndaşlara birbaşa göstərilən xidmətlərin və dövlət qurumlarının daxilindəki proseslərin təkmilləşməsidir. Prezident İlham Əliyevin 27 fevral 2026-cı il tarixli "Azərbaycan Respublikasında rəqəmsallaşma, elektron hökumət, süni intellekt və innovasiya sahələrində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" fərmanı ilə Rəqəmsal İnkişaf Şurasının yaradılması və Birinci vitse-prezident Mehriban Əliyevanın şuraya sədr təyin edilməsi bu sahəyə verilən önəmin və dövlət iradəsinin nümayişidir. Rəqəmsal İnkişaf Şurası süni intellekt və digər əlaqəli sahələrdə koordinasiya, nəzarət, normativ bazanın təkmilləşməsi və strateji məqsədlərə uyğunluq kimi funksiyaları həyata keçirəcəkdir.

Dövlət başçısının "Azərbaycanın yeni rəqəmsal arxitekturası" ilə bağlı müşavirədə qeyd etdiyi kimi, dövlət qurumlarında rəqəmsallaşma, süni intellekt, kibertəhlükəsizlik üzrə bir müavinin ayrılması və bununla bağlı yeni ştat vahidinin yaradılması təklifi süni intellektin dövlət idarəçiliyində təşkilati strukturlara təsirinin və ya mezo çərçivənin bir örnəyidir. Azərbaycan Respublikasının Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "ASAN xidmət" mərkəzlərində süni intellektin tətbiqi ilə göstərilən xidmətlərin təkmilləşdirilməsi süni intellektin dövlət xidmətlərinin təşkili modellərinə təsirinə müsbət bir örnəkdir. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "İnnovasiyalar Mərkəzi" tərəfindən 2 dekabr 2025-ci il tarixdə təqdim edilən ASAN Süni İntellekt Mərkəzi (ASAN AI Hub) dövlət qurumlarının süni intellekt əsaslı həllərin adaptasiyası üzrə çevikliyinə daha bir nümunədir. Burada əsas məqsədlər süni intellekt sahəsində fərqli aktorları (tədqiqatçılar, dövlət qurumları, özəl sektor və fərdi istifadəçilər kimi) inteqrasiya edilmiş rəqəmsal platformada birləşdirmək, texnoloji problemlərin və təşkilatların qarşılaşdıqları çağırışların süni intellekt əsaslı həllini təmin etmək və ölkədə innovasiyaları dəstəkləməkdir. Bütün bu fəaliyyətlərin son benefisiarları isə təbii ki, inklüziv əsaslarla ölkənin bütün vətəndaşları olacaqdır. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)  şirkətlərindən olan Milli Süni İntellekt Mərkəzi (MSİM) ölkəmizdə süni intellekt sahəsində tədqiqat və inkişafı təşviq edir. Mərkəz süni intellekt texnologiyalarının tətbiqi ilə rəqəmsal transformasiyanı sürətləndirməyi hədəfləyir. 

Dövlət idarəçiliyində süni intellekt tətbiqi çərçivəsinin mikro səviyyəsi dövlət qurumlarında çalışan və onlarla qarşılıqlı əlaqədə olan vətəndaşların fərdi davranışlarına təsiri ilə bağlıdır. Azərbaycan dövləti dövlət məmurlarının gündəlik fəaliyyətində daha optimal qərarların qəbulu üçün süni intellektin tətbiqini strateji hədəf olaraq müəyyən etmişdir. Eyni zamanda süni intellektin vətəndaşlar və dövlət qulluqçularına təsiri ilə bağlı mütəmadi olaraq tədqiqatlar aparılır, təsirlərlə yanaşı, yeni bilik və bacarıq ehtiyacları müəyyən edilir, mütəmadi təlimlərlə bu biliklərin və bacarıqların transferi həyata keçirilir. Nümunə olaraq Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "İnnovasiyalar Mərkəzi"nin ASAN AI Hub platforması tərəfindən dövlət qurumlarında çalışan mütəxəssislər üçün təşkil edilmiş süni intellekt üzrə ixtisaslaşmış təlimləri göstərmək mümkündür. Bu cür təlimlərdə süni intellektin dövlət qurumlarına təsirinin müxtəlif aspektləri əhatə olunmuşdur. Onu da qeyd edək ki, süni intellektin dövlət idarəçiliyinə tətbiqi üzrə ixtisaslı kadr hazırlığının həyata keçirilməsi üçün Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası da potensialından və infrastrukturundan istifadə etməklə bu proseslərə töhfəsini verməyə çalışır.

