15 Noyabr 2024 08:20
835
SİYASƏT
A- A+
COP29-da Azərbaycanın sərt tələbi

COP29-da Azərbaycanın sərt tələbi


Prezident İlham ƏLİYEV: "Kiçik ada dövlətlərinin səsi qlobal arenada eşidilməlidir"


Dünya qlobal ekoloji problemlərlə üz-üzə qalıb. İqlim dəyişmələri hər bir ölkəyə öz mənfi təsirini göstərir. Belə ki, çayların suyu azalır, dağlara daha az qar yağır. Daşqınlar, sellər isə əvvəllər olduğundan çoxdur. 

İqlim dəyişmələrinin yaratdığı təhlükədən ən çox kiçik ada dövlətləri əziyyət çəkir. Azərbaycan həmin dövlətlərə daim dəstək nümayiş etdirir. Ölkəmiz indiyədək fəlakət qarşısında zəif olan bir sıra ölkələrə qasırğa, zəlzələ və daşqınların təsirini azaltmaq üçün yardım göstərib. Biz onların həmçinin su təchizatı, qida təhlükəsizliyi və mədəni irsin bərpası layihələrinə dəstək vermişik. 10-dan çox kiçik ada dövləti Azərbaycan universitetlərində təhsil almaq üçün tələbə təqaüdü proqramımızdan yararlanıb. Qoşulmama Hərəkatına dördillik sədrliyi dövründə Azərbaycan 80-dən artıq ölkəyə, o cümlədən 20 kiçik ada dövlətinə maliyyə və humanitar yardım göstərib. Təsadüfi deyil ki, bu, COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) sammitində də qeyd olunub. Bildirilib ki, Prezident İlham Əliyev Azərbaycan iqtisadiyyatının tam və yaddaqalan transformasiyasına nail olub: "Biz onun iqlim fəaliyyətində rolunun artmasının, daha güclü beynəlxalq tərəfdaşlığın qurulmasının, xüsusən də BMT, Qoşulmama Hərəkatı və Millətlər Birliyi kimi təşkilatlar vasitəsilə əməkdaşlığı gücləndirdiyinin şahidiyik. Həmin təşkilatlarda Azərbaycan dayanıqlı iqtisadi artım və müqavimət gücünü təşviq edib".

Bu ölkələrin üzləşdiyi çağırışların aradan qaldırılması COP29-da Azərbaycanın göstərdiyi səylərin əsasını təşkil edir. Prezident İlham Əliyevin SIDS sammitindəki çıxışı deyilənlərin daha bir təsdiqidir. 

Əvvəla xatırladaq ki, hələ bu ilin mayında COP-la bağlı planlarını müzakirə etmək üçün Baham adalarının, Tonqanın və Tuvalunun rəhbərləri Azərbaycanda səfərdə oldular. Qəbul olunmuş Bakı Kommünikesində COP29-da mənalı nəticələrin əldə olunmasına çağırış edilir və əlçatan iqlim maliyyəsinin vacibliyi qeyd olunur. Bu ilin sentyabrında isə İtki və Zərərə Cavab Fondunun fəaliyyətə başlaması ilə bağlı Bakıda ciddi irəliləyiş əldə olunub. Dövlət başçısı sözügedən çıxışında bunları da qeyd edərək bildirdi ki, hazırda proses ehtiyac duyan ölkələrə, xüsusən də kiçik ada dövlətlərinə maliyyənin verilməsi üçün tamamlanmalıdır: "Bu yay Azərbaycan Tonqada Millətlər Birliyi ilə birgə bəyannamə imzaladı. Biz Millətlər Birliyinin kiçik ada dövlətlərindəki birgə layihələrini dəstəkləmək üçün 10 milyon ABŞ dolları məbləğində vəsait ayırırıq. Ətraf mühitin monitorinqi və qiymətləndirilməsi üçün Azərbaycanın Kosmik Agentliyi - "Azərkosmos"dan peyk məlumatlarından istifadə etmək üçün Millətlər Birliyi ilə Anlaşma Memorandumu imzalanmışdır".

