Dövlət İdarəçilik Akademiyasının dərsliyi "Amazon"da yayımlanır
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "İnklüziv inkişafın idarə edilməsinin əsasları" adlı ali məktəblər üçün dərsliyi beynəlxalq elektron ticarət platforması olan "Amazon" saytında yayımlanır.
Müəllifi akademik U.Ələkbərov olan dərslik eyni zamanda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2021-ci il 2 fevral tarixli sərəncamı ilə təsdiqlənmiş "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" sırasında yer alan davamlı inklüziv cəmiyyətin qurulması və idarə edilməsi sahəsində bilik və bacarıqların formalaşdırılmasına və daim təkmilləşdirilməsinə həsr olunub.
Azərbaycan, rus və ingilis dillərində çap edilən əsər dünyada inklüziv inkişafın idarə edilməsi sahəsində ilk dərslikdir. Dərsliyin yaranmasının əsasında Azərbaycan Respublikasında inklüziv cəmiyyətin inkişafı sahəsində qazanılan nailiyyətlər və ölkənin mövcud iqtisadi potensialından ən yüksək istifadə səmərəliliyini təmin edən uğurlu örnək dayanır. Dövlətin inkişafı üçün Prezident İlham Əliyev tərəfindən işlənmiş və tətbiq olunan yeni idarəetmə texnologiyaları, bu texnologiyaların tətbiqində əhəmiyyətli rol oynayan Birinci vitse-prezident institutunun formalaşdırılması və şəxsən Mehriban xanım Əliyevanın səmərəli fəaliyyəti də daxil olmaqla reallaşdırılan dövlət idarəçilik sistemində islahatların təhlil edildiyi dərslikdə Azərbaycan Respublikasının iqtisadi, sosial və humanitar inkişafın müasir və prioritet sahələrində dünya liderləri sırasında yer almasına şərait yaradıldığı elmi cəhətdən əsaslandırılıb.
Elektron platformada çoxsaylı müsbət rəylərlə müşayiət olunan "İnklüziv inkişafın idarə edilməsinin əsasları" dərsliyi "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"in hədəflərinə nail olunması üçün zəruri kadr hazırlığı və bu sahədə əhalinin məlumatlandırılması məqsədiilə ərsəyə gətirilib. Dərslik dövlətin inkişaf proseslərinin idarə edilməsi sahəsində qərar qəbul edənlər, humanitar, texniki və ictimai ixtisaslar üzrə təhsil alanlar, həmçinin davamlı inklüziv inkişaf sahəsində ixtisasını artıran mütəxəssislər və tədqiqatçılar üçün nəzərdə tutulub.
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daş...
26 Aprel
Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib
26 Aprel
Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar...
26 Aprel
Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub
26 Aprel
Hidayət Heydərov dördqat Avropa çempionu olub
26 Aprel
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
26 Aprel
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...
26 Aprel
Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib...
26 Aprel
Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə ...
26 Aprel
Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib
26 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!