Prezident
Səfərlər
Birinci vitse-prezident
Qəbullar
Fərmanlar
Sərəncamlar
Məktublar
Qanunlar
Tədbirlər
Əlaqə
Azərbaycan Respublikası, Bakı ş., Mətbuat pr. 529-cu məhəllə, 4-cü mərtəbə
(+994 12) 539 49 20, 538-31-11
ABŞ, Avropa İttifaqı və Kanada kimi Qərb ölkələrinin gördüyü məhdudlaşdırıcı tədbirlərə baxmayaraq, avqust ayında Çinin əsas istehsalçılarının elektrik avtomobil satışları azalmayıb. Çin elektrik avtomobil şirkətlərinin satış məlumatlarından əldə etdiyi məlumata görə, “BYD” və “Xpeng” kimi müxtəlif şirkətlərin avtomobillərinə tələb ötən ay da intensiv şəkildə davam edib.
Dünyanın ən böyük elektrik avtomobil istehsalçısı “BYD”nin avqust ayında satışları keçən ilin eyni dövrünə görə 30 faiz artaraq 370 min 854 ədədə çatıb. Onlardan 148 min 470-i tam elektrik, 222 min 384-ü isə hibrid modellər olub. Şirkətin elektrik avtomobil satışları illik yüzdə 12, hibrid satışları isə 48,3 faiz artıb.
Çin şirkəti “Xpeng” də avqust ayında 14 min 36 elektrikli avtomobil satıb. Şirkətin satışları aylıq 26 faiz, illik isə 2,5 faiz artıb. Şirkət ötən ay “Mona Mo3” sedan modelini rəsmi olaraq təqdim edib. Bu modelə olan gözləntilər şirkətə marağı daha da artırıb.
Yüksək səviyyəli modelləri ilə tanınan “Nio” avqust ayında 20 min 176 yeni elektrikli avtomobil sataraq, şirkətin satışlarını illik 4 faiz artırıb.
“Zeekr” ötən ay 18 min 15 avtomobil satıb. Şirkətin satışları aylıq olaraq 15 faiz, illik bazda isə 46,4 faiz artıb.
Çində istehsal edilən “Tesla” modellərinin ixracı da daxil olmaqla satışı avqust ayında 86 min 697 ədədə çatıb. Tesla Çinin satışları aylıq 17 faiz, illik isə 3 faiz artıb.
ABŞ və Kanada Çin istehsalı olan elektrikli avtomobil idxalına 100 faiz gömrük rüsumu tətbiq edərkən, Avropa İttifaqı indiki 10 faizlik gömrük rüsumunun üzərinə yüzdə 36,3-ə çatan yeni vergi tətbiq etməyə hazırlaşır.
Ülkər XASPOLADOVA,
“Azərbaycan”
Seçicilər namizədlərə nə qədər inanır? - ABŞ-da sorğu
Şuşada Bayraq Meydanının açılışı olub YENİLƏNƏCƏK
"Əl-Nəsr" italiyalı mütəxəssisə tapşırılıb
Klozedən Mahir Emreli açıqlaması
“WhatsApp” yeni funksiyasını təqdim etməyə hazırlaşır
Avropa Komissiyasının Prezidenti Kiyevə gedir
İran müharibəyə qoşula bilər
“Qarabağ” – “Neftçi” matçını kim idarə edəcək?
İnsanların Ayda məskunlaşması artıq daha realdır
“Neftçi”də çətin seçim: Qriqorçuk gedərsə, baş məşqçi yerli olacaq, yoxsa əcnəbi?
Türkiyə mediası: Qarabağda antiterror əməliyyatı Azərbaycanın gücünün daha bir nümayişi oldu
Prezident İlham Əliyev Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyinin bərpadan sonra açılışında iştirak edib YENİLƏNƏCƏK
Azərbaycan və İtaliyanın Baş Qərargah rəisləri görüşüb
Fransa KİV: Azərbaycan ərazisindəki erməni separatizmi məsələsini 2023-cü ilin sentyabrında bağlayıb
Prezident İlham Əliyev Xankəndi şəhərinin Zəfər meydanında Konqres Mərkəzinin tikintisi ilə tanış olub YENİLƏNƏCƏK
Xankəndi şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının təmirdən sonra açılışı olub YENİLƏNƏCƏK
Prezident İlham Əliyev Xankəndi Dövlət Dram Teatrının binasında görüləcək işlərlə tanış olub YENİLƏNƏCƏK
Turizm və rekreasiya zonalarının yaradılması istiqamətində Türkiyə təcrübəsi öyrənilib
Əmək və əhalinin sosial müdafiəsi naziri Göygöldə vətəndaşların müraciətini dinləyib
Xankəndidə Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəb təmirdən sonra istifadəyə verilib YENİLƏNƏCƏK
Sabah Bakıda yağış yağacaq
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!