 Bir sözlə, Azərbaycan COP29-a ev sahibi olduqdan sonra inkişaf edən kiçik ada dövlətləri ilə münasibətlərimiz yeni, daha yüksək səviyyəyə qalxıb. COP29-un tribunasından isə Prezidentimiz dünyaya belə bir çağırış da etdi: "Kiçik ada dövlətlərinin səsi qlobal arenada eşidilməlidir. Mən inkişaf etmiş bütün ölkələrə, xüsusən də müstəmləkə keçmişi olan ölkələrə müraciət edirəm ki, kiçik ada dövlətlərinə maddi və texniki dəstək göstərsinlər ki, onlar ölkələrini iqlim dəyişmələrinin fəsadlarından qoruya bilsinlər".

Qaldırılan mühüm məsələlərdən biri də neokolonializm və iqlim dəyişmələridir. Belə ki, Fransa və Niderlandın xüsusən də Karib dənizi və Sakit Okean regionundakı dırnaqarası dəniz əraziləri iqlim dəyişmələrinin ən ciddi təsirinə məruz qalanlar sırasındadır. Artan dəniz səviyyəsi, kəskin hava şəraiti və biomüxtəlifliyin pozulması həmin regionlara ciddi təhlükə yaradır. Həmin icmaların səsi bir çox halda onların metropoliyalarındakı rejimləri tərəfindən susdurulur. Dövlət başçısı bunları deməklə yanaşı, sammitdəki çıxışında auditoriyanı Yeni Kaledoniya, Fransa Polineziyası, Mayot, Vallis və Futuna, Korsika, Reunion, Qvadelupa, Martinika, Fransa Qvianası, Sent-Pyer və Mikelon, Sent-Mert və Sent-Varfolomey kimi Fransa müstəmləkələrinin xalqları, eləcə də Niderlandın Aruba, Kurasao, Sənt-Maarten, Boneyr, Sent-Yefstaxiy və Saba kimi müstəmləkələrinin xalqlarını alqışlamağa çağırdı: "Gəlin, həmin ərazidəki xalqları alqışlayaq, - bu gün XXI əsrdə də müstəmləkə hakimiyyətindən əziyyət çəkirlər. Hazırda Fransa Polineziyası və Yeni Kaledoniya 1946-1947-ci illərdə BMT tərəfindən qeyri-özünü idarə edən ərazilər kimi tanınır. Bununla belə onların dekolonizasiya prosesi hələ də yubanır. 1966-1996-cı illər ərzində Fransa Polineziyası Fransanın apardığı 193 nüvə sınağı səbəbindən ətraf mühitin ciddi pozulması ilə üzləşib. Fransa orada torpaq və suyun kəskin dərəcədə zəhərlənməsi və radiasiyasına görə məsuliyyət daşıyır. Radiasiya səviyyəsi 4900 faizi keçib. Əgər buna Fransanın Əlcəzairdə illər boyu işğalı zamanı həyata keçirdiyi 17 nüvə sınağını əlavə etsək, biz həmin ölkə tərəfindən planetin ekosisteminə hansı zərərin vurulduğunu görərik".

Eləcə də Fransanın dırnaqarası dəniz ərazilərində indiyədək törətdiyi cinayətlər, rejimin elə bu yaxınlarda da insan hüquqlarını pozması halları qeyd edildi. Belə ki, Prezident Makronun rejimi Yeni Kaledoniyada kanakların builki legitim etiraz aksiyasında 13 nəfərin həyatına son qoyub, 169 nəfər yaralanıb, 1700 insan həbs edilib. Həmçinin bu il Martinika və Qvadelupada etirazlar zamanı 38 nəfər həbs olunub. Bununla belə Fransa istər Avropa Komissiyası, istər Avropa Parlamenti, istərsə də Avropa Şurasının Parlament Assambleyasının heç biri tərəfindən pislənilməyib. 

