03 Dekabr 2024 21:12
533
İQTİSADİYYAT
A- A+
Çindən Orta Dəhlizlə Azərbaycan istiqamətində 300-cü blok-qatar yola salınıb

Çindən Orta Dəhlizlə Azərbaycan istiqamətində 300-cü blok-qatar yola salınıb

Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM – Orta Dəhliz) ilə Çindən Azərbaycana 300-cü konteyner blok-qatarı göndərilib.

“Azərbaycan Dəmir Yolları” (ADY) QSC-dən AZƏRTAC-a bildirilib ki, Çinin Sian şəhərində yerləşən Qazaxıstan–Çin terminalından hərəkətə başlamış qatarın Qazaxıstan ərazisindən keçməklə 8-10 dekabr tarixlərində Bakı Beynəlxalq Dəniz Ticarət Limanına çatacağı gözlənilir.

Blok-qatarın təşkili Orta Dəhliz üzrə əsas tərəfdaşlar olan “ADY Express” və “Xi'an Free Trade Port” şirkətinin əməkdaşlığı çərçivəsində həyata keçirilib.

Bu dəhliz üzrə 300-cü blok-qatarın Çin–Qazaxıstan–Azərbaycan marşrutu ilə yola salınması əvvəlki illərin göstəricilərini əhəmiyyətli dərəcədə üstələyir və TBNM-in sürətli inkişafını, həmçinin beynəlxalq daşımalar üçün artan əhəmiyyətini təsdiqləyir. Hazırkı dövrə qədər TBNM vasitəsilə Çindən daşınan yüklərin həcmi 20 futluq konteyner ekvivalentində 27 min konteyneri keçib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 25 dəfə çoxdur.

Analoji artım yükgöndərənlərin Çinlə Avropa arasında Qazaxıstan və Azərbaycan əraziləri vasitəsilə sürətli və səmərəli bağlantını təmin edən əsas nəqliyyat marşrutlarından biri kimi TBNM-ə artan marağını nümayiş etdirir.

Qeyd edək ki, 2025-ci il üçün Çindən Azərbaycan və Avropa istiqamətində göndərilən blok-qatarların sayının 3 dəfədən çox artırılaraq il ərzində 1000-ə çatdırılması planlaşdırılır. Çindən Azərbaycana yük göndərişi ilə yanaşı, əks istiqamətdə də yükdaşımaya başlanılıb. Belə ki, noyabrın 24-də ilk dəfə olaraq ixrac yükləri Bakıdan dəmir yolu nəqliyyatı ilə Çinə yola salınıb. 62 ədəd 40 futluq konteynerdən ibarət Bakı–Sian ilk ixrac blok-qatarı multimodal olaraq Qazaxıstan üzərindən Çinin ən böyük quru limanlarından biri olan Sian limanına çatdırılacaq. Layihə çərçivəsində ilkin olaraq bu ilin sonunadək ümumilikdə 15 min ton, yəni 600 konteyner ixrac yükünün qeyd olunan marşrutla Çinə göndərilməsi planlaşdırılır.

Çin–Azərbaycan və Azərbaycan–Çin istiqamətləri üzrə yükdaşımalar Orta Dəhlizin Şərq-Qərb-Şərq marşrutu kimi formalaşmasını sürətləndirməklə yanaşı, yük sahibləri üçün hər iki istiqamətdə sürətli, təhlükəsiz və səmərəli xidmətləri əlçatan edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Baş nazir Əli Əsədov Gürcüstan səfirliyində başsağlığı verib

17:44
19 Mart

QMİ sədri: Azad Qarabağda azan səslərinin ucalması tarixi və ilahi ədalətin bərpasının rəmzidir

17:23
19 Mart

Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

17:11
19 Mart

Ramazan bayramı münasibətilə Azərbaycan xalqına təbrik

17:02
19 Mart

Energetika naziri Ağsuda vətəndaşların müraciətlərini dinləyib  

16:57
19 Mart

Ombudsman Aparatı digər millət və dinlərə aid qəbiristanlıqların vəziyyətinə dair hesabat hazırlayıb

16:32
19 Mart

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

16:15
19 Mart

Baş Prokurorluğun əməkdaşları Qlobal Sammitdə iştirak ediblər

16:08
19 Mart

Hava yağıntılı olacaq, bəzi dağ çaylarından sel keçəcək - XƏBƏRDARLIQ  

15:57
19 Mart

Yanvar ayında Qazaxıstanın Azərbaycana ixracı 15 milyon dolları keçib

15:56
19 Mart

Prezident Ərdoğan: Ankara Türkiyənin tərəqqisi yolundakı maneələrə imkan verməyəcək  

15:55
19 Mart

ANAMA işğaldan azad olunmuş ərazilərdəki qəbiristanlıqları ziyarət etmək istəyənlərə müraciət ünvanlayıb  

15:51
19 Mart

Qazın qiymətində kəskin artım baş verib

15:50
19 Mart

Viktor Orban: Macarıstan Brüsselin Ukraynanın lehinə olan heç bir qərarını dəstəkləməyəcək  

15:20
19 Mart

Azərbaycan hərbi polisinin nümayəndə heyəti Bolqarıstana səfər edib

15:01
19 Mart

Xocalı rayonuna növbəti köç: Xanabad kəndinə 89 nəfər köçürülüb

14:46
19 Mart

Xocavənd şəhərində daha 46 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB

13:47
19 Mart

Bayram günlərində gözlənilən hava şəraiti açıqlanıb  

13:32
19 Mart

Sabah hava yağıntılı olacaq, dağlıq ərazilərdə qar yağacaq

13:13
19 Mart

Prezidentin Mətbuat Xidmətinin məlumatı

12:58
19 Mart

Dövlət Sərhəd Xidmətinin rəhbərliyi şəhid ailələrini ziyarət edib  

12:32
19 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!