Makro, mezo və mikro səviyyələrdə sadaladığımız istiqamətlərdə süni intellektin tətbiqi üzrə həyata keçirilən önəmli fəaliyyətlərlə yanaşı, önümüzdəki illərdə də strateji xarakterli fəaliyyətlər həyata keçiriləcək. Bunun üçün lazım olan siyasi iradə, strateji baxış və maddi resurslardan istifadə nümunələri Azərbaycan dövləti tərəfindən nümayiş olunmuşdur. Prezident İlham Əliyevin 27 fevral 2026-cı il tarixli sərəncamı ilə təsdiq edilən "Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planı" önümüzdəki illər üçün dövlətin öz milli və yerli imkanları ilə süni intellekt modelləri yaratmaq və idarə etmək qabiliyyətini əhatə edən "suveren süni intellekt" konsepsiyasının və dövlət qurumları üçün "süni intellekt indeksi"nin önəmini vurğulayır. Bütün bu strateji trendlər və strateji hədəflər son nəticədə süni intellektin dövlət idarəçilik fəlsəfəsinə və dövlətin təməl funksiyalarına təsirləri üçün empirik tədqiqatların önəmini artıracaqdır. İnsan kapitalının və sosial kapitalın bu yeni dönəmə hazırlanmasına töhfə vermək üçün isə ali təhsil müəssisələri prosesə öz təklifləri ilə daha fəal qoşulmalıdırlar.


Elnur ƏLİYEV,

siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Müdafiə naziri Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

18:51
28 May

İsrailin Livanın cənubuna endirdiyi zərbələr nəticəsində 9 nəfər həlak olub

18:43
28 May

Belarus Milli Kitabxanası Azərbaycan bayrağı rənglərinə bürünüb

18:41
28 May

Küveyt raket və PUA hücumuna məruz qalıb

17:37
28 May

Prezident İlham Əliyev Şuşanın Böyük Qaladərəsi kəndində görülən işlərlə tanış olub, sakinlərlə görüşüb YENİLƏNİB

17:27
28 May

Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər tağının önünə gül dəstələri düzüb

17:04
28 May

Xocalı şəhərində “Qarabağ Tekstil Evi” MMC istifadəyə verilib

17:01
28 May

Xankəndidə iş əlcəkləri istehsalı müəssisəsinin açılışı olub YENİLƏNİB

16:54
28 May

Bakıda və Abşeron yarımadasında arabir yağış yağacaq- Xəbərdarlıq

16:34
28 May

Prezident İlham Əliyev Xocalıda hərbi qulluqçular üçün nəzərdə tutulan fərdi evlərdə yaradılmış şəraitlə tanış olub YENİLƏNİB

15:57
28 May

İordaniyanın Kralı II Abdullah ibn Al Hüseyndən

15:51
28 May

Rusiya Ermənistandan tərəvəz və giləmeyvə idxalını məhdudlaşdırır

15:32
28 May

Prezident İlham Əliyev: Bu gün biz rahat yaşayırıq, qalib xalq kimi və qalib dövlət kimi

15:24
28 May

Azərbaycan Prezidenti: Müstəqillik Günü hər birimiz üçün çox əzizdir

15:23
28 May

Prezident: Bu gün Azərbaycan ərazisində hər qarış torpaq bizim nəzarətimizdədir

15:21
28 May

Prezident İlham Əliyev: Müstəqillik böyük nemətdir, böyük nailiyyətdir

15:19
28 May

Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrinidən

14:59
28 May

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

14:19
28 May

Cümhuriyyətin istiqlal idealları müasir və qüdrətli Azərbaycanda uğurla yaşadılır

13:53
28 May

Prezident İlham Əliyev Xankəndidə əsaslı şəkildə yenidən qurulmuş Mədəniyyət Mərkəzinin açılışında iştirak edib

13:27
28 May

Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmuddan

13:24
28 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!