"Bu, siyasi riyakarlıqdır. Siyasi korrupsiya rəmzinə çevrilmiş iki təsisat - Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası günahsız insanların qətlinə görə Prezident Makronun hökuməti ilə məsuliyyəti bölüşür. Fransadakı bütün siyası məhbuslar dərhal azad olunmalıdır. Əgər Avropanın əsas diplomatı Cozep Borel Avropanı bağ, dünyanın qalan hissəsini isə cəngəllik adlandırırsa, onda Avropa Parlamenti ilə Avropa Şurası Parlament Assambleyasından daha nə gözləmək olar?! Əgər biz cəngəlliyiksə, onda bizdən kənar durun və işlərimizə qarışmayın", - deyə Azərbaycan Prezidenti bildirib və bəyan edib ki, ölkəmiz Qoşulmama Hərəkatının sədri kimi kiçik ada dövlətlərinə dəstək verib, COP29-un sədri kimi onları dəstəkləyəcək və gələcəkdə də dostlarımızı dəstəkləməkdə davam edəcəyik.


Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında mühüm sənəd imzalanıb

20:58
26 Oktyabr

Azərbaycan-İƏT tərəfdaşlığı strateji xarakter daşıyır 

20:31
26 Oktyabr

Vestminster abbatlığındakı Roma sarkofaqı orta əsr rahibinin qalıqlarını saxlamış ola bilər  

20:05
26 Oktyabr

ABŞ heliumu “ciddi maddə” elan edib

20:03
26 Oktyabr

Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib

19:56
26 Oktyabr

D vitamini çatışmazlığı ilə mübarizədə gözlənilməz üsul

19:44
26 Oktyabr

Pensiyaya yeni əlavə kimlərə şamil olunacaq?  

19:32
26 Oktyabr

Hörmüz boğazında gəmilərə hücumlar artıb

19:13
26 Oktyabr

Omikronun yeni variantı uşaqlar arasında niyə daha sürətlə yayılır?  

19:02
26 Oktyabr

Piylənmə ilə mübarizənin səmərəli yolu məlum olub

18:44
26 Oktyabr

Saxta IMEI-lərə qarşı mübarizə: 86 mindən çox kod bloklanıb

18:31
26 Oktyabr

Baş prokuror: Üçüncü yüksəksəviyyəli görüş Azərbaycan ilə İƏT arasında əməkdaşlığın daha da genişləndirilməsinə töhfə verəcək  

18:23
26 Oktyabr

Alimlər orqanizmdə maye dövranını izləyən yeni model yaradıblar  

18:03
26 Oktyabr

Avropada fırtına nəqliyyatı iflic edib, minlərlə evi işıqsız qoyub

18:00
26 Oktyabr

  İtaliyanın Milan şəhərində təhlükəsizlik tədbirləri gücləndirilib

17:56
26 Oktyabr

Hikmət Hacıyev: Azərbaycan və Yaponiya arasında vizasız rejimin genişləndirilməsi mümkündür 

17:54
26 Oktyabr

Qırğızıstan nümayəndə heyəti Azərbaycan Prokurorluğunun fəaliyyətində rəqəmsallaşmanın tətbiqi ilə maraqlanıb  

17:53
26 Oktyabr

İslam Əməkdaşlıq Təşkilatının Baş katibi “ASAN xidmət”də  

17:53
26 Oktyabr

Ceyhun Bayramov niderlandlı həmkarı ilə görüşüb: 2026–2028-ci illər üzrə Yol Xəritəsi müzakirə olunub YENİLƏNİB  

17:52
26 Oktyabr

Prezidentin köməkçisi: Afrika ölkələri ilə münasibətləri daha da inkişaf etdirmək niyyətindəyik 

17:50
26 Oktyabr

Türkiyə Prezidentinin baş müşaviri Oktay Saral vəzifəsindən ayrılıb  

17:48
26 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!