19 Mart 2021 00:39
699
SİYASƏT
A- A+
Co Bayden İlham Əliyevlə əməkdaşlığa hazır olduğunu bəyan etdi

Co Bayden İlham Əliyevlə əməkdaşlığa hazır olduğunu bəyan etdi

 

Son prezident seçkilərindən sonra ABŞ-ın ayrı-ayrı ölkələrlə münasibətlərinin davamının hansı məcrada olacağı, yeni seçilmiş Co Baydenin Vaşinqtonun xarici siyasət kursunda hansı korrektələr edəcəyi beynəlxalq gündəmin müzakirə mövzularından biri idi. Lakin ilk günlərdən də məlum idi ki, Ağ evin yeni rəhbərliyi xarici siyasəti keyfiyyətcə yeni çərçivədə həyata keçirmək istəyir.

Prezident Co Baydenin vəzifəsinin icrasına başlamasından sonra Bakı ilə Vaşinqton arasında ali siyasi səviyyədə təmas olmayıb. Amma ötən gün onun Novruz bayramı münasibətilə Prezident İlham Əliyevə ünvanladığı təbrik məktubu iki dövlət arasındakı əlaqələrin perspektivinə tam aydınlıq gətirdi.

Belə ki, bu məktub ABŞ-ın yeni Prezidentinin Azərbaycanla əlaqələrin daha da inkişafında maraqlı olduğunu təsdiqlədi.

Qeyd edək ki, ötən dövrdə Azərbaycan-ABŞ münasibətləri hər iki dövlətin maraqları və bərabərhüquqlu tərəfdaşlıq prinsipləri çərçivəsində inkişaf edərək ən müxtəlif sahələri əhatə edib. İstər siyasi, istər iqtisadi sahələrdə ölkələr arasında uğurlu əməkdaşlıq formatları qurulub. Azərbaycan ABŞ-ın dəstəyi ilə formalaşan beynəlxalq antiterror tədbirlərinə fəal dəstək verir. Azərbaycan hərbçiləri NATO hərbçiləri ilə birlikdə bu ölkədə davamlı sülhün və təhlükəsizliyin təmin edilməsinə öz töhfələrini verirlər. Azərbaycan həmçinin Əfqanıstandakı əməliyyatlara öz logistika dəstəyini göstərir.

ABŞ Azərbaycanın enerji siyasətində yer alan əsas tərəfdaşlardan biridir. Bu sahədə əlaqələr strateji xarakter daşımaqla həm Bakının, həm də Vaşinqtonun maraqlarına cavab verir. ABŞ-ın sabiq prezidentləri də Azərbaycanla müxtəlif sahələri əhatə ədən əməkdaşlığın inkişaf etdirilməsinə tərəfdar olublar və bu, Ağ evin Cənubi Qafqaz və Xəzər dənizi regionlarındakı siyasi prioritetləri sırasında yer alıb.

Bu baxımdan Co Baydenin təbrik məktubu ABŞ-ın yeni Administrasiyasnın Azərbaycanla əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün Prezident İlham Əliyevlə bundan sonra da birgə çalışmaqda maraqlı olduğunu, ABŞ-Azərbaycan əlaqələrinin strateji əhəmiyyət kəsb edən münasibətlər səviyyəsinə yüksəldiyini, dostluq və tərəfdaşlıq xarakteri daşıdığını  göstərir.

Co Baydenin məktubu həm də Azərbaycanın İkinci Qarabağ müharibəsindəki Qələbəsinə ABŞ-ın yeni Administrasiyasının mövqeyinin ifadəsidir. Belə ki, ABŞ Azərbaycanın tarixi qələbəsi nəticəsində regionda yaranmış yeni reallığı görür və bu reallıqlar çərçivəsində Ermənistan və Azərbaycan arasında barışığın təşviq olunmasına çalışacağını bəyan edir. Məktubda yer alan bu fikir 2020-ci il 9 noyabr bəyanatında əksini tapmış məsələlərin reallaşması və davamlı barışıq, sülhün bərqərar olunması istiqamətində Azərbaycanın həyata keçirdiyi siyasi kursa uyğundur.

