05 Mart 2024 12:15
3848
Təhsil
A- A+
DİM rəhbəri: Azərbaycan dili bacarıqları üzrə sertifikat alanlar müəyyən imtahanlardan azad olunacaq

DİM rəhbəri: Azərbaycan dili bacarıqları üzrə sertifikat alanlar müəyyən imtahanlardan azad olunacaq

 

Azərbaycan dili bacarıqları üzrə imtahan verərək sertifikat alanlar müəyyən imtahanlardan azad olunacaq.

AZƏRTAC xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Azərbaycan dili bacarıqları üzrə səviyyələrə dair tələblər və sertifikasiya imtahanının təqdimatı ilə bağlı keçirilən tədbirdə deyib. O bildirib ki, “Azərbaycan dili bacarıqları üzrə səviyyələrə dair tələblər” proqramı və imtahan modeli ölkədə və ölkədən kənarda azərbaycanca öyrənənlər, öyrədənlər, təlim materialları hazırlayanlar və imtahan təşkil edənlər üçün əsas məqamları, məqsədləri, səviyyələrə və bacarıqlara görə təlim nəticələrini, imtahan prosesini, dilin tədrisi mövzularını, dil təlimi standartlarını müəyyən çərçivəyə salan bir proqram kimi hazırlanıb.

“Belə bir proqramın hazırlanması və imtahanın keçirilməsi Azərbaycan dilini öyrənənlərin dil bacarıqlarının beynəlxalq standartlar əsasında ölçülməsini təmin edəcək.

Dövlət İmtahan Mərkəzi tərəfindən keçiriləcək imtahanlarda iştirakçılara sertifikat veriləcək. Gələcəkdə sertifikatların müvafiq səviyyələrinə malik olanların həmin sertifikatın qüvvədə olduğu müddətdə Azərbaycan dili ilə bağlı müəyyən imtahanlardan azad olunması və buna uyğun normativ hüquqi bazanın yaradılması nəzərdə tutulur”, - deyə sədr əlavə edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Neftçi"də baş məşqçi postuna yenidən Samir Abasov gəririlir

14:49
14 Oktyabr

Külli miqdarda tütün məmulatının ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb  

14:42
14 Oktyabr

Hərbi Hava Qüvvələrinin döyüş təyyarələri təlim-məşq uçuşları icra edib 

14:37
14 Oktyabr

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

14:27
14 Oktyabr

Azərbaycandan nəql olunan neftin 12,8 faizi SOCAR-ın payına düşüb  

14:06
14 Oktyabr

Ukraynanı çətin qış gözləyir

13:52
14 Oktyabr

ABŞ, Britaniya və Polşa hərbçiləri təlimlərə başlayır

13:33
14 Oktyabr

Dövlət Sərhəd Xidməti kursantlarının andiçmə mərasimi keçirilib

13:19
14 Oktyabr

Azərbaycan iqtisadiyyatı 4,7 faiz böyüyüb

12:57
14 Oktyabr

Qazax sakini minaya düşüb

12:41
14 Oktyabr

Polis ahıl yaşlı qadınları aldadaraq pullarını ələ keçirən şəxsi saxlayıb

12:40
14 Oktyabr

Prezident İlham Əliyev Danimarkanın Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfirinin etimadnaməsini qəbul edib YENİLƏNƏCƏK

12:37
14 Oktyabr

Sinqapurda yaşayan Azərbaycan icması ilə görüş olub

12:36
14 Oktyabr

Prezident İlham Əliyev Estoniyanın Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfirinin etimadnaməsini qəbul edib YENİLƏNƏCƏK

12:34
14 Oktyabr

Prezident İlham Əliyev Benin Respublikasının Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfirinin etimadnaməsini qəbul edib YENİLƏNƏCƏK  

12:30
14 Oktyabr

Prezident İlham Əliyev Qətər Dövlətinin Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfirinin etimadnaməsini qəbul edib YENİLƏNƏCƏK

12:09
14 Oktyabr

Cəbrayıl şəhərində ilk dəfə əmək yarmarkası keçirilib

12:03
14 Oktyabr

“Bloomberg”: Avropa “dönmə nöqtəsinə” yaxınlaşır

12:00
14 Oktyabr

İşğaldan azad olunan ərazilərdə yeni məşğulluq imkanlarının yaradılması üçün əlavə tədbirlər hazırlanır  

11:59
14 Oktyabr

Prezident İlham Əliyev Belçika Krallığının Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfirinin etimadnaməsini qəbul edib YENİLƏNƏCƏK

11:57
14 Oktyabr

İranda 48 nəfər spirtli içkidən zəhərlənərək ölüb

11:47
14 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!