25 Yanvar 2023 12:31
306
CƏMİYYƏT
A- A+

Corc Dik: Azərbaycan bütün xalqların sülh şəraitində yaşadığı ölkədir

 

Yəhudi nifrəti hələ də mövcuddur və bu nifrət əvvəlkindən daha qəddar, daha kəskin formadadır. Təəssüf ki, 75 il bundan qabaq yəhudilər öz ölkələrindən qovulsalar da yəhudi nifrəti hələ də kəskin şəkildə qalmaqdadır.

AZƏRTAC xəbər verir ki, bu sözləri İsrailin ölkəmizdəki səfiri Corc Dik yanvarın 25-də Holokostun anım günü ilə əlaqədar təşkil edilən tədbirdə söyləyib.

Səfir bildirib ki, Azərbaycan bütün xalqların, eləcə də yəhudilərin sülh şəraitində, heç bir problem olmadan yaşadığı ölkədir. Onun sözlərinə görə, burada bir ravvin heç bir narahatlıq keçirmədən, sərbəst şəkildə gəzə bilər. Onlar, hətta Bakı küçələrində gəzərkən özlərini Avropanın ən məşhur paytaxtlarından belə təhlükəsizlikdə hiss edirlər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video