16 Oktyabr 2025 19:29
664
SİYASƏT
A- A+
Daha bir məsələ parlamentin plenar iclasına tövsiyə edilib

Daha bir məsələ parlamentin plenar iclasına tövsiyə edilib

Oktyabrın 16-da Milli Məclisin Əmək və sosial siyasət komitəsinin növbəti iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclası açan komitə sədri Musa Quliyev gündəliyə bir məsələnin - “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında qanun layihəsinin daxil edildiyini bildirib.

Qanun layihəsi barədə danışan komitə sədri deyib ki, sənəd istehsalatda baş verən bədbəxt hadisələr və peşə xəstəlikləri zamanı peşə əmək qabiliyyətinin itirilməsi hallarının daha dəqiq müəyyən olunması məqsədilə normativ-hüquqi bazanın təkmilləşdirilməsini nəzərdə tutur. Layihə sığorta olunan şəxslərin əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsinə dair yeni qaydaların tətbiqini təmin etməklə bu sahədə vahid, şəffaf və müasir tələblərə uyğun mexanizmin formalaşdırılmasına xidmət edəcək.

Daha sonra Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Ramin Rzayev, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial sığorta və pensiya siyasəti şöbəsinin müdiri Sabir Qocayev qanun layihəsi barədə məlumat veriblər. Bildirilib ki, qanun layihəsində təklif edilən dəyişikliklərə əsasən, sığorta hadisəsi nəticəsində zərər çəkmiş sığorta olunanın əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsi qaydası Nazirlər Kabineti tərəfindən təsbit ediləcək. Bu isə öz növbəsində həmin sahədə tənzimləmələrin müvafiq qaydalarla həyata keçirilməsinə, fəaliyyətin daha operativ təşkilinə və vahid yanaşmanın təmin olunmasına imkan yaradacaq.

Qanun layihəsinin müzakirəsində Əmək və sosial siyasət komitəsinin sədr müavini Elşad Musayev, üzvləri Ziyad Səmədzadə, Nigar Məmmədova və Göydəniz Qəhrəmanov çıxış edərək məsələ ilə bağlı fikir və təkliflərini səsləndiriblər.

Tədbirin sonunda qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyevin sosial media hesablarında Vətən müharibəsi kadrları ilə bağlı paylaşım edilib VİDEO

20:40
07 Noyabr

Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb VİDEO  

20:38
07 Noyabr

“AzerGold” kiberdələduzluq halları ilə bağlı xəbərdarlıq edir

19:41
07 Noyabr

Xarici İşlər Nazirliyi 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yayıb

18:54
07 Noyabr

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifdən

18:31
07 Noyabr

UNESCO-nun himayəsi altında Mədəniyyətlərin Yaxınlaşması Beynəlxalq Mərkəzinin direktoru Oljas Süleymenovdan

18:21
07 Noyabr

Qaradağ rayonunda “Zəfərin işığında” adlı tədbir keçirilib

17:03
07 Noyabr

FHN-də Zəfər Gününə həsr olunmuş tədbir təşkil edilib

16:51
07 Noyabr

CENTCOM-dən 20 milyon dollarlıq mükafat

16:43
07 Noyabr

Zəfər Günü xalqımızın milli qürurunun, ləyaqətinin və sarsılmaz iradəsinin təntənəsidir

16:35
07 Noyabr

Böyük Qayıdış uğurla reallaşır

16:01
07 Noyabr

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında Zəfər Günü qeyd olunub  

15:12
07 Noyabr

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

15:07
07 Noyabr

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğandan

15:01
07 Noyabr

Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub

14:28
07 Noyabr

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 152-ci kitabı çapdan çıxıb

14:24
07 Noyabr

Sabaha olan hava proqnozu açıqlanıb

14:01
07 Noyabr

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında

13:47
07 Noyabr

Qazaxıstanın TRIPP layihəsinə qoşulması Azərbaycanın regional nəqliyyat-logistika strategiyası üçün yeni imkanlar yaradır

13:37
07 Noyabr

Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsi istifadəyə verilib

13:15
07 Noyabr

Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırılıb

13:02
07 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!