27 Noyabr 2026 11:49
154
İQTİSADİYYAT
A- A+
Deputat: Zəngəzur dəhlizi 2028-ci ilin sonlarına doğru istifadəyə verilə bilər

Deputat: Zəngəzur dəhlizi 2028-ci ilin sonlarına doğru istifadəyə verilə bilər


Rəqəmsal həllərin və süni intellektin inkişafı əmək bazarında yeni dəyişikliklərə səbəb olur. Gələcəkdə daha innovativ və rəqəmsal həllərlə bağlı peşələrin meydana gələcəyini müşahidə edəcəyik.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlaması zamanı Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

Deputat qeyd edib ki, Naxçıvan Muxtar Respublikasının əmək bazarının təhlil edilməsi, burada baş verən dəyişikliklər fonunda yeni tədbirlərin və yanaşmaların təqdim olunması da əsas məqsədlərdən biridir.

TRIPP layihəsinin əhəmiyyətinə toxunan Vüqar Bayramov vurğulayıb ki, layihə artıq Ermənistan parlamentində müzakirə olunub və Ermənistanda yolun çəkilməsi ilə bağlı işlərə başlanılıb.

“Azərbaycan isə Zəngəzur dəhlizinin öz ərazisindəki hissəsində işləri tamamlamaq üzrədir. Avtomobil yolu artıq tamamlanıb, dəmir yolu ilə bağlı işlərin isə gələn ilin əvvəllərində başa çatdırılması nəzərdə tutulur. 2028-ci ilin sonlarına doğru dəhlizin istifadəyə verilməsini müşahidə edə bilərik. Zəngəzur dəhlizi yalnız Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikasını birləşdirən nəqliyyat bağlantısı deyil, eyni zamanda, regionun inkişafına mühüm töhfə verəcək layihədir. Bu dəhliz Türk dünyasını quru yolu vasitəsilə birləşdirəcək, eyni zamanda, Orta Dəhliz, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat marşrutlarının inteqrasiyasına imkan yaradacaq. Zəngəzur dəhlizinin istifadəyə verilməsi Naxçıvan Muxtar Respublikasının iqtisadi inkişafı baxımından da yeni imkanlar açacaq. Nəzərə alsaq ki, artıq 2026-cı ildən Naxçıvan Muxtar Respublikasında Qarabağ və Şərqi Zəngəzurda tətbiq edilən vergi rejiminin tətbiqinə başlanılıb, bu çərçivədə istehsalla bağlı investisiyalar 10 il müddətində bir sıra vergilərdən azad edilir. Eyni zamanda, idxal olunan investisiya təyinatlı məhsulların əlavə dəyər vergisindən azad edilməsi kimi güzəştlər də nəzərdə tutulur. Bütün bunlar, bir tərəfdən Zəngəzur dəhlizi ilə bağlı aparılan intensiv işlər, digər tərəfdən Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatının dəstəklənməsi məqsədilə vergi sahəsində və dövlət proqramlarında həyata keçirilən dəyişikliklər muxtar respublikanın inkişafı üçün yeni imkanlar yaradır.

Prezidentin son səfəri və səfər çərçivəsində investisiya qoyuluşu ilə bağlı qəbul edilən qərarlar da Naxçıvan Muxtar Respublikasında investisiyaların artmasına, iqtisadi inkişafın daha da güclənməsinə imkan yaradır. Bu baxımdan həm Zəngəzur dəhlizi layihəsi, həm Naxçıvan Muxtar Respublikasına dövlət dəstəyinin artırılması muxtar respublikanın inkişafına, iqtisadiyyatın daha intensiv, sürətli və dayanıqlı inkişafına zəmin yaradır”, - deyə deputat əlavə edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sabah hava əsasən yağmursuz keçəcək, bəzi yerlərdə duman müşahidə ediləcək  

12:44
27 Noyabr

İİTKM sosial-iqtisadi inkişaf Strategiyası üzrə monitorinqi Ələt Azad İqtisadi Zonasında davam etdirib  

12:43
27 Noyabr

Bakıda növbəti bal yarmarkası başlayıb

12:42
27 Noyabr

Azərbaycanın tarixi Zəfərinin, diplomatik qələbəsinin və iqtisadi nailiyyətlərinin nəticəsi  

12:39
27 Noyabr

Mingəçevirdə payız-qış mövsümünə hazırlıq məsələləri müzakirə olunub  

12:23
27 Noyabr

Ceyhun Bayramov: Estoniyanın Bakıda səfirliyinin açılması münasibətlərdə mühüm mərhələdir  

12:16
27 Noyabr

Əmək Məcəlləsinə təklif edilən dəyişikliklər təsdiqlənib  

12:03
27 Noyabr

Parlament SOCAR ilə “Exxon Mobil” arasında imzalanan Sazişi təsdiqləyib

11:59
27 Noyabr

 Yaddaşın pisləşməsinin gizli amili

11:57
27 Noyabr

Deputat: Zəngəzur dəhlizi 2028-ci ilin sonlarına doğru istifadəyə verilə bilər

11:49
27 Noyabr

Yevlaxda Dövlət Proqramının icrası müzakirə olunub  

11:34
27 Noyabr

Kim Çen In taktiki nüvə silahının tətbiq sahələrinin genişləndirilməsi ehtimalını açıqlayıb  

11:30
27 Noyabr

Milli Məclis 10 məsələnin müzakirəsinə başlayıb

11:17
27 Noyabr

Azərbaycan və Avropa İttifaqı arasında Yüksək Səviyyəli Nəqliyyat Dialoqunun üçüncü iclası olub  

11:17
27 Noyabr

Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib

11:09
27 Noyabr

Azərbaycan neftinin qiyməti 102 dolları ötüb

11:08
27 Noyabr

Dünya birjalarında qızıl və gümüşün qiyməti artıb 

11:07
27 Noyabr

Birjalarda neft bahalaşıb

10:58
27 Noyabr

Bu ilin on ayında əhaliyə ödənilən sosial ödənişlərin məbləği açıqlanıb

10:54
27 Noyabr

Vergi Məcəlləsində dəyişiklik edilir

10:53
27 Noyabr

Dövlət Miqrasiya Xidməti ölkəyə gələn Rusiya vətəndaşlarına müraciət edib

10:51
27 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!