18 İyun 2025 09:25
397
DÜNYA
A- A+
Donald Tramp: "Emmanuel həmişə səhv edir"

Donald Tramp: "Emmanuel həmişə səhv edir"


ABŞ Prezidenti Donald Tramp Kanadada keçirilən G7 sammitini erkən tərk etməsi ilə bağlı Fransa lideri Emmanuel Makronun iddiasını qəti şəkildə təkzib edib. Makron bildirib ki, Amerika lideri Yaxın Şərqdə atəşkəs üzərində işləmək üçün erkən vətənə qayıdıb. 

Bundan sonra Amerika lideri fransalı həmkarını "publika axtaran" adlandırıb və bildirib ki, onun Vaşinqtona qayıtmasının səbəbi "daha vacibdir". Bu izahat onun Trampın "Truth Social" sosial şəbəkəsində dərc olunub. "Forbes" jurnalı isə münaqişə haqqında daha ətraflı məlumat verib.

Xatırladaq ki, ABŞ Prezidenti sammiti tərk etdikdən sonra Ağ Evin mətbuat katibi Karolin Levitt rəsmi olaraq bildirib ki, Donald Tramp "bir sıra mühüm məsələlərə diqqət yetirmək üçün" Vaşinqtona qayıdacaq.

Eyni zamanda Fransa lideri Trampın İsraillə İran arasında atəşkəs üçün "təklif" irəli sürdüyünü guman edib. Onun fikrincə, bu, respublikaçının G7 sammitini vaxtından əvvəl tərk etməsinin səbəbi ola bilərdi. Lakin Tramp bu cür bəyanatlara qəti şəkildə cavab verib. ABŞ Prezidentinin dediyinə görə, Makronun fərziyyələri "yanlış" olub, Fransa Prezidentinin onun sammiti niyə tərk etdiyi barədə "heç bir təsəvvürü yoxdur" və əsl səbəb sadəcə döyüşləri dayandırmaqdan "daha vacibdir". O, indi niyə Vaşinqtona qayıtmağımla  bağlı heç bir təsəvvürə malik deyil, amma bunun atəşkəslə bağlı heç bir əlaqəsi yoxdur. Daha önəmlidir. Qəsdən və ya yox, Emmanuel həmişə səhv edir. Bizi izləyin!", - deyə Tramp yazıb, lakin qərarının əsl motivlərini açıqlamayıb.

Donald Tramp Rusiyanın keçmiş G8-dən kənarda qalmasının səhv olduğunu bildirib. Onun sözlərinə görə, Vladimir Putin "bundan çox inciyib" və guya bu "səhv"ə görə hazırda Ukraynada müharibə gedir.

Görünür, Trampın adaya müdaxiləsi qarşısında onlarla həmrəylik ifadə etmək üçün Makronun Danimarkanın Baş naziri Mette Frederiksenlə Qrenlandiyaya səfərindən sonra ABŞ lideri Fransa Prezidentini "ağıllandırmaq" qərarına gəlib. Bundan əvvəl o, Qrenlandiyanın "zəbt üçün obyekt olmadığını" vurğulayıb.

Makron həmçinin Trampın Rusiya Prezidenti Vladimir Putinin İsrail və İran arasındakı böhranda vasitəçilik etməsi ideyasını da rədd edib. Eyni zamanda o, Amerika liderini Ukrayna və Yaxın Şərqdə sülhün bərqərar olması üçün öz nüfuzundan istifadə etməyə çağırıb.


Rizvan CƏFƏROV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dövlət vəsaitlərinin bərpası istiqamətində 93,9 milyon manat icra olunub  

12:06
13 Aprel

Hesabat: Sudanda milyonlarla insan gündə bir dəfə qidalanaraq həyatda qalır

12:03
13 Aprel

Bu ilin I rübündə ölkədə 6,6 milyon ton neft, 12,6 milyard kubmetr təbii qaz hasil edilib

11:55
13 Aprel

Hesablama Palatası ötən il aşkarladığı maliyyə uyğunsuzluqlarının məbləğini açıqlayıb

11:49
13 Aprel

“Könüllülər Yurdu – Azərbaycan” layihəsi başa çatıb

11:47
13 Aprel

Avstraliyada ordu komandanı təyin edilən ilk qadın  

11:33
13 Aprel

“Atəşkəs” sona çatdı: Rusiya Ukraynaya dron zərbələri endirib

11:28
13 Aprel

Azərbayan gimnastları Avropa çempionatında tarix yazıblar  

11:13
13 Aprel

DİN: Cinayət törətməkdə şübhəli bilinən 73 nəfər saxlanılıb

11:08
13 Aprel

COVID-19-un ağciyər xərçəngi riskinə mümkün təsiri araşdırılıb

11:01
13 Aprel

Türkiyə 119 ölkədən 2700-dən çox FETÖ terrorçusunun ekstradisiyasını gözləyir

10:54
13 Aprel

Dünya bazarında qızıl və gümüş ucuzlaşıb

10:43
13 Aprel

Bəzi yerlərdə yağış yağır, Balakən-Şəki bölgəsində yağıntılar intensivdir – FAKTİKİ HAVA

10:38
13 Aprel

Dünya birjalarında neft bahalaşıb

10:32
13 Aprel

Brüssel Macarıstandakı seçkilərin nəticələrini müsbət qiymətləndirib

10:26
13 Aprel

İranın keçmiş vitse-prezidentinin oğlu ABŞ-də saxlanılıb və “yaşıl kart”ı ləğv edilib

09:54
13 Aprel

Tramp: ABŞ NATO daxilində kursunu nəzərdən keçirməyi planlaşdırır  

09:49
13 Aprel

ABŞ Prezidenti Roma Papası XIV Leonu İran və Venesuela ilə bağlı mövqeyinə görə tənqid edib  

09:48
13 Aprel

Media: ABŞ İrana qarşı məhdud hücumları bərpa etməyi düşünür

09:43
13 Aprel

Yer kürəsinə yaxın potensial təhlükəli asteroidlərin sayı açıqlanıb

09:34
13 Aprel

Avstraliya Hörmüz boğazının blokadasında iştirakdan imtina edib

09:31
13 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!