Dörd ayda əsas kapitala 3,9 milyard manatdan çox vəsait yönəldilmişdir
Cari ilin yanvar-aprel aylarında əsas kapitala 3 milyard 903,5 milyon manat məbləğində, yaxud 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 0,5 faiz az vəsait yönəldilmişdir. Neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 18,8 faiz artmış, qeyri-neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 12,8 faiz azalmışdır.
İstifadə edilmiş vəsaitin 2 milyard 622,3 milyon manatı və ya 67,2 faizi məhsul istehsalı, 875,2 milyon manatı (22,4 faizi) xidmət sahələrinə, 406 milyon manatı (10,4 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunmuşdur.
Əsas kapitala yönəldilmiş vəsaitlərin 2 milyard 338,3 milyon manatını və ya 59,9 faizini daxili vəsaitlər təşkil etmişdir və həmin vəsaitlərin 2 milyard 383,2 milyon manatı (61,1 faizi) bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə xərclənmişdir.
Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 62, büdcə vəsaitləri 21, əhalinin şəxsi vəsaitləri 6,6, bank kreditləri 5,7, büdcədənkənar dövlət fondlarının vəsaitləri 2,5, sair vəsaitlər isə 2,2 faiz təşkil etmişdir.
İlin əvvəlindən ötən dörd ay ərzində Bakıda "Yeni klinika” tibb müəssisəsi, Naxçıvan Muxtar Respublikasında ambulatoriya-poliklinika müəssisəsi, Sumqayıt şəhərində Sumqayıt Kimya Sənaye Parkında tibbi maska istehsalı müəssisəsi, Gəncə və Şəki şəhərlərinin hər birində 200 çarpayılıq xəstəxana binası, Ağstafa, Goranboy, Kürdəmir, Qazax və Tovuz rayonlarında "Azərxalça” ASC-nin filialı, Kürdəmir və Tovuz rayonlarında "Asan Həyat” kompleksi, Ağstafa rayonunda Aqrar Sənaye Kompleksi, Qazax rayonunda əhəng zavodu, Şəmkir rayonunda "Şəmkirçay” Sutəmizləyici Qurğular Kompleksi, Tovuz rayonunda Azərbaycan Aşıq Sənəti Dövlət Muzeyi, Tarix-Diyarşünaslıq Muzeyi, Dövlət Rəmzləri Muzeyi və s. mühüm əhəmiyyətli obyektlər istifadəyə verilmişdir.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Roma Papası: Venesiya iqlim dəyişikliyinə görə mövcudluğunu itirə bilər
29 Aprel
Gələcəyin sualtı qayıqları “görünməz” olacaq
29 Aprel
Pakistanın şimal-qərbində 2 terrorçu məhv edilib
29 Aprel
Dubayda dünyanın ən böyük hava limanı tikiləcək
29 Aprel
Zelenski: Ukraynaya 10 il ərzində dəstək vermək üçün ABŞ-la danışıqlar aparılır
29 Aprel
İrpendə “Azərbaycan Günü” keçirilib
28 Aprel
Prezidentin Mətbuat xidmətinin məlumatı
28 Aprel
QDİƏT PA-da Türkiyə heyətinin rəhbəri: Ankara ABŞ və Aİ-nin Cənubi Qafqaza münasibətindən narahatdır...
28 Aprel
Ukrayna ordusu Donetskin 3 yaşayış məntəqəsindən geri çəkilib
28 Aprel
“Nizami” Kino Mərkəzində “Azərbaycanda Rusiya Kinosu Günləri”nin bağlanış mərasimi keçirilib...
28 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!