ABŞ-ın yeni Administrasiyası da Azərbaycanın regionda sabitliyin və təhlükəsizliyin təminatında, o cümlədən qlobal enerji təhlükəsizliyində mühüm rol oynayan dövlət olduğunu görür. Ağ evdə Azərbaycan güclü, dinamik inkişaf edən, qlobal müstəvidə önəmli təşəbbüslərlə çıxış edən və yaranan problemlərin həllinə əməli dəstək verən ölkə kimi qiymətləndirilir.

Bütövlükdə məktub göstərir ki, ABŞ Prezidenti Co Bayden iqtisadiyyatın şaxələndirilməsi istiqamətində respublikamızın həyata keçirdiyi islahatlara dəstəyini və ABŞ-ın Azərbaycanla iqtisadi əməkdaşlıq üçün yeni imkanları nəzərdən keçirmək arzusunda olduğunu ifadə edir. Həmçinin ABŞ Prezidenti Xəzər dənizində enerji imkanlarının inkişafı ilə bağlı Azərbaycanın səylərini, həyata keçirdiyi nəhəng enerji layihələrini də dəstəkləyir. Bunlar isə Azərbaycan-ABŞ münasibətlərində yeni keyfiyyət dəyişikliklərinin baş verəcəyini söyləməyə əsas verir.

 

Rəşad CƏFƏRLİ,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

17:34
19 Dekabr

Putin: Biz də gələn il sülh içində yaşamaq istərdik  

17:33
19 Dekabr

Energetika naziri Pərviz Şahbazov Zərdabda vətəndaşların müraciətlərini dinləyib  

17:31
19 Dekabr

Azərbaycan yanacağını daşıyan qatar Ermənistana çatıb  

17:28
19 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası yekunlaşıb  

17:25
19 Dekabr

Baş nazir Əli Əsədov BMMT-nin Baş katibi ilə görüşüb  

17:23
19 Dekabr

Vladimir Putin: Prezident Tramp Ukrayna münaqişəsinə son qoymaq üçün ciddi səylər göstərir  

16:46
19 Dekabr

“Qərbi Azərbaycan folkloru” seriyasından növbəti kitab çapdan çıxıb

16:45
19 Dekabr

Kürdəmirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan təsərrüfatlara baxış olub

16:44
19 Dekabr

Azərbaycanla İraq arasında dini-mənəvi əlaqələrin inkişafı istiqamətində müzakirələr aparılıb  

16:42
19 Dekabr

Vladimir Putin Aİ-də Rusiya aktivlərinin ələ keçirilməsi cəhdlərini soyğunçuluq adlandırıb  

16:41
19 Dekabr

“Euronews” kanalı Şuşa ilə bağlı reportaj təqdim edib  

16:40
19 Dekabr

QMİ sədri G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti ilə görüşüb  

16:37
19 Dekabr

Vladimir Putin iqtisadi artımın yavaşlamasını düşünülmüş addım adlandırıb  

16:35
19 Dekabr

Misli Premyer Liqası: Qərb derbisini “Turan Tovuz” qazanıb

16:35
19 Dekabr

Əmək və əhalinin sosial müdafiəsi naziri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyib

16:34
19 Dekabr

BMT ilə DİM-lərin lokallaşdırılması istiqamətində fəaliyyətlərin davam etdirilməsi müzakirə olunub  

16:33
19 Dekabr

Anar Eyvazov: Dezinformasiyaların qarşısının alınması məqsədilə operativ informasiya fəaliyyəti yüksək peşəkarlıqla təmin olunub  

16:30
19 Dekabr

Azərbaycan və Türkiyənin ali təhsil müəssisələri arasında əməkdaşlıq imkanları müzakirə edilib  

16:29
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!